Allaha şərik qoşmağın təsirləri

27 Oktyabr 2023 - 07:17

303

İnsanın Allaha imanının həyatda təsiri və nəticələri olduğu kimi, Allaha şərik qoşmağın da Quranda qeyd olunan dağıdıcı təsiri vardır.

Allaha şərik qoşmağın Quranda bəhs edilən dağıdıcı təsirləri bunlardır:

1 Əməllərin məhv olması

Allaha şərik qoşmaq insanların bütün yaxşılıqlarını məhv etməklə yanaşı, əməllərinin də məhv olmasına səbəb olur.

Bəzən həyatda kiçik bir əməl və davranış insanın bütün səylərini puça çıxarır. Misal üçün:

Bəzən tələbə il boyu oxuyur, amma imtahan vermir və buna görə də diplomunu almır. O, biliklidir, lakin ictimai etibarını itirir.

Təsəvvür edin ki, sağlamlıq məsələlərinə çox diqqətli olan bir insan azacıq zəhər içdikdə, bu kiçik hərəkət onun gördüyü bütün sağlamlıq tədbirlərini aradan aparır.

Allaha şərik qoşmaq zəhər içmək kimidir. Həyat boyu çəkilən bütün zəhmətləri aradan aparır. Qurani-Kərimə müraciət edək: “Əgər onlar Allaha şərik qoşsaydılar, yaxşılıqları puç olardı” (Ənam, 88).

Peyğəmbərimizə buyurur: “Sənə və səndən əvvəlkilərə vəhy olundu: “Əgər Allaha şərik qoşsan, bil ki, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan” (Zümər, 65).

2 Narahatlıq

Bir insanın bütün insanları razı salması mümkün deyil. Çünki hər kəsin böyük gözləntiləri var. Burada tövhid və şirk məsələsi ön plana çıxır. Tövhid inancına malik olan, yəni Allahın birliyinə möhkəm inanan insan ancaq Allahı razı salmağı düşünür. İnsanların və ya qrupların nə istədiyini düşünmür, özünəməxsus rahatlığı var.

a Yusif surəsi, ayə 39: "Ey zindan dostlarım! Müxtəlif tanrılara (iman gətirmək və onlara bağlı olmaq) daha yaxşıdır, yoxsa qüdrəti qarşısıalınmaz olan bir Allah?".

İnsanın birdən çox himayəçisi və ağasının olması yaxşıdır, yoxsa tək qüdrət və nəzarət sahibi olan bir Tanrı olması yaxşıdır? İnsan bir Allahı razı salmaq fikrində aramlıq tapır, yoxsa müxtəlif zövqlərə sahib birdən çox insanı razı salmaq fikrində olması?  

b  Zumər surəsi, 29-cu ayə: “Allah belə misal gətirir: “Bir adam var ki, bir-biri ilə ixtilafda olan çoxlu ortaq ağaları var; Elə adam da var ki, yalnız bir nəfərdən asılıdır. İndi bu iki kişi bərabər ola bilərmi? Həmd Allaha məxsusdur. Amma çoxu bunu başa düşmür”.

3 Şəxsiyyətdə sarsıntı

Qurani-Kərimin Həcc surəsinin 31-ci ayəsində buyurulur: "Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər".

Allaha şərik qoşan şəxs, öz üstün mövqeyini itirərək ədəbsizləşir, yırtıcı quşların parçaladığı leş və ya küləyin uçurduğu cansız bədən zərrələri kimi olur; Şirkdə israrın insanı bir müddət çaş-baş salması və nəticədə məhvə aparması qaçılmazdır.

Amma tövhidə etiqad edən şəxs gözəl kəlamı “La ilahə İlləllah”ı qəbul edən şəxsdir. Necə ki, hədisdə deyildiyi kimi “LA İLAHƏ İLLƏLLAH” kəlməsi mənim “Qalam”dır. Ona görə də kim bu sözü desə, qalama girər; Kim mənim qalama girərsə, mənim əzabımdan uzaq olar (nicat tapar).

4  Cəmiyyətdə qarşıdurma və parçalanma

Təkallahlı cəmiyyətdə yalnız bir qayda, qanun və xətt var. Bu, Allahın yolu və qanunudur. İnsanların yalnız bir qoruyucusu var. Halbuki şirkin hökm sürdüyü bir cəmiyyətdə müxtəlif nizam-intizam və yollar mövcuddur. Hər kəs yaratdığı yolu və şeyi təsdiqləməyi düşünür.

“Mömunun” surəsinin 91-ci ayəsi: “Ondan başqa məbud yoxdur; Əks halda, hər bir tanrı öz yaratdıqlarını götürüb bir tərəfə çəkilər və o tanrılardan biri mütləq digərinə hakim olmağa çalışardı”.

Əhzab surəsinin 67-ci ayəsi: “Onlar əlavə edəcəklər: “Ey Rəbbimiz! “Biz ağalarımızın və böyüklərimizin sözünə qulaq asdıq, onlar da bizi yoldan çıxardılar”.

Möminun surəsinin 91-ci ayəsi: “...o tanrılardan biri digərinə hakim olmağa çalışardı”.

“Rum” surəsinin 32-ci ayəsi: “... dinində ixtilafda olan və firqə-firqə olanlardan olmayın – hər zümrə öz tayfasını bəyənir”.

Təfriqələr və münaqişələr şirkin ictimai nəticələridir.

5 Qiyamət günü rüsvayçılıq və zillət

Şirkin axirətdə təsiri cəhənnəm atəşi və rüsvayçılıqdır. Qurani-kərim insanları Allaha şərik qoşmamaq barədə xəbərdarlıq edir və buyurur: “Bunlar Rəbbinin sənə nazil etdiyi hikmətlərdir. Allahdan başqa heç bir tanrı tanıma. Sonra cəhənnəmə atılacaq, məhkum ediləcək və qovulacaqsınız” (İsra, 39).

Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.


mənbə: iqna

Xəbər lenti

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

105

Bismillah və salavatın təsirləri

106