Quranın söz və məna sirlərini izah edən təfsir

14 Fevral 2023 - 06:19

134630

“Qəraibul-Quran və Rəğaibul-Furqan” təfsiri kəlmə və məna sirlərini ifadə etməkdə əhatəli olmaqla yanaşı, mətləbləri elə tərtib etmişdir ki, onları əldə etmək asanlaşsın.

“ Nizamuddin Həsən ibn Məhəmməd Nişaburinin müəllifi olduğu “Qəraibul-Quran və Rəğaibul-Furqan” təfsiri Quranın söz və məna təlimlərinə uyğun olaraq yazılmış, tərbiyə yönümlü rasional təfsirdir. O, Quranın söz və məna, zahiri və batini sirləri arasında mənalı əlaqə qura bilmiş Qurani-Kərimin ən gözəl təfsirlərindən biri hesab oluna bilər.

Nişaburi kim idi?

Nizam Ərəc kimi tanınan Nizaməddin Həsən ibn Məhəmməd ibn Hüseyn Xorasani Nişaburi (728-ci qəməri ili və miladi 1328-ci ildən sonra vəfat edib) İslam dünyasının ən məşhur hafizlərindən biridir. Onun ailəsi və qəbiləsi Qumda yaşayırdı, lakin o, Nişaburda doğulub və orada böyüyüb. Onun savadı, nəzakəti, araşdırması, məharəti və dəqiqliyi sonrakı alimlər arasında məşhur olmuşdur. O, əqli elmlər üzrə mütəxəssis idi. Ərəb dili və qromatikasında bacarıqlı idi.

O, özündən çoxlu əsərlər yadigar qoyub ki, onlardan ən mühümü “Qəraibul-Quran və Rəğaibul-Furqan” kitabıdır. Onun digər əsərləri arasında Quranın təfsirində yazdığı “Əvqaful-Quran” və “Lubbut-təvil”i qeyd etmək olar.

Quran möcüzələrinin xüsusiyyətləri

Nişaburi bu təfsiri qısa şəkildə Fəxr Razinin təfsirindən iqtibas etmişdir. Zəməxşərinin "Kəşşaf" kitabı onun digər mühüm mənbələrindən biri olub. Nişaburi təkcə Fəxr Razi və Zəməxşərinin sözlərindən sitat gətirməklə kifayətlənməyib, öz fikirlərini və təfərrüatlı məqamları əlavə edib. Bu təfsirdə peyğəmbərin (s) rivayətlərinin, səhabə və tabeindən olan müfəssirlərin də xüsusi yeri vardır.

O, Fəxr Razi və Zəməxşərinin sözlərindən sitat gətirməklə kifayətlənməmişdir. Bunlara çoxlu mətləblər əlavə etmişdir. Onların fikirlərini rədd etdiyi zaman bu məsələyə işarə etmişdir. Onların sözlərində nöqsan olduğu zaman onları təkmilləşdirdi. Zəməxşəri ilə Razinin fikirləri arasındakı ixtilafda onlardan birinin fikrinin düzgünlüyünə dair öz fikrini bildirmişdi.

O, təfsirinin sonunda yazır: “Mənim təfsiri yazmaqdaki bir motivim budur ki, o, dünya və axirətdə həmnişinim olsun. Digər motivasiyam isə Quran möcüzələrinin cəhətlərini ifadə edən, pərakəndə şəkildə olan faydalı təfsir müzakirələrini toplamaq və və onun kəlmələrinin problemlərini həll edərək qeyd etmək idi. Əsasən, sözlər, ifadələr, ifadələrin mənaları və onların müxtəlif cəhətləri kimi ədəbi müzakirələr, onların Quranda işlədilməsi müəyyənləşdirildikdə və istifadə olunduqda faydalı olur. Ona görə də bu cür müzakirələri bəyan etmişəm”.

Nişaburi, Fəxr Razinin təfsirini seçməsinin səbəbi ilə bağlı yazır: “Orada faydalı məzmunlar və müzakirələrvar idi. Həmçinin lazımsız və faydası olmayan məzmunlar var idi. Oxucuların onlardan düzgün istifadə etmələrini çətinləşdirdiyi üçün onları çıxarmağı qərara aldım. Həmçinin qısa və ifadəli bir üsulla Quranın məzmununu ilə maraqlananlar üçün onun istifadəsini asanlaşdırmağa çalışdım.

Təfsirin üslubu

Nişaburinin özünün təfsir tərzi var. O, surələrin əvvəlində əvvəlcə surənin adı, Məkkə, Mədinə surəsi olduğunu, onunla bağlı ayə və kəlamların sayı, söz və hərflərin sayı kimi ümumi məlumat verir.

Bu təfsirin xüsusiyyətlərindən biri də əhatəli olması ilə yanaşı, mətləblərin kateqoriyalara bölünməsidir. Bu da onları əldə etməyi asanlaşdırır. O, mətləbləri bir neçə hissəyə bölür.

“Rövzatül-cənat” kitabının müəllifi bu təfsirinin əhəmiyyəti haqqında yazır: “Nişaburinin təfsiri Allah-Təalanın kəlamlarının söz və məna məqamları, zahiri və batini faydaları toplamış ən gözəl təfsirlərindəndir".


mənbə: iqna

Xəbər lenti

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb
2024-05-17 14:01

Çexiya Gürcüstan hakimiyyətinin müdafiəsinə qalxdı
2024-05-17 12:41

Cümə gününün əhəmiyyəti
2024-05-17 12:36

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05

Nigeriyada məsciddə partlayış - 11 ölü, 17 yaralı
2024-05-17 11:49

TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək
2024-05-17 11:40

Sandu Zurabişviliyə zəng edərək Gürcüstan xalqına dəstəyini ifadə edib
2024-05-17 11:26

Çində taksilərlə bağlı YENİLİK: Sürücüsüz idarəetmə- VİDEO
2024-05-17 10:11

Yerə oxşayan yeni planet aşkarlandı
2024-05-17 10:46

“Hizbullah” İsrailə rekord sayda raket atdı
2024-05-17 10:37


Digər İslam Dünyası xəbərləri:

Cümə gününün əhəmiyyəti

71

İslamda ictimai nəzm

77