XTQ zabiti: “Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı” -VİDEO

04 Dekabr 2020 - 23:28

240

O, Şuşa şəhərinə ilk daxil olan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçülərindən biridir. Avtomatlarla küçə döyüşlərində döyüşən, "RPG-7”lərlə düşmən zirehli texnikalarını vuraraq partladan 100 nəfərlik dəstənin üzvü olub.

Xeber.ge saytı xəbər verir ki, bu gün Vətən Müharibəsi qazisi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı zabiti Samir Baxşəliyevlə görüşərək Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərlə bağlı söhbətləşib.

S.Baxşəliyev deyir ki, sentyabrın 28-dən təlimlərə cəlb edilib və Hadrut uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Hadrutdan Füzuli şəhəri istiqamətində hücuma keçiblər, orada pusquya düşsələr də, döyüşərək düşmən əsgərlərini məhv edib və pusqudan çıxıblar.

Bundan sonra isə onlar Şuşa şəhərini işğaldan azad etmək üçün yola çıxıblar. Yolun bir qədər hissəsini maşınla getsələr də, bir yerdən sonra piyada davam etməli olublar. Çünki həm ərazinin relyefi, həm də onlar üçün komandanlığın müəyyən etdiyi marşrut avtomobillə hərəkət üçün uyğun deyildi. Samir və döyüş yoldaşları beş gün, beş gecə piyada yol gedərək Şuşaya istiqamətləniblər. 

Həmin vaxt Şuşaya qədər bütün ərazilər işğaldan azad edilmədiyi üçün onlar ermənilərin nəzarətində olan yerlərdən keçiblər. Lakin yüksək peşəkarlıqla hazırlanmış hərəkət zolağı və təcrübəli bələdçi sayəsində onlar yol boyu heç bir erməni hərbçisi ilə rastlaşmayıblar. Dağlar və meşələrlə gedərək Şuşanın ətrafına çıxıblar. 

Samir deyir ki, xüsusi təyinatlı zabit olan bələdçinin seçdiyi yerlərə heç ermənilər ömrü boyu ayaq basmayıblar. Şuşanı azad etmək üçün 400 xüsusi təyinatlı ayrılıb və döyüş tapşırığı ilə yola çıxıblar. Onlar 100 nəfərlik dəstələrə bölünərək Şuşaya 4 fərqli istiqamətdən hücuma keçiblər. Bir dəstə Laçın dəhlizindən Şuşaya girişdə dayanaraq ermənilərin əlavə canlı qüvvə və silah gətirməsinin qarşısını alıb. Digər dəstə Daşaltını aldıqdan sonra həmin istiqamətdə Şuşaya zərbələr endirib. Digər XTQ döyüşçüləri isə şəhərin arxa tərəfinə, sıldırım qayalar olan hissəyə gedərək qalaya dırmanıblar. Ermənilər həmin istiqamətdən hücum olacağını ağıllarını gətirmədikləri üçün sıldırım qayaların üzərinə ağır texnika yerləşdirilməyib.

Samir Baxşəliyev bildirir ki, Şuşaya daxil olduqdan sonra avtomatlarla 20 metrlik məsafədən erməni hərbçiləri ilə döyüşüblər. Lakin erməni silahlı qüvvələri 3 minlik canlı qüvvə ilə xeyli sayda zirehli texnika və dronları da döyüşə cəlb ediblər. Azərbaycanın cəsur XTQ mənsubları "RPG-7” silahları ilə düşmənin tank və BMP-lərini məhv edib. Lakin tankın atəşlərindən biri Samir Baxşəliyev və iki döyüşçü dostunun olduğu səngərə düşüb. Bu zaman Samir hər iki ayağından qəlpə yarası alıb, sol budundan qəlpə sümüyü sındıraraq digər tərəfdən çıxıb. Sağ ayağında isə diz oynağına girən qəlpə hələ də çıxarılmayıb. Həkimlər bildirib ki, qəlpəni çıxarmaq Samirin həmin qəlpə ilə gəzməsindən daha təhlükəlidir. 

