Ədalət, insanın təbii istəyidir

23 Noyabr 2022 - 09:19

134508

İnsan fitri olaraq ədalətli qanunu dəstəkləyir. İnsan müəyyən təbəqənin istəklərindən irəli gəlməyən hökuməti sevir. İnsan heç bir eqoizmi və imtiyazı olmayan, ən sadə vəziyyətlə yaşayan rəhbər istəyir.

Bir rəngdə olmaq, sadəlik, dürüstlük və ədalət hər bir insanın təbii istəkləridir. Tarixi dəlillərə görə, bu cür idarəçilik və rəhbərliyin bariz nümunəsi yalnız Peyğəmbərlərin (s), onların ədalətli quruluşunun və məktəb baxımından onlara daha yaxın olanların simasında görülmüşdür. Bu təbii tələbə müsbət cavab vermək yalnız peyğəmbərlərin xəttinin işığında mümkün ola bilər. Bunun səbəbi əsrlər boyu dünyanın hər yerində məzlumlardan (cəmiyyətdəki zəifləri) sui-istifadə edən hökumət sistemləri və cinayətkar liderlərdir. Bu qədər hüquqşünas və siyasətçilər məhrumların dərdini müalicə etməyiblər. Hələ də irqçilik və bütpərəstlik kimi xurafatlar içində yaşayırlar.

İnsanın peyğəmbərlərin hidayətinə ehtiyacını aydınlaşdırmaq üçün bəzi nümunələri qeyd edirik:

1_ İnsanları dəvət edən bir ev sahibi təsəvvür edin; Qonaqlar evə gedən yolu bilmirlər və yol boyu yan yollar və dolama yollar var. Qəflətə salanlar, yırtıcı heyvanlar və gecənin qaranlığı yoldan keçənləri təhdid edən başqa təhlükələrdir. Burada ev sahibi qonaqlara yol göstərmək üçün işıq və xəritə ilə qayğıkeş və bilikli bir adam göndərməyə borcludur. Çünki əks halda dəvət ləğv ediləcək.

Allah bütün dünyanı insanın rifahı üçün yaradıb və hamımızı öz əbədi səadətinə, bəndəliyinə dəvət edib. Yolu bilmədiyimizi və ya doğru yol seçməkdə və hərəkət yolunda səhv etdiyimizi nəzərə alıb. Şeytanın və zalımların vəsvəsələrinə tabe oluruq. Həmçinin şirk, cəhalət, təfriqə və azğınlıq zülmətinə düşürük.

Burada ev sahibimiz olan böyük Allah peyğəmbər kimi rəhbəri möcüzə kimi çıraqla, Quran kimi kamil xəritə ilə göndərməsə, Allahın bizə etdiyi dəvətlər ləğv və bihudə olacaq. Peyğəmbərlərin göndərilməsinin son məqsədi həyata keçməyəcək. Rəhbər olmasa, yolumuzu itirəcəyik. Məqsəddən də, vasitədən də yersiz istifadə olunacaq.

2_ Nə vaxt xəstələnsən, həkimə gedirsən və maşının xarab olsa, maşını ustanın ixtiyarına buraxırsan. Səbəbi aydındır: Həkim bədəninizə, mexanik isə maşınınıza sizdən daha mehriban olmasa da sizdən daha çox agahdır.

Yol seçərkən özümüzü Allahın ixtiyarına verməliyik. Çünki Allah bizə özümüzdən həm daha agah, həm də daha mehribandır: "Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!" (Maidə, 50).

Amma Allah daha xəbərdardır, çünki bizi O yaratmışdır. Hər şeyin yaradıcısı öz yaradılışı haqqında tam və kifayət qədər məlumatlıdır. Quran buyurur: “Məgər yaradan bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” (Mülk, 14).

3_ İnsan həyatında bir yol seçməlidir, bu seçimdə mühüm məsələ bu yolu kimdən tutacağıdır:

A: Anlayışınıza və ya şəxsi arzularınıza uyğun bir yol seçin.

B: Özünüz üçün başqalarının yolunu seçin.

C: Peyğəmbərlərin Allah tərəfindən gətirdiyi yolu seçin.

Qısa bir araşdırma bizi üçüncü yola yönəldəcək. Çünki təcrübə göstərir ki, biz dəfələrlə yol seçmişik və sonra səhvimizi anlayıb yolu dəyişmişik. Həyatında dəfələrlə etdiyi hərəkətlərdən, davranışlarından, qərarlarından peşman olmayan adam tapa bilməzsən. Ona görə də birinci yoldan ayrılırıq.

