Rus qanununun qəbulu ilə Gürcüstan Almaniyada “təhlükəsiz ölkə” statusunu itirə bilər

23 Aprel 2024 - 06:38

123

Almaniyanın hakim Sosial Demokrat Partiyası (SDP) Gürcüstanın rus qanununu qəbul edəcəyi təqdirdə növbəti dəfə “təhlükəsiz ölkə” statusunu itirə biləcəyini açıqlayıb.  Bu barədə Almaniyanın “Stern” nəşri yazır.

“Almaniya federal hökuməti siyasi vəziyyəti və demokratik sistemin inkişafını yaxından izləyir və şərtlərin yerinə yetirilib-yetirilmədiyini yoxlayır”, - Bundestaqın Sosial Demokrat Partiyasından olan deputatı Helge Limd belə deyib. Əgər məlum olsa ki, Gürcüstan əhalisi təqiblərdən qorxmalıdır, “müvafiq nəticələr olacaq”.

Alman nəşri qeyd edir ki, Gürcüstan Avropa İttifaqına və “NATO”ya üzv olmağa can atır və dekabrda Avropa İttifaqına namizəd ölkə statusu alıb. Lakin hökumətin təqdim etdiyi “mübahisəli qanun” artıq bir neçə həftədir ki, gərginlik yaradır. Stern yazır ki, agentlər haqqında qanunun tənqidçiləri Rusiyanın xarici agentlərə qarşı qanunu ilə paralellər aparır və bu qanun hakimiyyətə tənqidi media və təşkilatlara qarşı “külli miqdarda” tədbirlər görməyə imkan verir.

Almaniya Gürcüstan və Moldovanı 2023-cü ildə təhlükəsiz ölkələr kimi tanıyıb. Daxili İşlər Naziri Nensi Feser bəyan edib ki, Avropa Birliyinə üzv olmaq istəyən bu iki ölkənin vətəndaşları siyasi motivlərlə təqib olunmur. Təhlükəsiz ölkə kimi təsnifat ilk növbədə miqrasiyanın qarşısını almağa yönəlib – təhlükəsiz ölkə vətəndaşlarının sığınacaq üçün müraciətlərinə daha tez baxılır, imtina və deportasiya da asanlaşır.

Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyadan sığınacaq üçün müraciət edib ki, onlardan 8414-ü birinci, 985-I isə ikinci dəfədir müraciət edir. Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin hesabatına əsasən, 10038 vətəndaşın müraciətinə baxılıb, onlardan yalnız 0,3%-I müsbət cavablandırılıb.

Aprelin 17-də “Gürcü arzusu” müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda 83 səslə qəbul edib. Həmin gün Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel və Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhei bəyanat yayıb ki, qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləməsinə mənfi təsir göstərəcək. O deyib ki, qanun Avropa Birliyinin əsas norma və dəyərlərinə uyğun gəlmir.

Avropa Şurasının prezidenti Şarl Mişel də “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülən rus qanununa münasibət bildirib. Onun sözlərinə görə, gürcü xalqı Avropa yolunu seçib və buna cavab olaraq Gürcüstan namizəd statusu alıb və “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ölkənin Avropa istəklərinə uyğun gəlmir və Gürcüstanı Avropa İttifaqından ayırır.

Aprelin 12-də Almaniya kansleri Olaf Şolz Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra bildirib ki, Almaniya bütün Avropa İttifaqı kimi “Gürcü arzusu”nun bu təşəbbüsünü “çox tənqidi” hesab edir və parlamentin qanunu qəbul etməyəcəyinə ümid etdiyini bildirib.

Rus qanunu Avropa Komissiyasının Gürcüstan üçün müəyyən etdiyi 1-ci və 9-cu tövsiyələrə ziddir, hansı ki, bu tövsiyələrə görə üzvlük danışıqlarını açmaq üçün hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli, Avropa İttifaqına və onun dəyərlərinə qarşı dezinformasiyaya qarşı mübarizə aparmalıdır.

