Quran nəzərində "Əbrar" (yaxşılar) kimlərdir?

20 Yanvar 2023 - 08:13

134633

"Əbrar" (yaxşılar) Allaha tam itaət edib, Onun razılığını qazanıb və günahlardan çəkinən şəxslərdir.

Yaxşı insan olmaq hər bir şəxsin arzusudur. Hər bir insan özünü yaxşı hesab edir ya yaxşı olduğunu göstərmək istəyir. Heç bir halda pis olduğunu qəbul etmək istəmir.

Amma buna diqqət etmək lazımdır ki, hər bir məktəb özünə görə yaxşılıq üçün meyar təyin etmişdir. Bunun əsasında bəziləri yaxşı bəziləri isə pis insan sayılır.

İnsanların xaliqi  olan Allah bəşərin hidayəti üçün göndərdiyi səmavi kitabda kimlərin yaxşı insan olduğunu bəyan edir. Yaxşılığın meyarlarını qeyd edir. Onların xüsusiyyətlərini sayır.

Bu xüsusiyyətlərə toxunmaqdan əvvəl yaxşılığı məna edəcəyik. Onun lüğət və termin mənalarını qeyd edəcəyik.

“Əbrar” sözü “Barr” (isimi-fail)  sözünün və ya “Bərr” (sifəti-müşəbbəhə)  sözünün cəm formasıdır.  “Birr” sözü lüğətdə “yaxşılıq və lütf”, “çox yaxşı iş görmək” və “başqaları qarşısında işin yaxşılığı” mənasındadır.

"Birr" sözü "ehsan" xeyirxahlıq deməkdir. Onun reallaşması elədir ki, insan öz işini yaxşı görür, yaxşı bir işi savab və təşəkkür üçün deyil, yaxşı olduğu üçün və ya başqalarının xeyiri onda olduğuna görə edir.

Quran təfsirçiləri “birr” (yaxşılıq) üçün müxtəlif mənalar ifadə etmişlər;

- Allaha hər hansı itaətə “birr” (yaxşı iş) deyilir.

- “Birr” Allaha yaxınlıq amili olan yaxşılıq, xeyirxahlıq və Allahı razı salan hər bir işə deyilir.

Həmçinin Quranın təfsirçilərinin “Əbrar” sözünün mənasında müxtəlif tərifləri və ya təbirləri var; "Əbrar" Allaha tam itaət edib, Onun razılığını qazanıb və günahlardan çəkinən şəxslərdir. Yaxud Allaha, Peyğəmbərə (s) və axirət gününə bəsirətlə iman gətirənlərdir.

Allah "Bəqərə" surəsinin 177-ci ayəsində buyurur:

«لَیْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَکُمْ قِبَلَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ وَ لکِنَّ الْبِرَّ مَنْ  آمَنَ بِاللّهِ وَ الْیَوْمِ الْآْخِرِ وَ الْمَلائِکَةِ وَ الْکِتابِ وَ النَّبِیِّینَ وَ آتَى الْمالَ عَلى حُبِّهِ ذَوِی الْقُرْبى وَ الْیَتامى وَ الْمَساکینَ وَ ابْنَ السَّبیلِ وَ السّائِلینَ وَ فِی الرِّقابِ وَ أَقامَ الصَّلاةَ وَ آتَى الزَّکاةَ وَ الْمُوفُونَ بِعَهْدِهِمْ إِذا عاهَدُوا وَ الصّابِرینَ فِی الْبَأْساءِ وَ الضَّرّاءِ وَ حینَ الْبَأْسِ أُولئِکَ الَّذینَ صَدَقُوا وَ أُولئِکَ هُمُ الْمُتَّقُونَ»

"Yaxşı əməl heç də (namaz vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (səfər əsnasında pulu qurtarıb yolda qalan yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlar məhz onlardır. Müttəqilər də elə onlardır!".

Ayənin nazil olma səbəbi barədə “Şeyx Tusi” deyir: "O zaman ki, qiblə Kəbə evi oldu, əvvəlki qiblənin nəsx edildiyini hamı müşahidə etdi. Xüsusən də yəhudi və xristianlar bu məsələdən danışdılar.  Allah bu ayəni ona görə göndərmişdir ki, onlar yaxşı əməllərin yalnız üzü qibləyə durub namaz qılmaqdan ibarət olduğunu zənn etməsinlər. Daha doğrusu bilsinlər ki, başqa itaətlər də var ki, onlar xeyirxah əməllərdən sayılır.

Bu ayədə yaxşıların sifətləri üç əqidə, əxlaq və əməli sahəni ehtiva edir.

