Adigeni qəsəbəsində müsəlmanlar cümə namazının qılınmasını dayandırmaq qərarına gəliblər

11 Aprel 2024 - 10:48

158

Yerli pravoslav xristianların etirazından sonra müsəlmanlar Adigeni qəsəbəsində cümə namazının qılınmasını dayandırmaq qərarına gəliblər. Bu barədə Mamuka Vaşakmadze və Merab (Yusuf) Mikeladze  müsəlmanlar Ramazan Bayramını qeyd edərkən bildiriblər.

“Problemlərə görə cümə, bayram namazını dayandırdıq. Hazırda danışıqlar aparılır. Allahın köməyi ilə hər şey yaxşı olacaq”, - deyə Mikeladze bildirib. Müsəlmanlar onun sahibi olduğu evə namaz qılmaq üçün toplaşırdılar.

“Bu ölkədə kimsə sülh qurursa, biz müsəlman icması birinciyik və olacağıq. Çelada keçirilən görüşdə müsəlman icması ilə qızğın müzakirələrdən sonra cümə namazının, bayram namazının dayandırılması və hər şeyin danışıqlar formatına, sivil formata keçirilməsi barədə qərar qəbul edildi. Bunun üçün cənab Merab və bu qərarı qəbul etməyimizə kömək edən və sülhü dəstəkləyən pravoslav din xadiminə təşəkkür etmək istərdim. Allah bütün ölkəyə xeyir-dua versin, birlişdirsin və gürcü xalqını bir yumruq etsin”, - deyə Samtsxe-Cavaxeti müftisi bildirib.

İki il əvvəl Merab Mikeladze Adigeni qəssəbəsindəki Tsereteli N18-dəki evində müsəlmanlar üçün ibadət yeri və ilahiyyat məktəbi təşkil edib ki, pravoslav xristianlar buna qarşı çıxıblar. Vəziyyət son vaxtlar xüsusilə gərginləşib.

Martın 8-də və aprelin 5-də ənənəvi cümə namazı başlamazdan əvvəl Zarzmi monastırının keşişi Nikoloz Qetsadzenin rəhbərliyi ilə onlarla insan Merab Mikeladzenin evinin yaxınlığına toplaşıb. Ruhanilər və kilsə xadimləri Adigenidə müsəlman ibadətgahının fəaliyyətinə icazə verməyəcəklərini bildiriblər. Nikoloz Qetsadze Merab Mikeladzeni şifahi təhqir edib və hədələyib. Hər iki halda Mikeladzenin evinin yaxınlığında çoxlu sayda polis səfərbər edilib.

Danışıqlar çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Merab Mikeladzeyə iki variant təklif edib - Adigenidəki evindən imtina etmək, İcareti kəndində ibdətgah üçün yer ayırmaq və ya bələdiyyə tərəfindən onun evini satın almaq. Merab Mikeladze evini verməkdən imtina edib.

Mikeladze Xüsusi İstintaq Xidmətinə müraciət edərək dini dözümsüzlük zəminində təqib faktı ilə bağlı araşdırmaya başlamağı tələb edib. 


mənbə: sakartvelosambebi

Xəbər lenti

Tələbələrin “ Rus qanunu”na etiraz aksiyası bu gün də davam edəcək
2024-05-19 14:06

Zurabişvili Makronu Gürcüstana dəvət edib
2024-05-19 13:09

Nəhəng meteorit görənləri heyrətə gətirdi - VİDEO
2024-05-19 13:04

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
2024-05-19 12:55

Gecə saatlarında evə silhalı şəxslər girib - Bir nəfər ölüb iki nəfər yaralanıb
2024-05-19 12:18

Sabah parlamentdə prezidentin ofşor qanun layihəsinə veto qoyması müzakirə olunacaq
2024-05-19 11:53

“Gördüklərimizin şəffaflıqla heç bir əlaqəsi yoxdur”
2024-05-18 22:28

Etiraz aksiyasının davam etdiyi Tbilisidə Rusiya və “Gürcü Arzusu”nun bayraqları yandırıldı- VİDEO
2024-05-18 22:25

“Prezident Salome Zurabişvilinin şəffaflıq haqqında qanuna veto qoyması sonrakı müzakirələr üçün imkan yaradır”
2024-05-18 22:22

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14


Digər Gürcüstan xəbərləri: