Jurnalistlərin bir hissəsi parlamentə buraxılmır

09 Aprel 2024 - 07:16

118

Daxili İşlər Nazirliyinin əməkdaşları parlamentin girişində dayanaraq “Gürcü Arzusu”nun rus qanunu yenidən irəli sürülməsinə etiraz edən media nümayəndələrini qanunsuz olaraq binaya buraxmayıblar. Bunun fonunda büro iclası başlayıb və “xarici agentlər” haqqında qanun layihəsinin dövlət qeydiyyatına alınması planlaşdırılır.

“Biz görürük ki, “Gürcü Arzusu” büro iclasından əvvəl xeyli sayda polisi səfərbər edib. İçəri girməyə haqqımız var, lakin bizi tək bir səbəbdən parlamentə buraxmırlar, söz azadlığından qorxurlar, bunun üçün rus qanununu qəbul edirlər ki, bu ölkədə söz azadlığını yox edib məhv etsinlər. Bizi içəri buraxsalar da, verməsələr də, biz yenə də səsimizi çatdıracağıq və bu qanunun qəbul edilməsinə imkan verməyəcəyik”, - “Dağ Xəbərləri” nəşrinin redaktoru Qela Mtivlişvili bildirib.

Jurnalistlərin yarım saatdan çox parlamentə daxil olmaq cəhdləri uğursuz alınıb. Onların bəzilərinin akkreditasiyası, bəzilərinin isə deputatlar tərəfindən verilən icazə vərəqləri var.

“Belə bir vəziyyətdə keçən ildən sonra elan edilən mühafizənin sarı səviyyəsi belə açıqlanmayıb. Bizi içəri buraxmadıqlarına dair heç bir rəsmi səbəb göstərmədilər. Bizim girməyə icazəmiz var, qanuni olaraq girməyə haqqımız var, amma icazə verilmir. Yəqin ki, jurnalistlərin tənqidindən, jurnalistlərin azad sözlərindən qorxurlar. Bu rus qanunu nə üçün qəbul edirlərsə ona görə qorxurlar. Bütün bunların başqa izahı yoxdur”, - “Netqazeti”nin redaktoru Tazo Kupreişvili bildirib.

Müstəqil media parlamentə çatmazdan əvvəl birgə bəyanat yayaraq, “Gürcü Arzusu” hökumətinin rus qanununu qəbul etməsinə imkan verməyəcəklərini bildirib.

"Gürcü Arzusu" 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək. 

ABŞ, NATO və  Avropa İttifaqı bildirir ki, “agentlər” haqqında qanunun qəbulu Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirəcək. Aİ Xarici Fəaliyyət Xidmətinin mətbuat spikeri Piter Stano hakimiyyət orqanlarına Avropa Komissiyasının 1-ci və 9-cu tövsiyələrini xatırladıb ki, bu tövsiyələrə əsasən, üzvlük danışıqlarına başlamaq üçün hakimiyyət orqanları ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli və Aİ və onun dəyərlərinə qarşı dezinformasiya ilə mübarizə aparmalıdır.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Tələbələrin “ Rus qanunu”na etiraz aksiyası bu gün də davam edəcək
2024-05-19 14:06

Zurabişvili Makronu Gürcüstana dəvət edib
2024-05-19 13:09

Nəhəng meteorit görənləri heyrətə gətirdi - VİDEO
2024-05-19 13:04

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
2024-05-19 12:55

Gecə saatlarında evə silhalı şəxslər girib - Bir nəfər ölüb iki nəfər yaralanıb
2024-05-19 12:18

Sabah parlamentdə prezidentin ofşor qanun layihəsinə veto qoyması müzakirə olunacaq
2024-05-19 11:53

“Gördüklərimizin şəffaflıqla heç bir əlaqəsi yoxdur”
2024-05-18 22:28

Etiraz aksiyasının davam etdiyi Tbilisidə Rusiya və “Gürcü Arzusu”nun bayraqları yandırıldı- VİDEO
2024-05-18 22:25

“Prezident Salome Zurabişvilinin şəffaflıq haqqında qanuna veto qoyması sonrakı müzakirələr üçün imkan yaradır”
2024-05-18 22:22

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14


Digər Gürcüstan xəbərləri: