Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib

26 Aprel 2024 - 07:06

138

Rus qanununa qarşı keçirilən nümayiş zamanı saxlanılan 18 yaşlı Sandro Joxadze Tbilisi şəhər məhkəməsinin hakimi Koba Çaqunava tərəfindən qanunu pozmuş şəxs kimi tanınıb və 2200 lari cərimələnib.

12-ci sinif şagirdi Sandro və onun böyük qardaşı, “Çavçavadze Mərkəzi”nin tədqiqatçısı Qiqa Joxadze aprelin 16-da gecə saatlarında parlamentin arxa girişində saxlanılmışdılar.

Daxili İşlər Nazirliyi onların hər ikisinə qarşı İnzibati Xətalar Məcəlləsinin 173 və 166-cı, polis əməkdaşının qanuni tələbinə tabe olmamaq və xırda xuliqanlığı nəzərdə tutan maddələri əsasında iddia qaldırmışdı. Bu gün Qiqa Joxadze də qanunu pozmuş şəxs kimi tanınıb və 2500 lari cərimələnib.

Qardaşlara qarşı ifadəni polis əməkdaşları verib. Vəkil Qano Çkaduanın sözlərinə görə, Daxili İşlər Nazirliyi kordonun pozulmasını təsdiqləyən heç bir sübut təqdim edə bilməyib.

“Dörd nəfər polis yalan danışaraq məhkəməyə  saxta ifadə verdilər. Bu təkcə bizim təqdim etdiyimiz sübutlarla yox, Daxili İşlər Nazirliyinin nümayəndələrinin Sandro və Qiqa Joxadzenin necə saxlanılmasını əks etdirən videoqeydlərlə sübuta yetirildi. Polis onları kordonu pozduqları zaman saxladıqlarını bildirib, videoda isə onların kordondan təxminən 100-200 metr aralıda olduqları zaman saxlanıldıqları görünür”, - Jano Çkadua bildirib.

Məhkəmədən sonra şərhi Sandro Joxadzenin özü də verib. O deyib ki, böyük ehtimalla qərardan şikayət etməyəcək, çünki Gürcüstan məhkəməsinə etimad yoxdur.

“Bu cərimə mənim üçün motivasiya mənbəyi olacaq. Bu onun göstəricisidir ki, mən vətən uğrunda lazım olan yerdə, lazımi vaxtda mübarizə aparmışam və bu mübarizəni mütləq davam etdirəcəyəm”, - məktəb şagirdi qeyd edib.

Bu gün hakim Koba Çaqunava mitinqin digər iştirakçısı Qiqa Beradzeni 2500 lari, dünən, aprelin 24-də isə “Lelo” partiyasının baş katibi İrakli Kupradzeni 2500 lari cərimələyib. “Qirçı – Daha Çox Azadlıq” partiyasının üzvü Qela Xasaia da qanunu pozmuş şəxs olaraq tanınmışdı və 2600 lari cərimə olunmuşdu.

Aprelin 19-da parlamentdə çıxışı zamanı daxili işlər naziri Vaxtanq Qomelauri bildirmişdi ki, rus qanununa etirazlar zamanı 40 nəfər inzibati qaydada saxlanılıb.

Bir il əvvəl minlərlə nəfərlik etiraz nəticəsində geri götürülən və bir daha qəbul etməyəcəyi sözünü verən “Gürcü Arzusu” 2024-cü il aprelin 3-də “xarici agentlər” haqqında rus qanununu parlamentdə növbəti dəfə irəli sürüb. “Rus qanunu” beynəlxalq təşkilatların qrant dəstəyi ilə işləyən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarını xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edir. Aprelin 15-dən Tbilisidə parlamentin yaxınlığında rus qanununa qarşı etirazlar keçirilir.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56


Digər Gürcüstan xəbərləri:

Verada silahlı atışma olub

71