Həzrət Peyğəmbərin (s) sözlərində Ramazan ayının fəzilətləri və ədəbləri

28 Mart 2023 - 06:08

134595

Ramazan ayının əhəmiyyəti və fəziləti ilə bağlı müxtəlif rəvayətlər mövcuddur ki, onların arasında İslam Peyğəmbərinin (s) mübarək Ramazan ayı ərəfəsində söylədiyi xütbə çox eşidilməlidir.

Mötəbər "Kənzul-məram fi əmali şəhris-siyam" kitabında deyilir ki, Şeyx Səduq imam Rzadan (ə) mötəbər sənədlə nəql edir: "Rəsuli-Əkrəm (s) Şəban ayın sonunda (hicrətdən sonrakı illərdən biri) xütbə oxudu  və buyurdu:

Ey insanlar, doğrudur ki, Allahın ayı bərəkət, rəhmət və məğfirətlə sizə üz tutdu; O ay ki, Allah yanında ən yaxşı aydır. Gündüzləri ən yaxşı gündüzlər, gecələri ən yaxşı gecələr və saatları ən yaxşı saatlardır.

O ay ki, siz onda Allahın ziyafətinə dəvət olunmusunuz və Allahın ləyaqət əhlindən olmusunuz. Nəfəsinizin təsbih, yatmağınızın isə ibadət savabı var, əməlləriniz və dualarınız onda qəbul olunar.

Odur ki, düzgün niyyət, günahdan təmizlənmiş və pis xislətlərdən uzaq qəlblərlə Allahdan o ayda oruc tutmağı və Quran tilavət etməyi sizə nəsib etməsini diləyin. Bu ayda Allahın məğfirətindən məhrum olan şəxs, həqiqətən aqibəti pis olan şəxsdir.

Bu ayda susuzluğunuz və aclığınızla Qiyamət gününün susuzluğunu və aclığını xatırlayın. kasıblara və fəqirlərə sədəqə verin, qocalara hörmət edin, uşaqlara rəhm edin, qohumlarınıza yaxşılıq və lütf göstərin. Dilinizi pis sözləri deməkdən saxlayın. Gözlərinizi halal olmayan şeylərdən örtün. Haram səslərdən qulaqlarınızı bağlayın. Yetimlərə nəvaziş göstərin ki, sizdən sonra sizin yetimlərinizə də belə davransınlar.

Günahlarınızdan Allaha tövbə edin, namaz vaxtlarında əllərinizi göyə qaldırıb dua edin. Çünki namaz vaxtları ən gözəl vaxtlardır və o saatlarda Uca Allah bəndələrinə rəhmət gözü ilə baxar, dualarını qəbul edər, onların çağırışlarına müsbət cavab verər və istəklərini yerinə yetirər.

Ey insanlar, canınız əməllərinizin girovudur, ona görə də bağışlanma diləməklə özünüzü xilas edin. Günahların ağır yükü altında belləriniz əyilib, onları uzun səcdələrlə yüngülləşdirin. Allah özünə and içib ki, ibadət edənlərə və səcdə edənlərə əzab verməyəcək, onları cəhənnəm atəşi ilə qorxutmayacaq.

Ey insanlar, sizdən hər biriniz bu ayda oruc tutan möminə iftar verərsə, bir qul azad etməyin savabı ona yazılar və keçmiş günahları bağışlanar.

Ey insanlar, kim bu ayda əxlaqını islah etsə, axirətdə rahatlığa qovuşar. Kim bu ayda şərrini insanlardan uzaqlaşdırarsa, Allah da qəzəbini Qiyamət günü ondan uzaqlaşdırar.

Kim bu ayda bir yetimə nəvaziş göstərərsə, Allah Qiyamət günü ona hörmət edər. Kim bu ayda qohumlarını ziyarət edər və yaxşı işlər görərsə, Allah onu öz rəhmətinə qovuşdurar. Bu ayda kim qohumları ilə bağlarını kəsərsə, Qiyamət günü Allah rəhmətini ondan uzaq edər.

Ey insanlar, bu ayda cənnətin qapıları açıqdır, Allahdan istəyin ki, onları sizin üzünüzə bağlamasın. Bu ayda cəhənnəm qapıları bağlıdır, Allahdan diləyin ki, sizin üzünüzə açmasın. Şeytanlar bu ayda həbs olunur, Allahdan istəyin ki, onların sizə hakim olmasına imkan verməsin.


mənbə: iqna

Xəbər lenti

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25

”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
2024-05-03 15:22

3 nəfər 12-ci sinif şagirdi avtomobillə Nakra çayına düşüb
2024-05-03 14:07

5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi
2024-05-03 14:04

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz
2024-05-03 13:59

” Biz Gürcüstan liderlərini qanun layihəsini geri götürməyə çağırırıq“
2024-05-03 13:57

Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi daha iki gün qüvvədə olacaq
2024-05-03 13:54

ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
2024-05-03 13:51

“ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“
2024-05-03 11:17

Qurani-Kərimdə təşrii (qanunvericilik) nizam və intizam
2024-05-03 10:55

Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
2024-05-03 10:48

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı - VİDEO
2024-05-03 10:40

“WhatsApp” iki yeni funksiya təqdim edib
2024-05-03 10:32

Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir
2024-05-03 10:18

İsveç polisi Quranın yandırılmasına icazə verdi
2024-05-02 23:29

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib
2024-05-02 23:24

Kaladze “Formula” jurnalistini “həyasız əclaf” adlandırıb
2024-05-02 23:20


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

102

Bismillah və salavatın təsirləri

102