Bu zərbə nəticəsində bir XTQ mənsubu şəhid olub, digəri isə əl barmaqlarını itirib. Daha sonra döyüş yoldaşları Samiri oradan çıxararaq Şuşa qalasının yaxınlığında yerləşən villaya aparıblar. Samir 3 gün orada qalaraq döyüşlərin səsini izləyib. Noyabrın 8-də Şuşa tam olaraq işğaldan azad edildikdən sonra noyabrın 9-da onlar təxliyyə edilərək müalicə olunublar.


mənbə: qafqazinfo.az

Xəbər lenti

Ermənilər Azərbaycanın 8 kəndini boşaldıblar
2021-01-21 00:19

Tarixdə ilk dəfə bitkoynla futbolçu alınıb
2021-01-21 00:02

Okeanın dərinliklərində elmə məlum olmayan yeni yırtıcılar kəşf olundu
2021-01-20 23:49

“Şirin peşmək planeti” alimləri heyrətə gətirdi
2021-01-20 23:20

Anna Akopyanın Moskva macəraları – 1900 dollarlıq araq
2021-01-20 22:45

COVID-19-un ağır gedişatından qoruyan dərman yaradılıb
2021-01-20 22:13

Madriddə güclü partlayış: ölənlər var - Video
2021-01-20 22:04

2750 km-dəki hədəf MƏHV EDİLƏCƏK - VİDEO
2021-01-20 21:51

Zərif Azərbaycan və Gürcüstana səfər edəcək
2021-01-20 21:43

Co Baydenin andiçmə mərasimi başlayıb - CANLI YAYIM
2021-01-20 21:28

Tramp Ağ Evi tərk etdi - VİDEO
2021-01-20 21:14

Vaksinasiyadan sonra kütləvi immunitet nə vaxt yaranacaq?
2021-01-20 20:14

Paşinyandan GERİ ADDIM: "Memorandum imzalamağa hazırdır"
2021-01-20 19:41

İtaliya Bakını dəvət etdi, İrəvanı yox - Minasyan
2021-01-20 19:22

Avropanın fəaliyyətdə olan ən böyük vulkanı yenidən oyandı – VİDEO
2021-01-20 18:21

Türkiyədə COVID-19-a qarşı peyvənd olunanların sayı 1 milyonu keçdi
2021-01-20 18:08

Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib
2021-01-20 17:59

Co Bayden andiçmədən sonra bu qərarları qəbul edəcək
2021-01-20 17:48

Trampın müsəlmanlara tətbiq etdiyi qadağa ləğv olunacaq
2021-01-20 17:33

Gürcüstan hava sərhədini açacaqmı?
2021-01-20 17:23

Gürcüstanın ticari əməliyyatlarında Azərbaycanın payı nə qədərdir?
2021-01-20 17:14

Nikol Paşinyan: “20 yanvar 1990-cı ildə Bakıda həlak olanların qarşısında baş əyirəm”
2021-01-20 16:53

Ruhani Baydenə çağırış etdi
2021-01-20 16:41

Arıqlamağınıza kömək edəcək 12 QAYDA
2021-01-20 16:36

Koronavirus bu halda yox ola bilər
2021-01-20 16:19

Misirdə müvəqqəti kəbinə qadağa qoyuldu
2021-01-20 16:04

Koronavirusu gözdən müəyyənləşdirmək mümkündür
2021-01-20 14:55

“Terrorçu Tramp administrasiyasının məhdudiyyətləri olmasaydı....
2021-01-20 14:38

Tbilisidə taksi sürücüləri iki həftədə bir PCR testdən keçməli olacaqlar
2021-01-20 14:15

Bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
2021-01-20 11:14

Gürcüstanda koronavirus statistikası - 14 nəfər ölüb
2021-01-20 11:08

“Lotu Quli”nin məzarı üstündə baş verən silahlı insidentin səbəbi açıqlandı
2021-01-20 11:02

İsrail Qəzzanı artileriyadan hədəfə alıb, yaralananlar var
2021-01-20 10:58

Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
2021-01-20 10:54

Gürcüstanın bu peyvənddən istifadə edəcək
2021-01-20 10:47

Laçında əsir düşən ermənilərin yeni görüntüləri yayıldı - VİDEO
2021-01-20 10:40

Bayden anlaşmaya qayıdacaq
2021-01-20 10:27

Ermənilər daha bir kəndi boşaltdı, ərazi Azərbaycana təhvil verilir
2021-01-20 10:26

"20 Yanvar" faciəsində şəhid olan, Gürcüstan Azərbaycanlıları
2021-01-20 09:38

20 Yanvar faciəsindən 31 il ötür
2021-01-20 09:30


Digər Azərbaycan xəbərləri:

20 Yanvar faciəsindən 31 il ötür

90