Rahatlıq və çətinlik vəziyyətində ilahi imtahan

20 Dekabr 2023 - 06:57

229

İnsanın bu dünyada çəkdiyi çətinliklər dindar və ya düşüncəli insanların düşündüyü məsələlərdəndir. Bu çətinliklər dini təlimlərdə ilahi imtahanlar kimi təqdim edilir. Bu da, insana xəbərdarlıq edir ki, bu sınaqlardan uğurla çıxmaq üçün həmişə səbirli və şükür edən olsun.

Elmi Hövzənin ustadı Ayətullah Möhsin Fəqihi Qurani-Kərimin bəzi ayələrinin təfsirində bu məsələyə toxunub. Onun çıxışından bir hissəni təqdim edirik:

Allah "Bəqərə" surəsinin 155-ci ayəsində buyurur: "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal,can və məhsulların azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver."

Bu ayədən istifadə olunur ki, insan üçün həyatda imtahan mütləqdir. Bütün insanlar həyatda imtahan olunacaqlar. Təbii ki, bu imtahanın müxtəlif səbəbləri var və onun əsas məqsədi mənəvi inkişaf və insanın ruhunun kamilləşməsidir. İnsanın dünyadakı mövqeyi imtahanlarla yüksəlir ki, bu da onun mənəvi və əbədi taleyində rol oynayır.

Bu imtahanlar müxtəlif sahələr üzrə baş verir. İnsanın gah sərvəti azalır, gah da xəstələnir. Allah bu sınaqlara görə mükafat nəzərdə tutub. Amma bu mükafat sıradan deyil. Bu və bir çox başqa ayələrə əsasən, çətinlikdə səbir edənin savabı saysız-hesabsızdır: "De: Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun!Bu dünyada yaxşılıq edənlərüçün gözəl mükafat vardır. Allahın yeri genişdir.Şübhəsiz, səbirlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir." (Zumər surəsi, ayə 10).

Bəzən Allah insanı məqam, var-dövlət, və rifah kimi rahatlıq və imkanlarla imtahan edər ki, görsün, belə bir məqamda insan Allaha həmd edər, yoxsa Allahı unudar. Ona görə də insan ya şükür edənlərdən, ya da səbir edənlərdən olmalıdır.

Səbirli olanlar o şəxslərdir ki, səbir onların vücudunda hakim olsun. İnsan yalnız müəyyən hallarda səbir etsə, səbirli olmaz. Daha doğrusu, səbir sifəti onun varlığına nüfuz etmiş olmalıdır.

Bütün bunlar insanın hansı yolu seçdiyini, səbirli və şükür edib-etmədiyini öyrənmək üçün həyatda insanı sınamaq üçün səbəblərdir.

Səbrin və şükrün yeri

İlahi imtahanlardan biri də Allahın insana dünyada verdiyi mövqedir. Ənam surəsinin 165-ci ayəsində buyurur: "Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən dərəcələrlə üstün edən Odur. Doğrudan da Rəbin tez cəza verəndir və həqiqətən elə O, çox bağışlayan və mehribandır".

Siyasi və rəhbər vəzifəyə çatanda diqqətli olmaq lazımdır. Çünki bu məqamlar imtahan üçündür. Onun xalq üçün nə etdiyini görmək üçün səlahiyyətli şəxslər təyin olunub.

Ona görə də biz özümüzü ilahi imtahanlara hazırlamalı və bilməliyik ki, hər bir qərar və davranışımızda imtahan olunuruq. Şükür etsək; İlahi nemətlər artır. Amma şükür etməsək, nemətlər bizdən uzaqlaşar. Əgər səbr etsək, bizi dünyada və axirətdə çoxlu nemətlər gözləyir:

"Əgər şükr etsəniz, sizə mütləq artıraram və əgər küfr etsəniz, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir."


mənbə: iqna

Xəbər lenti

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25

”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
2024-05-03 15:22

3 nəfər 12-ci sinif şagirdi avtomobillə Nakra çayına düşüb
2024-05-03 14:07

5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi
2024-05-03 14:04

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz
2024-05-03 13:59

” Biz Gürcüstan liderlərini qanun layihəsini geri götürməyə çağırırıq“
2024-05-03 13:57

Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi daha iki gün qüvvədə olacaq
2024-05-03 13:54

ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
2024-05-03 13:51

“ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“
2024-05-03 11:17

Qurani-Kərimdə təşrii (qanunvericilik) nizam və intizam
2024-05-03 10:55

Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
2024-05-03 10:48

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı - VİDEO
2024-05-03 10:40


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

103

Bismillah və salavatın təsirləri

102