Rus qanunu ötən ilin martında birinci oxunuşda hakim partiya tərəfindən dəstəklənsə də, xalqın etirazı nəticəsində qanunu geri çəkməyə məcbur olmuşdular. Partiya liderləri qanun layihəsini “şərtsiz şəkildə” geri çəkməyə söz verdilər, lakin bir il sonra, aprelin əvvəlində o, yenidən gündəmə gətirildi. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarına xidmət edən təşkilat” ifadəsi ilə əvəz edilib.

“Gürcü Arzusu” parlamentin cari yaz sessiyası başa çatana qədər rus qanununu qəbul etmək niyyətindədir. Prezident Salome Zurabişvili də veto hüququndan istifadə edəcəyini bildirərək qanuna qarşı çıxır.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25

”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
2024-05-03 15:22

3 nəfər 12-ci sinif şagirdi avtomobillə Nakra çayına düşüb
2024-05-03 14:07

5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi
2024-05-03 14:04

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz
2024-05-03 13:59

” Biz Gürcüstan liderlərini qanun layihəsini geri götürməyə çağırırıq“
2024-05-03 13:57

Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi daha iki gün qüvvədə olacaq
2024-05-03 13:54

ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
2024-05-03 13:51

“ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“
2024-05-03 11:17

Qurani-Kərimdə təşrii (qanunvericilik) nizam və intizam
2024-05-03 10:55

Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
2024-05-03 10:48

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı - VİDEO
2024-05-03 10:40

“WhatsApp” iki yeni funksiya təqdim edib
2024-05-03 10:32

Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir
2024-05-03 10:18

İsveç polisi Quranın yandırılmasına icazə verdi
2024-05-02 23:29

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib
2024-05-02 23:24

Kaladze “Formula” jurnalistini “həyasız əclaf” adlandırıb
2024-05-02 23:20

Gürcüstan Prezidenti 25 məhkumu əfv etdi
2024-05-02 21:38

Aksiya iştirakçıları Parlamentdən Qəhrəmanlar Meydanına doğru yürüş edirlər
2024-05-02 21:36

Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
2024-05-02 20:19

Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib
2024-05-02 20:17

Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
2024-05-02 20:14

AŞ Gürcüstanı Venesiya Komissiyasının “xarici agentlər” haqqında qanunla bağlı rəyini gözləməyə çağırır
2024-05-02 20:10

Avropa Komissiyası Gürcüstana xəbərdarlıq edib: “Xarici agentlər” haqqında qanun qəbuledilməzdir
2024-05-02 20:09

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
2024-05-02 20:07

Qəbul etmək istədiyimiz qanun bir sıra ölkələrdə, o cümlədən ABŞ-də var
2024-05-02 19:50

Qərb özü üçün xaricdən maliyyələşməni qadağan edir, digər ölkələrdə isə bunun sərbəst olmasına çalışır
2024-05-02 19:47

Polis aksiya iştirakçılarına Qəhrəmanlar Meydanı ərazisində yolu bağlamağa icazə vermir
2024-05-02 19:38

“Lilo Mall”da sifarişlə qəsdən adam öldürən şəxsə ömürlük həbs cəzası verildi
2024-05-02 19:35

Ölkədə zorakılığa təşviq edən şəxs məhz prezidentdir”
2024-05-02 19:32

3 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-02 18:50

Bu qanun bizi Rusiyanın qarşısında tək qoyacaq, sivil dünyadan uzaqlaşdıracaq
2024-05-02 14:31

Daxili İşlər Nazirliyi aksiyada rezin güllələrdən istifadə edilməsini “qəti şəkildə təkzib edir”
2024-05-02 14:20

Daxili İşlər Naziri Vaxtanq Qomelauri cəzalandırılmalıdır
2024-05-02 14:16

ABŞ səfirliyi: “Gürcüstanın qərb trayektoriyası risk altındadır“
2024-05-02 14:12

"İvanişvilinin çıxışından sonra aydın olur ki, bu, anti-Qərb, anti-Avropa bəyannaməsidir"
2024-05-02 14:07


Digər Gürcüstan xəbərləri: