Bu gün İmam Həsən Əskərinin (ə) mübarək mövlud günüdür

24 Noyabr 2020 - 08:18

134572

İmam Hadi (ə) buyurur: «Məndən sonra imam, doğrudan da, mənim övladım Həsən (ə), ondan sonra isə onun övladı Qaimdir. Qaim yer üzünü zülm bürüdükdən sonra onu ədalətlə doldurasıdır».

Ləqəbləri: Əsgəri, Zəkiyy, Xalis, Sirac, Müşəffi, Hadi, Səxiyy, Samit, Mövla, Rəfiq, Müzi, Mürzi, Müstəvdi.

Künyəsi: Əbu Muhəmməd.

Atası: İmam Hadi (əleyhissalam).

Anası: Hədisə (Süsən, Hərbiyyə). O ilahi ariflərdəndi.

Doğulduğu gün: 10 Rəbiüs-sani.

Doğulduğu yer: Mədineyi-Münəvvərə.

Doğulduğu il: 232-ci hicri ili.

Şəhid olduğu gün: 8 Rəbiül-əvvəl, cümə günü.

Şəhid olduğu il: 260-cı hicri ili.

Ömrü: 28 il.

Şəhadət səbəbi: Əbbasi xəlifələrindən olan Mötəmid onu zəhərləmişdir.

Dəfn olunduğu yer: Samirra.

Övladlarının sayı: O Həzrətin yeganə övladı Həzrət Məhdidir (əleyhissalam)

Bu gün, hicri qəməri tarixi ilə Rəbiyüs-sani ayının 8-də müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) mövlud günüdür.

İmam Həsən Əsgərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.

İmam Həsən Əsgəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən zəhərlənərək şəhid edilib.

O Həzrət iyirmi iki yaşında ikən atası  şəhadətə yetişmişdi. İmamlıq dövrü altı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur. Mübarək məzarı İraqın Samirra şəhərindədir.

İmam Həsən Əsgəri (ə) İmam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar:

1) Əl-Mötəzz Billah (252–255 h.q)

2) Əl-Mühtədi Billah (255–256 h.q)

3) Əl-Mötəmid (256–279 h.q).

İmam Həsən Əsgəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. O həzrətin əsas fəaliyyəti xalqın qeyb dövrünə hazırlanması olmuşdur. İmam Mehdinin (ə) dünyaya gəlişinin yaxınlaşması, qeyb dövrünün xüsusiyyətləri haqqında xalqa agahlıq verilməsi, şiələrlə birbaşa əlaqələrin məhdudlaşdırılması imam Həsən Əsgərinin əsas fəaliyyətlərindən olmuşdur.

İmam çətinliklə də olsa,İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş  şagirdlər yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.

Tarixi qaynaqlara əsasən, İmam Həsən Əsgəri (ə) şiələr arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün şiələrə nəzarət edə bilmişdir.İmamın fəliyyətlərindən biri də şiələri, xüsusən də, yaxın dostlarını maddi cəhətdən təmin etmək olub. Şiələrdən bir neçəsinin İmamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsinin, İmamın da onların maddi ehtiyacını ödəməsi hətta bəzən  özləri şikayətlənmədən  İmam özü onların maddi ehtiyacını aradan qaldıraraq şiələrin maddi çətinlik ucbatından xəlifəyə tərəf cəlb olunmasının qarşısını alırdı.

İmam Həsən Əsgərinin cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işkəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə  üsullarına əl atıb İmamı gizlincəsinə zəhərləyir.

İmam Həsən Əsgərinin (ə) mövlud günündə, bütün dünya müsəlmanlarını təbrik edirik, onlara Əhli-beyt (ə) əxlaqına layiq  həyat sürmələrini diləyirik.



