Rusiyanın “ermənisiz Ermənistan” planı nə idi?

29 Noyabr 2020 - 13:27

134577

Xeber.ge saytı xəbər verir ki, Cənubi Qafqazda baş verən hərbi münaqişə dünya mediasının diqqət mərkəzindədir. O cümlədən, Almaniya kütləvi informasiya vasitələri də bu məsələyə xüsusi diqqət ayırırlar.

Qarabağda yenidən alovlanmış müharibə haqqında Almaniya mediasında yüzlərlə xəbər yayılıb, problemin mahiyyətinin izahı ilə bağlı təhlil xarakterli onlarla məqalələr yazılıb. Bu prosesi mütəmadi şəkildə izlədiyimə görə deyə bilərəm ki, sonuncu Qarabağ savaşına qədər Almaniya mediası təsadüfi hallarda Azərbaycan haqqında müəyyən şeylər yazıb.

Bəllidir ki, Qərb mətbuatında ermənilərə xristian təəssübkeşliyindən doğan xüsusi məhəbbət var. Almaniyada da bu tendensiya aydın görünür. Ancaq o da etiraf olunmalıdır ki, son vaxtlar Qərb mətbuatı Azərbaycan haqqında, Qarabağ probleminin mahiyyəti barədə kifayət qədər obyektiv yanaşma sərgiləyir. Və bu, beynəlxalq səviyyədə Azərbaycanın ciddi uğuru sayılmalıdır.

Bu yazımızda belə nümunələrdən biri haqqında söhbət açacağıq.

“Der Tagesspiegel” qəzetində gedən “Rus-türk anlaşmasının ənənəsi” (Tradition russisch-türkischer Absprachen”) adlı məqalədə bölgənin tarixi ilə bağlı müəyyən mülahizələr irəli sürülür. Məqalənin müəllifi Tessa Hofmann bəzi tarixi mənbələrə istinadən Dağlıq Qarabağın Azərbaycanamı, yoxsa Ermənistanamı məxsus olduğunu aydınlaşdırmağa çalışır.

Tessa Hofmann yazır ki, 1813-cü ildə Rusiya ilə İran arasında sülh müqaviləsi imzalandı. Nəticədə, “keçmiş fars xanlıqları olan Dərbənd, Bakı, Gəncə və Qarabağ xanlıqları Rusiyanın nəzarəti altına keçdi”.

1828-ci ildə isə Gülüstan müqaviləsi imzalandı. İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın əlinə keçdi. Bu ərazidə qısa müddət ərzində mövcud olan “erməni bölgəsi” (1828-1840) yaradıldı. Bu, ermənilər arasında erməni dövlətinin qurulacağı ilə bağlı ümidləri artırdı. O vaxt Qarabağ etnik və dini baxımdan Gəncə quberniyasına bağlı idi.

Gördüyünüz kimi, müəllif Azərbaycan xanlıqlarını fars (persiyan) kimi təqdim edir. Ancaq farslar arasında heç vaxt xanlıq anlayışı və ənənəsi olmayıb. Ümumiyyətlə, o vaxt tarixdə İran adlı dövlət yox idi. Həmin ərazidə yüzdə yüz türk olan Qacarlar sülaləsi hökmranlıq edirdi. Bəllidir ki, Qacarlar sülaləsi 1796-1925-ci illərdə hazırkı Azərbaycanın və İranın ərazilərində hakimiyyətdə olublar. Bu dövlət İran yox, Qacarlar dövləti adlanırdı.

Təəssüf ki, müəllif 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsindən söhbət açmır. Həmin müqavilə Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilirlər. Kürəkçay müqaviləsi son dərəcə önəmli bir sənəddir. Çünki bu sənəddə birmənalı olan fakt odur ki, Qarabağın sahibi azərbaycanlılardır. Məhz azərbaycanlıların xanı ilə Rusiya dövləti müqavilə bağlayır. Məntiqlə ermənilər Qarabağda güc sahibi olsaydı, Rusiya onlarla rəsmi müqavilə imzalayardı.

Almaniyalı müəllif qeyd edir ki, XIX əsrdə Rusiyanın ermənilərə yönəlik siyasətində qarışıqlıq vardı. Belə ki, rusiyalı ruhanilər erməniləri xristianlığı parçalayan təfriqəçi hesab edirdilər. Rusiyanın gizli xidmət orqanları isə erməniləri inqilabçı sayırdı. Belə qarışıqlıqdan dolayı “Ermənisiz Ermənistan” ifadəsi ortaya çıxmışdı. Bu ifadə ilk dəfə rusiyalı diplomat Aleksey Lobonov-Rostovski tərəfindən işlədilmişdi. 1882-ci ildən sonra Rusiya Cənubi Qafqazda zorakılığa söykənən coğrafi və etnik reallıqları nəzərə almayan siyasət yeridirdi. Bu da Rusiyanı xilaskar hesab edən ermənilər arasında ruslara olan inamı sarsıdırdı.

Söhbət açdığımız məqalədə bizim üçün önəmli olan məqamlardan biri İrəvan xanlığı ilə bağlıdır. Yuxarıda vurğuladıq, xanlıq klassik türk dövlət idarəçiliyi formasıdır. Xanlığın farslarla heç bir əlaqəsi yoxdur. Ermənilərin isə xanlıqdan danışması ümumiyyətlə, mümkün deyil. Əgər İrəvan xanlığı ərazisində ermənilər söz sahibi olsaydı, məhz onlara məxsus dövlət qurumu olardı və həmin dövlətin rəhbərliyi Rusiya ilə anlaşma əldə edərdi. Ancaq tarixdə belə bir şey olmayıb.

Belə ala-yarımçıq da olsa, Almaniya mətbuatında Azərbaycan xanlıqları haqqında məlumatın verilməsi, xüsusən Qarabağ və İrəvan xanlıqlarının adının çəkilməsi müsbət hadisədir. Ümid edək ki, Almaniyada Azərbaycan tarixinə maraq göstərən alimlərin sayı bundan sonra daha da çoxalacaq. Bunun üçün isə Azərbaycan güclü dövlət olmalıdır. Yalnız güclü dövlət özünə güclü maraq yaratmağa qadirdir.


mənbə: axar.az

Xəbər lenti

Zurabişvili: “Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
2024-04-18 22:58

Ukrayna XİN: Gürcüstan üçün real təhdid
2024-04-18 22:45

Viola fon Kramon: İvanişvili ehtiyat tədbirləri görür, sanksiyalar tətbiq olunarsa, pulu Gürcüstana qaytarmalıdır
2024-04-18 21:19

“Polis mənə fiziki təzyiq etdi, qabırğam sınıb”- Aleko Elisaşvili
2024-04-18 21:12

” Gürcüstan parlamentinin qərarından dərin məyus olduq”
2024-04-18 21:09

Sameqreloda ölümlə nəticələnən avtomobil qəzası baş verib
2024-04-18 21:01

Lui Bono Gürcüstanda səfərdədir
2024-04-18 20:45

Gürcüstanda torpaq sürüşməsi baş verdi
2024-04-18 20:31

19 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-18 19:42

Aksiyalar bizə xalqın qanun layihəsinə dəstəyini göstərdi
2024-04-18 15:36

Prezident qadınlar üçün kvotanın ləğvini nəzərdə tutan qanun layihəsinə veto qoyub
2024-04-18 15:31

“Gürcüstan Corciya deyil” - Tbilisidə davam edən etirazla bağlı Moskvada nə deyirlər
2024-04-18 14:50

Bu tarixdən ölkədə hava şəraiti dəyişəcək
2024-04-18 12:44

“İvanişviliyə offşorlarda gizlədilən əmlakını ölkəyə gətirməyə icazə verilir”, - qanunda nə dəyişir
2024-04-18 12:28

Bu, bizi ukraynalaşmadan qoruyacaq
2024-04-18 11:22

Bu xidmətlər hökumət tərəfindən maliyyələşdiriləcək
2024-04-18 11:14

İnsultdan qaçmağın ən asan və sadə yolu
2024-04-18 11:06

Qurana görə emosional nizam-intizam
2024-04-18 10:48

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb
2024-04-18 10:39

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
2024-04-18 10:29

Yenilənmiş insanabənzər robot təqdim olundu - VİDEO
2024-04-18 10:18

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA
2024-04-18 10:08

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
2024-04-18 09:57

Çindən İsrailə: Dərhal hücumları dayandır!
2024-04-18 09:50

Aksiya iştirakçıları hökumət administrasiyasına doğru yürüş ediblər
2024-04-17 23:33

Azadlıq Meydanına xüsusi təyinatlılar və su reaktiv maşını cəlb olunub
2024-04-17 23:05

“Qanun layihəsini “Rus”adlandırmağa ehtiyac yox idi “
2024-04-17 21:58

Saakaşvili bütün ölkəni etirazlara çağırdı
2024-04-17 21:22

Baş nazir: “Salome Zurabişvili xarici təsir agentidir“
2024-04-17 21:17

Parlamentin yaxınlığında “Rus qanununa yox” şüarları ilə aksiya davam edir
2024-04-17 21:15

Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq
2024-04-17 20:15

Tbilisidə atışma olub, üç nəfər yaralanıb
2024-04-17 19:37

Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
2024-04-17 19:34

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb
2024-04-17 19:31

Tbilisidə vəziyyət yenidən gərginləşdi - İki nəfər saxlanıldı
2024-04-17 18:42

Müxalifət vətəndaşları saat 19:00-da keçiriləcək aksiyaya qoşulmağa çağırıb
2024-04-17 18:39

"Sizə söz verirəm ki, biz Avropa İttifaqına “Gürcü Arzusu” şərtləri ilə daxil olacağıq”
2024-04-17 18:35

18 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-17 18:06

“Gürcü arzusu” Rusiya qanununu birinci oxunuşda dəstəkləyib
2024-04-17 15:01

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı keçirilən aksiya bu gün də davam edəcək
2024-04-17 10:50


Digər Tarixi faktlar xəbərləri: