11 min qəzzalı uşaq öldürülüb – DƏHŞƏTLİ STATİSTİKA

23 Yanvar 2024 - 08:36

274

İsrail ordusu 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunda 11 min uşağı qətlə yetirib.

Xeber.ge xəbər verir ki,  bu barədə Qəzza sektorunun hökuməti İsrail hücumlarının 108-ci gününə dair hesabatda məlumat verib.

Həmçinin indiyədək 7 500 qəzzalı qadının da öldürüldüyü qeyd edilib.

Umumilikdə isə 7 oktyabrdan bəri Qəzzada 25 925 dinc fələstinli İsrail ordusu tərəfindən öldürülüb.

Yaralıların sayı isə 63 min nəfəri keçib. Onların böyük əksəriyyəti uşaq və qadınlardan ibarətdir.

Bundan başqa, 7 min günahsız Qəzza sakini hələ də dağıntılar altındadır və ya itkin düşüb ki, onların da 70 faizini yenə də uşaqlar və qadınlar təşkil edir.

İsrail bombardmanları, demək olar ki, bütün Qəzza əhalisinin öz yerlərindən didərgin düşməsinə səbəb olub və bu da öz növbəsində qəzzalılar arasında kütləvi sürətdə infeksion xəstəliklərin yayılmasına gətirib çıxarıb – artıq 400 min yoluxma qeydə alınıb.

60 mindən çox hamilə qadın və xroniki xəstəlikli 350 min qəzzalı tibbi xidmətin yoxluğu səbəbilə həyat üçün təhlükəli bir vəziyyət içərisindədir.

Qeyd edilən tarixdən bəri İordan çayının Qərb sahilində və Qüds şəhərində İsrail qüvvələri və qeyri-qanuni yəhudi miqrantlar tərəfindən qətlə yetirilən dinc fələstinlilərin sayı 327-yə (97-si uşaqdır), yaralananların sayı isə 4 212-yə çatıb (637-si uşaqdır) (18 yanvara olan məlumata əsasən).

Başqa bir mənbəyə görə isə, artıq uzun müddətdir itkin düşən fələstinlilər də nəzərə alınmaqla öldürülən dinc qəzzalıların sayı 30 mindən çoxdur.

Qeyd edək ki, İsrail ordusu beynəlxalq qaydaları pozaraq və onlara məhəl qoymayaraq xəstəxanalar, məktəblər, məscidlər və digər bunun kimi mülki yerləri bombardman edir – 99 məktəb və universitet yerlə bir edilib, 295 məktəb və universitet isə bombardmanlardan zərər görüb; 253 məscid bombalanıb və onlardan da 161 tamamilə dağılıb; həmçinin 3 kilsəyə də zərbə endirilərək yararsız hala gətirilib; 53 tibb mərkəzi və 30 xəstəxana yararsız hala düşüb.


mənbə: az.shafaqna.com

Xəbər lenti

“Gördüklərimizin şəffaflıqla heç bir əlaqəsi yoxdur”
2024-05-18 22:28

Etiraz aksiyasının davam etdiyi Tbilisidə Rusiya və “Gürcü Arzusu”nun bayraqları yandırıldı- VİDEO
2024-05-18 22:25

“Prezident Salome Zurabişvilinin şəffaflıq haqqında qanuna veto qoyması sonrakı müzakirələr üçün imkan yaradır”
2024-05-18 22:22

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb
2024-05-17 14:01

Çexiya Gürcüstan hakimiyyətinin müdafiəsinə qalxdı
2024-05-17 12:41

Cümə gününün əhəmiyyəti
2024-05-17 12:36

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05


Digər Yaxın şərq xəbərləri:

“İrana raket hücumu olmayıb”

117