Ruslar tərəfindən mühasirəyə alınan 90 min Türk əsgəri necə şəhid oldu?

25 Dekabr 2020 - 06:13

134517

Aralarında yüzlərlə azərbaycanlı vardı, üstəlik könüllü olaraq. Dekabrın 22-də türk ordusu şaxtalı dağlara doğru hərəkətə keçdi… İsti paltarsız, təminatsız, zəif silahlanmış formada. Azərbaycanlılar canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər. Lakin yanvarın 18-i tayı-bərabəri olmayan, tükürpədici faciə yaşandı. Ruslar tərəfindən mühasirəyə alınan 90 mindən çox mehmetcik soyuqdan bir-birinə sarılmış vəziyyətdə öldülər…

Sarıkamış savaşı…

Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya Müharibəsi dövründə Sarıqamış bölgəsində baş vermiş ən dəhşətli hərbi münaqişə..
Birinci Dünya Müharibəsi Türkiyənin düşdüyü çətin vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan etdi. Cənub-Şərqi Anadolunun azad olunması üçün Osmanlı dövləti yeni - 9-cu Qafqaz cəhbəsini yaratmalı oldu. Hərbi nazir Ənvər paşanın hazırladığı plana əsasən, Sarıkamışa iki istiqamətdən - Sarıkamış və “Allahu-əkbər”  dağlarından hücum edərək, Qafqazda rus qoşunlarına zərbə endirməli idi. 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçdi.

Sarıkamış Türkiyənin Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir. 1915-ci il dekabrın 16-da "Turan fatehi", "Sarıqamış fatehi" olmaq arzusu ilə alışıb-yanan Osmanlı hərbi komandanı Ənvər paşa qışın həddən artıq soyuq olmasını, əsgərlərin isti paltar və ərzaqla yaxşı təmin olunmamasını nəzərə almadan Qafqazda hərbi əməliyyatların başlamasına əmr verir. Vəziyyət elə bir vaxta təsadüf edir ki, Osmanlı ordusuna ərzaq, döyüş sursatı və pal-paltar gətirən gəmiləri çar ordusu Qara dənizin sularında batırır. Vəziyyətin son dərəcə ağır olduğunu görən tədbirli və güclü sərkərdə istefada olan Hasan İzzət paşa tələbəsi, 34 yaşlı hərbi nazir Ənvər paşaya əl saxlamağı, bir az gözləməyi məsləhət görür: "Qara qışın ən sərt çağıdır. İndi hərəkət etmək gözgörəsi faciəyə getməkdir. Qış şiddətini azaltsın, yollar açılsın, biz də hazırlıqlarımızı bir az artıraq, ondan sonra düşmənə həddini bildirərik" deyir. 
Lakin Ənvər paşa razılaşmır. Beləliklə, 1914-cü il dekabrın 21-də Şərq cəbhəsində əməliyyatlar başlayır və Ənvər paşa müəlliminə "dərhal hərəkətə keçib rus ordusunu məhv etməlisiniz!" əmrini verir. Sözlərinə laqeyd yanaşıldığını görən Hasan İzzət paşa savaşa girməkdən imtina edərək istefa verir. 125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış Türk ordusu  dekabrın 22-də şaxtalı dağlara doğru hərəkətə başlayır. Onların arasında yüzlərlə azərbaycanlı könüllü də olur. Soydaşlarımız canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər. 

Türkiyə ordusunun hədəfi  rusları Sarıkamışda mühasirəyə almaq idi.1915-ci il yanvarın 18-i… Yaşam dövründə zəfərləri qədər faciləri də çox olan Osmanlı dövləti tarixinin bu günündə səhifəsinə tayı-bərabəri olmayan, tükürpədici faciə yazır. Sarıkamışa doğru hərəkət edən 90 mindən çox mehmetcik donub şaxtalı çöllərdə buz adamlara çevrilir... Soyuqdan bir-birinə sarılan Türk əsgərəri elə bu vəziyyətdəcə ölürlər. Türk qanına susamış işğalçı yadellilər bu savaşda bir güllə atmadan belə, istəklərinə nail olurlar.

Sarıkamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazıb. Tədqiqatçılar yazır ki, rus generalının üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". 

Sarıkamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun küllisi məhv oldu".

Tarixin Sarıkamış uğursuzluğundan sonra Türkiyənin Şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus rus ordusu və erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək, əhalini qılıncdan keçirdilər.

Sarıkamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, ölkəmizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, işğal olunmuş türk torpaqlarında, Anadolunun Şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza – Azərbaycana gətirərək o vaxt Xəzər dənizindəki "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.


Mənbə:Oxu24.az

Xəbər lenti

Gürcüstan parlamentinin spikeri avropalı siyasətçiləri ikiüzlülükdə ittiham edib
2024-05-20 12:52

İranda 5 günlük matəm elan edilib
2024-05-20 12:47

Bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub
2024-05-20 12:45

Pakistanda İran prezidentinin ölümü ilə əlaqədar matəm elan olunub
2024-05-20 12:42

Sabah İran Prezidenti və onu müşayiət edən şəxslərin dəfn mərasimi keçiriləcək
2024-05-20 12:40

Bu il Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22,9%-i Azərbaycanın payına düşüb
2024-05-20 12:11

Salome Zurabişvili qanuna veto qoymaqla müzakirə üçün bütün yerləri bağladı
2024-05-20 11:57

Gürcüstan futbol komandasının çempionatda iştirakı üçün mükafat 3 milyon lariyə yüksələcək
2024-05-20 11:53

Bu gündən etibarən birinci sinif şagirdlərinin qeydiyyatı başlayır
2024-05-20 11:49

Bu gün Tbilisidə tələbələrin aksiya-yürüşü baş tutacaq
2024-05-20 11:47

Qəzadan az öncə: Rəisi işarə edir və… - Son video
2024-05-20 11:34

İslamda ictimai nizam və intizamın mehvəri
2024-05-20 11:20

Qəzada ölənərin olan İran rəsmilərinin ADLARI və FOTOLARI
2024-05-20 10:02

Məhəmməd Möhbər İranın prezidenti səlahiyyətlərini icra edəcək
2024-05-20 10:43

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ
2024-05-20 04:46

Tbilisidə üç nəfər bıçaqlanıb
2024-05-19 23:36

Ümumdünya Turizm Günü Tbilisidə keçiriləcək
2024-05-19 19:18

Konqresmen Co Vilson Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim edəcək
2024-05-19 18:41

Orta yaşlı kişinin avtomobil idarə edərkən qəfil ürəyi dayanıb
2024-05-19 18:37

Polis Senakidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıb
2024-05-19 18:29

İran Prezidentini aparan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
2024-05-19 17:33

Tələbələrin “ Rus qanunu”na etiraz aksiyası bu gün də davam edəcək
2024-05-19 14:06

Zurabişvili Makronu Gürcüstana dəvət edib
2024-05-19 13:09

Nəhəng meteorit görənləri heyrətə gətirdi - VİDEO
2024-05-19 13:04

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
2024-05-19 12:55

Gecə saatlarında evə silhalı şəxslər girib - Bir nəfər ölüb iki nəfər yaralanıb
2024-05-19 12:18

Sabah parlamentdə prezidentin ofşor qanun layihəsinə veto qoyması müzakirə olunacaq
2024-05-19 11:53

“Gördüklərimizin şəffaflıqla heç bir əlaqəsi yoxdur”
2024-05-18 22:28

Etiraz aksiyasının davam etdiyi Tbilisidə Rusiya və “Gürcü Arzusu”nun bayraqları yandırıldı- VİDEO
2024-05-18 22:25

“Prezident Salome Zurabişvilinin şəffaflıq haqqında qanuna veto qoyması sonrakı müzakirələr üçün imkan yaradır”
2024-05-18 22:22

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49


Digər İslam Dünyası xəbərləri:

Cümə gününün əhəmiyyəti

93

İslamda ictimai nəzm

82