Allah yaxşı insanların xüsusiyyətlərini qeyd edir. Bununla da yaxşılığın meyarlarını bizə vurğulayır. İnşallah gələn bəhsimizdə  bu xüsusiyyətləri diqqətinizə çatdırıb onların əhəmiyyətindən danışacayıq.

Ümidvarıq ki, Mütəal Allah bizi yaxşılardan (Əbrar) qərar versin.


mənbə: iqna

Xəbər lenti

Gürcüstan baş naziri adından iftar süfrəsi təşkil edildi
2024-03-28 22:55

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
2024-03-28 21:14

Soxumi hava limanı yaxınlığındakı ərazidən əhalinin köçürülməsi planlaşdırılır və abxazların bir hissəsi bununla razılaşmır
2024-03-28 21:10

Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
2024-03-28 21:06

Hakim Çxikvadzeyə qoyulan sanksiyanın götürülüb-götürülməməsi ilə bağlı ABŞ səfirliyindən izahat gözləyirəm
2024-03-28 20:55

29 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-28 20:47

“Seçkiqabağı LGBTI fobiya ilə manipulyasiyadır”
2024-03-28 15:05

Bakurianidə bir nəfər qar kütləsi altında qalıb
2024-03-28 14:51

Milli Bank Avro 2024 kolleksiya sikkəsini dövriyyəyə buraxacaq
2024-03-28 13:55

İrakli Qaribaşvilinin əmlak bəyannaməsi dərc olunub
2024-03-28 13:47

Xarici ölkə vətəndaşlarına məxsus pulu dələduzluq yolu ilə əldə edən iki nəfər saxlanıldı
2024-03-28 11:33

Afinada məktəb direktorunu döyən gürcüstanlı gənc tutulub
2024-03-28 10:27

Ramazan ayının müstəhəb əməlləri
2024-03-28 10:15

Çində inanılmaz görüntü: Böyük bir binanın dəniz yolu ilə daşındığı anlar gündəm oldu - VİDEO
2024-03-28 10:06

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
2024-03-28 09:56

Vatsapa yeni funksiya gəldi
2024-03-27 23:20

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
2024-03-27 23:16

Azyaşlıları öldürməyə cəhd edən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
2024-03-27 23:13

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb
2024-03-27 20:50

Gürcü xalqı ölkəmizin idarəçiliyinə qayıtmalıdır
2024-03-27 20:42

Ğaribaşvilinin oğlunu hökumət təyyarəsi ilə Almaniyaya aparmaq 109 500 lariyə başa gəlib
2024-03-27 20:27

“Gürcü Arzusu”nun təşəbbüsü LGBT fərdlərin hüquqlarına qarşı açıq hücumdur – Amnesty
2024-03-27 20:21

Strasburq məhkəməsi Nika Qvaramiyanın şikayətini qəbul etməyib
2024-03-27 20:12

28 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-27 20:03

2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
2024-03-27 19:59

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar
2024-03-27 15:59

Fransalı general Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri təyin edilib
2024-03-27 15:56

Martın 30-dək olan hava proqnozu açıqlandı
2024-03-27 14:02

Wizz Air Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb
2024-03-27 13:59

Saakaşvili seçkilərdə qalib gələcəyi təqdirdə bunları edəcək
2024-03-27 13:56

Dörd mənzildən oğurluq edən şəxs saxlanıldı
2024-03-27 13:54

Ağır yol qəzasında iki nəfər həyatını itirdi, üç nəfər yaralandı
2024-03-27 13:48

Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır
2024-03-27 11:32

Dövlət Departamenti ABŞ, Britaniya və Ukraynanın Rusiyadakı terrorda iştirakını inkar edib
2024-03-27 10:37

Ramazan, insanın əsas cəhətlərinə diqqət ayıdır
2024-03-27 10:25

Putin miqrantlarla bağlı tapşırıq verdi
2024-03-27 10:10

Avropa çempionatının play- off mərhələsinin final oyununda Gürcüstan yığması Yunanıstanı qəbul edir
2024-03-26 23:51

Teraktı onlar hazırlayıb, bu ölkələr də yardım edib
2024-03-26 20:41

Rusiyada Krım körpüsündə baş verən partlayışla bağlı Gürcüstan vətəndaşı qiyabi həbs cəzasına məhkum edilib
2024-03-26 20:29

Temkada bir nəfər bıçaqlanıb
2024-03-26 20:24


Digər İslam Dünyası xəbərləri:

Orucun faydalı təsirləri

69

Oruc tutmağın 9 faydası

89