Vəsiyyətin 8 şərti

29 Avqust 2023 - 10:09

267

Ölüm ayağında zəruri məsələlərdən biri də vəsiyyət etməkdir ki, məxsus şərtləri var. Bu şərtlərə diqqət yetirilməsi onun həqiqi mənasını daha qabarıq göstərir.

Vəsiyyətdə bir sıra məsələlər nəzərə alınmalıdır:

  1. Vəsiyyətdə təkcə maddi məsələlərə diqqət yetirməklə kifayətlənməməliyik, Qurandan ilham almalıyıq ki, bu barədə buyurur: Həzrət Yaqubun (ə) ölüm anı gəldiyi zaman övladlarını çağırıb onlardan soruşdu: “Məndən sonra kimə ibadət edəcəksiniz?” (Bəqərə, 133). Görürsünüz ki, Həzrət Yaqub (ə) ölüm anında övladlarının etiqadını və tövhidi tanımalarını düşünürdü.

2. İnsan vəsiyyətdə intiqam almaq üçün sui-istifadə edib bəzi haqları aradan aparmamalıdır. Həqiqətdə, məsləhəti, ədaləti, ehtiyacı və zərurətləri nəzərə almalıdır. Çünki hədisdə oxuyuruq: "Öz vəsiyyətində zülm edən böyük günah etmiş olur".

  3. Vəsiyyətdə övladların haqqına hörmət etməlidir

  Hədisdə oxuyuruq ki, bir şəxs bütün mal-dövlətini (kiçik övladları olmasına baxmayaraq) Allah yolunda vermiş və ölən zaman heç bir şeyə malik olmamışdır. Bu hadisəni Allah Rəsuluna (s) xəbər verən kimi Peyğəmbər (s) buyurdu: Bu ölüyə nə etdiniz? Dedilər: Biz onu torpağa basdırdıq və dəfn etdik. Həzrət Peyğəmbər (s) buyurdu: "Əgər mənə əvvəldən xəbər versəydiniz, mən onun müsəlman qəbiristanlığında dəfn olunmasına icazə verməzdim, nə üçün kiçik uşaqları olduğu halda belə vəsiyyət etdi?".

  Başqa bir hədisdə Peyğəmbər (s) buyurur: "İnsan bəzən yetmiş il (bütün həyatı boyu) ibadət edər, lakin öz iradəsində ədalətə riayət etməz və bu əməli ilə özünü cəhənnəm əhli edər.

Bəli, İslam dini vəsiyyətdə olan zülmü, insafsızlığı və ədalətsizliyi varislərin malından oğurluq hesab edir.

  4. Vəsiyyət yerinə özümüz əməl edək

  Vəsiyyət son fürsətlərdən istifadə etməkdir. Lakin buna güvənmək olmaz. Biz sağ ikən vəsiyyət etmək ümidi ilə yardım və sədəqə verməkdən qafil olmamalıyıq. Çünki öz əlinizlə kömək etmək fərqli təsir göstərir.

  Bir şəxs vəsiyyət etdi ki, xurma ehtiyatını vəfat etdikdən sonra Allah yolunda infaq etsinlər. Peyğəmbər (s) onun vəsiyyətinə əməl etdi və sonda bir ədəd xurma qaldı. Allahın Rəsulu (s) buyurdu: Əgər bu bir xurmanı öz əli ilə versəydi, bu, xurma anbarını ehsan verilməsi üçün vəsiyyət etməkdən daha yaxşı olardı.

  5. Vəsiyyət başqalarının məhəbbətini cəlb etmək üçün bir vasitədir

  İmamların (ə) həyatlarından bəhs edən rəvayətlərdə oxuyuruq ki, onlar hətta onlara qarşı biganə qalan qohumlarına vəsiyyət edib, mal-dövlətlərindən onlara xeyir verirdilər. Bununla da dostluq və məhəbbətlə onları öz məktəblərinə çəkirdilər.

  6. Vəsiyyət etmək bəzən vacib olur

  İslam fiqhində buyurulur: Nə zaman bir kəsin xalqa və ya Allaha borcu olarsa və ya insanların onun yanında aradan getməsindən qorxduğu bir əmanət olarsa, onların haqqını qorumaq üçün vəsiyyət etməsi vacibdir. Heç bir şübhə yoxdur ki, xüms, zəkat və İslam vergiləri kimi borclar da bura aiddir.

  7. Vəsiyyət miqdarı

  İslam qaydalarına görə, insan öz malının üçdə birindən çoxunu vəsiyyət edə bilməz. Lakin varislərin payına zərər verməmək və onların İslam şəriətindən və həmin şəxsdən ruhlarını incitməmək üçün üçdə birindən azını vəsiyyət etmək daha yaxşıdır. Məsələn, dörddə birini vəsiyyət etmək. Yəni on iki manatdan dörd manatı vəsiyyət etmək hüququ varsa, üç manat vəsiyyət etmək daha yaxşıdır.

Əlbəttə ki, bu qanuna dərindən və ümumi yanaşsaq, görərik ki, bu sərmayənin üçdə biri ailələrin, cəmiyyətlərin iqtisadi problemlərini nə qədər həll edə bilər.

  8. Vəsiyyət hikmət üzündən olmalıdır.

  Quran vəsiyyət ayəsində çox faydalı bir söz işlətmişdir və bu söz “bil-məruf” (gözəl bir tərzdə) kəlməsidir. “Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün gözəl bir tərzdə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir” (Bəqərə, 180). Yəni vəsiyyət ağıl, ürf və hikmətə uyğun olmalıdır.

Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.


mənbə: iqna

Xəbər lenti

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25

”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
2024-05-03 15:22

3 nəfər 12-ci sinif şagirdi avtomobillə Nakra çayına düşüb
2024-05-03 14:07

5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi
2024-05-03 14:04

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz
2024-05-03 13:59

” Biz Gürcüstan liderlərini qanun layihəsini geri götürməyə çağırırıq“
2024-05-03 13:57

Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi daha iki gün qüvvədə olacaq
2024-05-03 13:54

ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
2024-05-03 13:51

“ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“
2024-05-03 11:17

Qurani-Kərimdə təşrii (qanunvericilik) nizam və intizam
2024-05-03 10:55

Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
2024-05-03 10:48

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı - VİDEO
2024-05-03 10:40

“WhatsApp” iki yeni funksiya təqdim edib
2024-05-03 10:32

Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir
2024-05-03 10:18

İsveç polisi Quranın yandırılmasına icazə verdi
2024-05-02 23:29

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib
2024-05-02 23:24

Kaladze “Formula” jurnalistini “həyasız əclaf” adlandırıb
2024-05-02 23:20

Gürcüstan Prezidenti 25 məhkumu əfv etdi
2024-05-02 21:38

Aksiya iştirakçıları Parlamentdən Qəhrəmanlar Meydanına doğru yürüş edirlər
2024-05-02 21:36

Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
2024-05-02 20:19

Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib
2024-05-02 20:17

Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
2024-05-02 20:14


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

99

Bismillah və salavatın təsirləri

102