Xəbər lenti

“Seçkiqabağı LGBTI fobiya ilə manipulyasiyadır”
2024-03-28 15:05

Bakurianidə bir nəfər qar kütləsi altında qalıb
2024-03-28 14:51

Milli Bank Avro 2024 kolleksiya sikkəsini dövriyyəyə buraxacaq
2024-03-28 13:55

İrakli Qaribaşvilinin əmlak bəyannaməsi dərc olunub
2024-03-28 13:47

Xarici ölkə vətəndaşlarına məxsus pulu dələduzluq yolu ilə əldə edən iki nəfər saxlanıldı
2024-03-28 11:33

Afinada məktəb direktorunu döyən gürcüstanlı gənc tutulub
2024-03-28 10:27

Ramazan ayının müstəhəb əməlləri
2024-03-28 10:15

Çində inanılmaz görüntü: Böyük bir binanın dəniz yolu ilə daşındığı anlar gündəm oldu - VİDEO
2024-03-28 10:06

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
2024-03-28 09:56

Vatsapa yeni funksiya gəldi
2024-03-27 23:20

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
2024-03-27 23:16

Azyaşlıları öldürməyə cəhd edən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
2024-03-27 23:13

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb
2024-03-27 20:50

Gürcü xalqı ölkəmizin idarəçiliyinə qayıtmalıdır
2024-03-27 20:42

Ğaribaşvilinin oğlunu hökumət təyyarəsi ilə Almaniyaya aparmaq 109 500 lariyə başa gəlib
2024-03-27 20:27

“Gürcü Arzusu”nun təşəbbüsü LGBT fərdlərin hüquqlarına qarşı açıq hücumdur – Amnesty
2024-03-27 20:21

Strasburq məhkəməsi Nika Qvaramiyanın şikayətini qəbul etməyib
2024-03-27 20:12

28 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-27 20:03

2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
2024-03-27 19:59

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar
2024-03-27 15:59

Fransalı general Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri təyin edilib
2024-03-27 15:56

Martın 30-dək olan hava proqnozu açıqlandı
2024-03-27 14:02

Wizz Air Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb
2024-03-27 13:59

Saakaşvili seçkilərdə qalib gələcəyi təqdirdə bunları edəcək
2024-03-27 13:56

Dörd mənzildən oğurluq edən şəxs saxlanıldı
2024-03-27 13:54

Ağır yol qəzasında iki nəfər həyatını itirdi, üç nəfər yaralandı
2024-03-27 13:48

Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır
2024-03-27 11:32

Dövlət Departamenti ABŞ, Britaniya və Ukraynanın Rusiyadakı terrorda iştirakını inkar edib
2024-03-27 10:37

Ramazan, insanın əsas cəhətlərinə diqqət ayıdır
2024-03-27 10:25

Putin miqrantlarla bağlı tapşırıq verdi
2024-03-27 10:10

Avropa çempionatının play- off mərhələsinin final oyununda Gürcüstan yığması Yunanıstanı qəbul edir
2024-03-26 23:51

Teraktı onlar hazırlayıb, bu ölkələr də yardım edib
2024-03-26 20:41

Rusiyada Krım körpüsündə baş verən partlayışla bağlı Gürcüstan vətəndaşı qiyabi həbs cəzasına məhkum edilib
2024-03-26 20:29

Temkada bir nəfər bıçaqlanıb
2024-03-26 20:24

27 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-26 18:47

Afinada məktəb direktorunu yaralayan və şagirdi döyən 19 yaşlı gürcü saxlanılıb
2024-03-26 18:44

Sahibkardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
2024-03-26 18:38

Məktəblərdən birində bibər qazı buraxılıb
2024-03-26 18:34

Rusiyada daha bir terrorun qarşısı alınıb: Bomba terrorçunun üzərində partladı - VİDEO
2024-03-26 15:20

Futbolla əlaqədar olaraq avtobuslar gecə saat 2-yə kimi işləyəcək
2024-03-26 14:02


Digər İslam Dünyası xəbərləri:

Orucun faydalı təsirləri

69

Oruc tutmağın 9 faydası

89