Başqalarının yolunun bizim üçün də heç bir dəyəri yoxdur. Çünki bizim yolumuzu dəyişən eyni bilik məhdudiyyəti və instinktlərin qələbəsi onların da büdrəməsinə səbəb olur.

Yeganə yol, Allahın sonsuz elmindən və məsum peyğəmbərlərin (s) vasitəsi ilə vəhylə bizə təqdim olunmuş yoldur.

Möhsin Qəraəti tərəfindən yazılmış "İslam Prinsiplərinin Əsasları (Peyğəmbərlik)" kitabından götürülmüşdür.


mənbə: iqna

Xəbər lenti

Gürcüstan baş naziri adından iftar süfrəsi təşkil edildi
2024-03-28 22:55

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
2024-03-28 21:14

Soxumi hava limanı yaxınlığındakı ərazidən əhalinin köçürülməsi planlaşdırılır və abxazların bir hissəsi bununla razılaşmır
2024-03-28 21:10

Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
2024-03-28 21:06

Hakim Çxikvadzeyə qoyulan sanksiyanın götürülüb-götürülməməsi ilə bağlı ABŞ səfirliyindən izahat gözləyirəm
2024-03-28 20:55

29 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-28 20:47

“Seçkiqabağı LGBTI fobiya ilə manipulyasiyadır”
2024-03-28 15:05

Bakurianidə bir nəfər qar kütləsi altında qalıb
2024-03-28 14:51

Milli Bank Avro 2024 kolleksiya sikkəsini dövriyyəyə buraxacaq
2024-03-28 13:55

İrakli Qaribaşvilinin əmlak bəyannaməsi dərc olunub
2024-03-28 13:47

Xarici ölkə vətəndaşlarına məxsus pulu dələduzluq yolu ilə əldə edən iki nəfər saxlanıldı
2024-03-28 11:33

Afinada məktəb direktorunu döyən gürcüstanlı gənc tutulub
2024-03-28 10:27

Ramazan ayının müstəhəb əməlləri
2024-03-28 10:15

Çində inanılmaz görüntü: Böyük bir binanın dəniz yolu ilə daşındığı anlar gündəm oldu - VİDEO
2024-03-28 10:06

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
2024-03-28 09:56

Vatsapa yeni funksiya gəldi
2024-03-27 23:20

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
2024-03-27 23:16

Azyaşlıları öldürməyə cəhd edən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
2024-03-27 23:13

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb
2024-03-27 20:50

Gürcü xalqı ölkəmizin idarəçiliyinə qayıtmalıdır
2024-03-27 20:42

Ğaribaşvilinin oğlunu hökumət təyyarəsi ilə Almaniyaya aparmaq 109 500 lariyə başa gəlib
2024-03-27 20:27

“Gürcü Arzusu”nun təşəbbüsü LGBT fərdlərin hüquqlarına qarşı açıq hücumdur – Amnesty
2024-03-27 20:21

Strasburq məhkəməsi Nika Qvaramiyanın şikayətini qəbul etməyib
2024-03-27 20:12

28 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-27 20:03

2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
2024-03-27 19:59

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar
2024-03-27 15:59

Fransalı general Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri təyin edilib
2024-03-27 15:56

Martın 30-dək olan hava proqnozu açıqlandı
2024-03-27 14:02

Wizz Air Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb
2024-03-27 13:59

Saakaşvili seçkilərdə qalib gələcəyi təqdirdə bunları edəcək
2024-03-27 13:56

Dörd mənzildən oğurluq edən şəxs saxlanıldı
2024-03-27 13:54

Ağır yol qəzasında iki nəfər həyatını itirdi, üç nəfər yaralandı
2024-03-27 13:48

Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır
2024-03-27 11:32

Dövlət Departamenti ABŞ, Britaniya və Ukraynanın Rusiyadakı terrorda iştirakını inkar edib
2024-03-27 10:37

Ramazan, insanın əsas cəhətlərinə diqqət ayıdır
2024-03-27 10:25

Putin miqrantlarla bağlı tapşırıq verdi
2024-03-27 10:10

Avropa çempionatının play- off mərhələsinin final oyununda Gürcüstan yığması Yunanıstanı qəbul edir
2024-03-26 23:51

Teraktı onlar hazırlayıb, bu ölkələr də yardım edib
2024-03-26 20:41

Rusiyada Krım körpüsündə baş verən partlayışla bağlı Gürcüstan vətəndaşı qiyabi həbs cəzasına məhkum edilib
2024-03-26 20:29

Temkada bir nəfər bıçaqlanıb
2024-03-26 20:24


Digər İslam Dünyası xəbərləri:

Orucun faydalı təsirləri

69

Oruc tutmağın 9 faydası

89