Əfsanəvi generala qarşı terror aktından üç il ötür

03 Yanvar 2023 - 07:23

134511

 İranın İslam İnqilabı Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı general Qasim Süleymaninin və tanınmış digər iraqlı və iranlı hərbçilərin ABŞ tərəfindən terrora məruz qalmasından üç il ötür. Bu terror aktı bölgəni yeni dəhşətli müharibənin astanasına qədər aparıb çıxartdı.

Xeber.ge xəbər verir ki, yanvarın üçü əfsanəvi general Qasim Süleymaninin şəhadətinin ildönümüdür. 2020-ci ilin yanvarın ikisindən üçünə keçən gecə general Qasim Süleymani, digər İran və İraq rəsmilərilə birgə Bağdad hava limanı ətrafında ABŞ Ordusu tərəfindən terrora məruz qaldı. ABŞ prezidenti Donald Tramp terror aktından dərhal sonra bu hücumla bağlı göstərişin şəxsən onun tərəfindən verildiyini və ABŞ Ordusu tərəfindən icra edildiyini bildirdi. Görünür Donald Tramp, bu hücumdan üç gün öncə Bağdadda ABŞ səfirliyi qarşısında keçirilən etiraz aksiyalardan qəzəbli idi və əfsanəvi generalın bölgədə olan gücünü həzm edə bilmirdi.

Bu terror hadisəsi nəticəsində İranın İslam İnqilabı Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymanidən əlavə, İraqın, İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılan Xalq Səfərbər Qüvvələrinin, yəni Haşd-Şabi-nin rəhbər müavini Əbu-Mehdi əl-Müəhəndis və onlarla birgə daha 7 hərbi rəsmi şəhid oldu. Terror aktını əksər bölgə ölkələri pislədi və qınadı, Azərbaycan Respublikası da bu hadisə ilə bağlı İran tərəfinə başsağlığı verdi. Dünya liderləri bu birtərəfli, düşünülməmiş və xain terror aktının Yaxın Şərqə gətirəcəyi acı nəticələri barədə xəbərdarlıq verdilər.

Terror aktı siyasi müstəvidə şok anı yaratmışdı. Çünki Qasim Süleymani bir ölkənin rəsmi qurumunun yüksək çinli rəsmisi olmaqla yanaşı, onun İraqa səfəri də rəsmi və açıq şəkildə həyata keçirilirdi. Terror aktında İranla yanaşı İraq hərbi rəsmiləri də var idi. ABŞ Administrasiyasının bu addımı çoxları üçün gözlənilməz idi. İraqın baş naziri Adil-Əbdül-Mehdi Qasim Süleymaninin bu səfərdə onunla görüşə gəldiyini bildirdi. İraq hökuməti ABŞ-a nota verdi və az keçməmiş ölkə parlamenti əcnəbi qüvvələrin İraqdan çıxmasına səs verdi. Qasim Süleymaninin terror edilməsinin ABŞ-a vurduğu ilk siyasi zərbə də məhz bu idi.

Qasim Süleymaninin namərdcəsinə gözlənilmədən terror edilməsi İran hökumətilə yanaşı ölkə ictimaiyyətini də sarsıtmışdı. Qasim Süleymaninin dəfnində İranda böyük izdiham yaşandı. Onun və Əbu-Mehdi əl-Mühəndisin nəşi İranda şəhər bə şəhər gəzdirildi. Daha sonra doğulduğu Kerman şəhərində dəfn edildi. Əbu-Mehdi əl-Mühəndisin nəşi isə Bağdada aparıldı. Qasim Süleyminin şəhid edilməsinə görə İran intiqam hissi içində yanırdı. Hadisədən 5 gün sonra İran “intiqamın ilk mərhələsi” və ya Ayətullah Xameneinin bildirdiyi kimi “birinci şillə” olaraq ABŞ-ın İraqdakı iki bazasını ortamənzilli ballistik raketlərlə hədəfə aldı. “Şəhid Qasim Süleymani” adlı bu əməliyyat zamanı ABŞ-ın əl-Ənbar əyalətində yerləşən Eynul-Əsəd hərbi bazasında böyük dağıntılar baş verdi. Həmin gün ərzində ABŞ, yüzdən çox xəsarət almış əsgərini İraqdan təxliyə edərək müalicə üçün Almaniyaya, Küveytə və sair ölkələrə apardı. Əməliyyatı kafi bilməyən İran intiqamın davam edəcəyini, onların təkcə hərbi deyil digər müstəvilərdə də həyata keçiriləcəyini və yekun intiqamın ABŞ qüvvələrinin tamamilə İraqdan çıxması olacağını bildirdi. Bundan savayı İran və İraq məhkəmələri bu cinayətlə bağlı bütün göstəriş verən və icra edənlərin cəzalarına çatana qədər təqib edəcəyini bildirdilər.


mənbə: salamnews.org

Xəbər lenti

Gürcüstan baş naziri adından iftar süfrəsi təşkil edildi
2024-03-28 22:55

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
2024-03-28 21:14

Soxumi hava limanı yaxınlığındakı ərazidən əhalinin köçürülməsi planlaşdırılır və abxazların bir hissəsi bununla razılaşmır
2024-03-28 21:10

Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
2024-03-28 21:06

Hakim Çxikvadzeyə qoyulan sanksiyanın götürülüb-götürülməməsi ilə bağlı ABŞ səfirliyindən izahat gözləyirəm
2024-03-28 20:55

29 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-28 20:47

“Seçkiqabağı LGBTI fobiya ilə manipulyasiyadır”
2024-03-28 15:05

Bakurianidə bir nəfər qar kütləsi altında qalıb
2024-03-28 14:51

Milli Bank Avro 2024 kolleksiya sikkəsini dövriyyəyə buraxacaq
2024-03-28 13:55

İrakli Qaribaşvilinin əmlak bəyannaməsi dərc olunub
2024-03-28 13:47

Xarici ölkə vətəndaşlarına məxsus pulu dələduzluq yolu ilə əldə edən iki nəfər saxlanıldı
2024-03-28 11:33

Afinada məktəb direktorunu döyən gürcüstanlı gənc tutulub
2024-03-28 10:27

Ramazan ayının müstəhəb əməlləri
2024-03-28 10:15

Çində inanılmaz görüntü: Böyük bir binanın dəniz yolu ilə daşındığı anlar gündəm oldu - VİDEO
2024-03-28 10:06

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
2024-03-28 09:56

Vatsapa yeni funksiya gəldi
2024-03-27 23:20

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
2024-03-27 23:16

Azyaşlıları öldürməyə cəhd edən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
2024-03-27 23:13

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb
2024-03-27 20:50

Gürcü xalqı ölkəmizin idarəçiliyinə qayıtmalıdır
2024-03-27 20:42

Ğaribaşvilinin oğlunu hökumət təyyarəsi ilə Almaniyaya aparmaq 109 500 lariyə başa gəlib
2024-03-27 20:27

“Gürcü Arzusu”nun təşəbbüsü LGBT fərdlərin hüquqlarına qarşı açıq hücumdur – Amnesty
2024-03-27 20:21

Strasburq məhkəməsi Nika Qvaramiyanın şikayətini qəbul etməyib
2024-03-27 20:12

28 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-27 20:03

2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
2024-03-27 19:59

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar
2024-03-27 15:59

Fransalı general Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri təyin edilib
2024-03-27 15:56

Martın 30-dək olan hava proqnozu açıqlandı
2024-03-27 14:02

Wizz Air Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb
2024-03-27 13:59

Saakaşvili seçkilərdə qalib gələcəyi təqdirdə bunları edəcək
2024-03-27 13:56

Dörd mənzildən oğurluq edən şəxs saxlanıldı
2024-03-27 13:54

Ağır yol qəzasında iki nəfər həyatını itirdi, üç nəfər yaralandı
2024-03-27 13:48

Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır
2024-03-27 11:32

Dövlət Departamenti ABŞ, Britaniya və Ukraynanın Rusiyadakı terrorda iştirakını inkar edib
2024-03-27 10:37

Ramazan, insanın əsas cəhətlərinə diqqət ayıdır
2024-03-27 10:25

Putin miqrantlarla bağlı tapşırıq verdi
2024-03-27 10:10

Avropa çempionatının play- off mərhələsinin final oyununda Gürcüstan yığması Yunanıstanı qəbul edir
2024-03-26 23:51

Teraktı onlar hazırlayıb, bu ölkələr də yardım edib
2024-03-26 20:41

Rusiyada Krım körpüsündə baş verən partlayışla bağlı Gürcüstan vətəndaşı qiyabi həbs cəzasına məhkum edilib
2024-03-26 20:29

Temkada bir nəfər bıçaqlanıb
2024-03-26 20:24


Digər Yaxın şərq xəbərləri:

İran rialından tarixi ucuzlaşma

108