İslamda seçim hüququ dəyərli əməlin meyarı

05 Yanvar 2023 - 06:45

134572

Əsasən Quranın tərifi daha çox haqq və batilin iki yolu arasında batilin vəsvəsələrinə rəğmən nəfsani həvəslərini tapdalayan, cazibələrə məhəl qoymayan və Allah yolunu seçənlərlə bağlıdır.

Qiyamətlə bağlı verilən suallardan biri də budur ki, Allah niyə bu dünyada cəzalandırmır? Yaxşı olmazdımı ki, alqı-satqı nağd şəkildə edilsin və bu dünyada hər bir yaxşı insan və ya günahkarın hesabı təmizlənsin ki, bizim məada daha ehtiyacımız qalmasın?

Əgər Allah dünyada mükafat və cəza verərsə, insanlar nə qorxudan, nə də hərislikdən pis iş görməyəcək və yaxşı olarlar. Bu cür yaxşılığın heç bir dəyəri yoxdur. Yaxşı işin dəyəri insanın müstəqil və azad olması və eyni zamanda günah etməməsindədir.

İnsanın şərəfi onun azadlığına və seçiminə əsaslanır. Yoxsa, milyonlarla mələk məcbur ibadət edirdilər. Lakin Allah insanı istəklər və ziddiyyətli meyllər arasından birini seçməsi üçün yaratmışdır.

Əsasən Quranın tərifi daha çox haqq və batilin iki yolu arasında batilin vəsvəsələrinə rəğmən həvəsləri tapdalayan, cazibələrə məhəl qoymayan, sonra isə Allah yolunu seçənlərlə bağlıdır. Bununla bağlı Quranda bir çox nümunəmiz var, o cümlədən:

  1- Həzrət Yusifin (ə) hekayətində Züleyxa günaha hazır idi və qapıları bağladı. Lakin Yusif “Allaha sığınmaq” (Yusif, 23)  şüarı ilə!” özünü qoruyur.

  2- Həzrət İbrahim (ə) yüz ilə yaxın övladı olmasını gözlədi. O qədər dua etdi ki, Allah ona İsmayıl kimi bir övlad verdi. Bu arada Allahın əmri gəldi ki, bu uşağı Allah yolunda öz əllərinlə kəsin! Burada Həzrət İbrahim (ə) bir tərəfdən duyğuları və övladlıq instinktinin təzyiqinə məruz qalır, digər tərəfdən də Allahın dəvətinə cavab verməli olur. Bu arada o, instinktini cilovlayır.

  Bu, insanın yüksək məqamıdır ki, Qurani-Kərim buyurur: “Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman” (Safat, 103). İbrahim və İsmayıl Allahın əmrinə tabe oldular və İbrahim uşağını kəsmək üçün üzünü yerə qoydu.

  3-Həzrət Əli, Fatimə, Həsən və Hüseyn (ə) iftar vaxtı tam ehtiyac və aclıqları olduğu halda yeməklərini kasıblara verir və yemək əvəzinə su ilə iftar edirdilər. Quranda bu fədakarlıq haqqında belə buyurulur:

 "وَ یُطعِمون الطَّعامَ عَلى حُبّه" (İnsan, 8), Onlar öz yeməklərini ehtiyacları olduğu halda başqalarına verirdilər.

  4- İlahi şəxsiyyətlər gecə yarısı yatağın bütün cazibəsi və şirinliyinə baxmayaraq yataqdan qalxaraq Allaha istiğfar edib dua edərlər. Quranda bu haqda buyurulur: “Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər” (Səcdə, 16). “Sübh çağında da bağışlanma diləyirlər” (Zariyat, 18).

İlahi baxışda bir əməlin dəyərinin meyarı budur ki, insan onu tam sərbəstliklə maddi cazibələrə rəğmən seçsin, əks halda onun heç bir dəyəri yoxdur.

Dili olan, hirslənən adam pis söz deməzsə, dəyərlidir. Lal olan, yaxud normal vəziyyətdə pis söz deməyən insan kamil sayılmır.

Bu dünyada cənnət və cəhənnəm olmadığına görə insan yaxşı işlər görməyə, özünü təkmilləşdirməyə məcbur olmur. Sabah borcunu verməli olan biri ilə bir neçə ay sonra borcunu qaytarmalı olan biri arasında fərq var; Birincisi narahat və təşviş içindədir, amma bir neçə ay vaxtı olan ikincisi bir növ sakitdir.

  Həmçinin, ani cəza və mükafat insan hissləri baxımından uzunmüddətli cəza və mükafatdan fərqlidir. Buna görə də Allah mükafat və cəzanı gecikdirmişdir ki, tam azad şəkildə instink, istək və meyllərin arasından doğru yolu seçə bilsin.

Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.


mənbə: iqna

Xəbər lenti

Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı
2024-05-03 19:08

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25

”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
2024-05-03 15:22

3 nəfər 12-ci sinif şagirdi avtomobillə Nakra çayına düşüb
2024-05-03 14:07

5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi
2024-05-03 14:04

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz
2024-05-03 13:59

” Biz Gürcüstan liderlərini qanun layihəsini geri götürməyə çağırırıq“
2024-05-03 13:57

Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi daha iki gün qüvvədə olacaq
2024-05-03 13:54

ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
2024-05-03 13:51

“ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“
2024-05-03 11:17

Qurani-Kərimdə təşrii (qanunvericilik) nizam və intizam
2024-05-03 10:55

Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
2024-05-03 10:48

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı - VİDEO
2024-05-03 10:40

“WhatsApp” iki yeni funksiya təqdim edib
2024-05-03 10:32

Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir
2024-05-03 10:18

İsveç polisi Quranın yandırılmasına icazə verdi
2024-05-02 23:29

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib
2024-05-02 23:24

Kaladze “Formula” jurnalistini “həyasız əclaf” adlandırıb
2024-05-02 23:20

Gürcüstan Prezidenti 25 məhkumu əfv etdi
2024-05-02 21:38

Aksiya iştirakçıları Parlamentdən Qəhrəmanlar Meydanına doğru yürüş edirlər
2024-05-02 21:36

Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
2024-05-02 20:19

Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib
2024-05-02 20:17

Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
2024-05-02 20:14

AŞ Gürcüstanı Venesiya Komissiyasının “xarici agentlər” haqqında qanunla bağlı rəyini gözləməyə çağırır
2024-05-02 20:10

Avropa Komissiyası Gürcüstana xəbərdarlıq edib: “Xarici agentlər” haqqında qanun qəbuledilməzdir
2024-05-02 20:09

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
2024-05-02 20:07

Qəbul etmək istədiyimiz qanun bir sıra ölkələrdə, o cümlədən ABŞ-də var
2024-05-02 19:50

Qərb özü üçün xaricdən maliyyələşməni qadağan edir, digər ölkələrdə isə bunun sərbəst olmasına çalışır
2024-05-02 19:47

Polis aksiya iştirakçılarına Qəhrəmanlar Meydanı ərazisində yolu bağlamağa icazə vermir
2024-05-02 19:38

“Lilo Mall”da sifarişlə qəsdən adam öldürən şəxsə ömürlük həbs cəzası verildi
2024-05-02 19:35

Ölkədə zorakılığa təşviq edən şəxs məhz prezidentdir”
2024-05-02 19:32

3 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-02 18:50

Bu qanun bizi Rusiyanın qarşısında tək qoyacaq, sivil dünyadan uzaqlaşdıracaq
2024-05-02 14:31

Daxili İşlər Nazirliyi aksiyada rezin güllələrdən istifadə edilməsini “qəti şəkildə təkzib edir”
2024-05-02 14:20

Daxili İşlər Naziri Vaxtanq Qomelauri cəzalandırılmalıdır
2024-05-02 14:16

ABŞ səfirliyi: “Gürcüstanın qərb trayektoriyası risk altındadır“
2024-05-02 14:12

"İvanişvilinin çıxışından sonra aydın olur ki, bu, anti-Qərb, anti-Avropa bəyannaməsidir"
2024-05-02 14:07


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

81

Bismillah və salavatın təsirləri

100