Duanın təsir və faydaları

01 Oktyabr 2022 - 09:20

134641

Duaların insan həyatına çox müsbət təsirləri vardır. Bu həm dünya, həm də axirət üçün keçərlidir.

Ayətullah Məkarim Şirazinin nəzərinə görə, duanın təsir və faydaları aşağıdakılardır:

1.Tanımaq və maariflənmək.

Dua etməyin və duanın özünün əsas səmərələrindən biri də tanımaq və maariflənməkdir. Misal üçün, “Ərəfə” duasını zümzümə edən insan maarif, əqidə və tövhid dərsini keçmiş kimi olur. Bu duada nəzərə çarpan tövhidi başqa dualarda tapmaq olmur. Həmçinin, Əmirəl-mömininin (ə) “Nəhcül-bəlağə” kitabında da Allahı tanımağın yolları ən yüksək səciyyələrlə bəyan olunmuşdur. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 46-cı xütbəsində bir məsələyə (26) işarə edərək buyurur ki, dua Allahın hüzuruna dua edənlər üçün qəlbi aramlıqdır. İmam buyurur:
“أللّهمّ أنت الصّاحب فی السّفر، و أنت الخلیفة فی‏ الأهل، و لا یجمعهما غیرک”
“İlahi! Biz səfər edərkən Sən bizimləsən, vətəndə qalan yaxınlarımıza nisbətdə hami və qoruyansan, Səndən başqa, heç kəs onları mühafizə edə bilməz.”
Bəli, yalnız Allahdır ki, bütün zaman və məkanlardan xəbərdardır. Eyni zamanda, o, zamanı və məkanı əhatə edəndir. Heç bir yer Ona nə yaxın, nə də uzaq deyil. Yəni, bütün yerlər onun üçün eynidir, uzaq və yaxını yoxdur. Bütün anları və zamanları əhatə edənə həyatımızı tapşırsaq, nə gözəl olar! O, hər bir yerdə bizimlədir.
“لأنّ المستخلف لا یکون مستصحبا، و المستصحب لا یکون مستخلفا”
Bu duanın son cümləsində qeyd etmək istəyir ki, həm səfərdə olduğumuzda bizimlə olan, həm də bizim vətənimizdəki yaxınlarımızın yanında hazır olan Allahdan başqa, heç kəs bu işə qadir ola bilməz.”
Gördüyünüz kimi bu cümlələrin hər bir misrası dua şəklində qeyd edilmiş və dua qəlibində bizə ilahi maarifi öyrədir.
İslami dualarda təkcə Allahı tanımaq məsələsi bəyan edilməmişdir, əksinə bu dualar dəryalar qədər mərifətlə doludur. Beləliklə, “Nüdbə” duasını təmiz qəlblə və onun məzmununa diqqət yetirərək oxuyan şəxs, sanki imamət və vilayət dərsi almış şəxs kimidir.
“Nüdbə” duasında oxuyuruq:
وَ اجْعَلْ صَلَاتَنَا بِهِ مَقْبُولَةً وَ ذُنُوبَنَا بِهِ مَغْفُورَةً وَ دُعَائَنَا بِهِ مُسْتَجَاباً وَاجْعَلْ أَرْزَاقَنَا بِهِ مَبْسُوطَةً وَ” “هُمُومَنَا بِهِ مَکْفِیَّةً وَ حَوَائِجَنَا بِهِ مَقْضِیَّةً
Vilayət həqiqətini dərk etmədən bütün qapılar bizim üzümüzə bağlıdır. Belə ki, namazımızın qəbulluğu, günaha batmamağımız, dualarımızın qəbul edilməsi, ruzilərimizin çoxalması və qəmlərimizin aradan qaldırılması vilayət nuru sayəsindədir.  Bu, necə də böyük bir həqiqətdir!

    2. Əxlaqi tərbiyə və mənəviyyatın kamilləşməsi

Dua etməyin faydalarından biri də əxlaqi tərbiyə və mənəviyyatı kamilləşdirməkdir. Beləliklə, “Məkarimul-əxlaq” duasından bir dövrə islami etika və əxlaqı əldə etmək olar. “Ərəfə” duasında oxuyuruq:
“وَ اجْعَلْ غِنَاىَ فِی نَفْسِی”
“İlahi! Ehtiyacsızlığımı mənim nəfsimdə (batinimdı) yerləşdir.”
Xarici (təbii) aləmdə ehtiyacsızlıq bir şey deyil, çünki onu sərvət toplamaqla əldə etmək olar. Həqiqətdən də, ehtiyacsızlığı batində axtarmaq lazımdır. Ona görə ki, əgər insanın nəfsi ehtiyacsızlıqla sirab olmasa, bütün dünyanı ona versələr də o, yenə də doymayacaq və teşnə olduğunu bildirəcəkdir. Buna vodyanka və ya hid r o pos (bədən boşluğuna su yığılması) xəstəliyini misal göstərmək olar. Hid r o pos xəstəliyinə tutulan şəxs sudan doymur. Əgər ruh Allahın mərifətilə sirab olarsa, dünya onun gözündə dəyərsiz sayılar.
Beləliklə, dua mətnlərində əxlaqi tərbiyələr az deyil. İnsan bu duaları oxumaqla təkamül yolunda addımlayaraq səadət zirvəsinə yetişə bilər. Məsumlardan (ə) bizə çatan dualar həqiqətdən də, hamıya mənəviyyat və səadət bəxş edə bilər.
Bazar gününün duasını oxuyuruq:
“وَ اجْعَلْ غَدِی وَ مَا بَعْدَهُ أَفْضَلَ مِنْ سَاعَتِی وَ یَوْمِى”
Allahın bu mesajını can-başla dinləyirik. Diqqətli ol! Ömründən bir gün, hətta bir saat azalır. İrəli addımlamaq lazımdır ki, təzə zirvələri fəth edəsən. Belə olmazsa, ömrünə yaşayıram adını verə bilməzsən və tədricən can verərək ömrünü sona çatdıracaqsan.

    3.Təqva və pisliklərdən çəkinmək

    Dua edən şəxs yaradanın sonsuz qüvvə və himayəsindən istifadə etmək üçün Onunla özü arasındakı rabitəni möhkəmlətməli, Onun pak zatına yaxınlaşmalı və Onun calal və camal sifətlərindən bəhrələnməlidir.
Burada belə bir sual yaranır ki, insanın belə çirkinlikləri mənimsədiyi halda, dualarının qəbul olmasının intizarını çəkməsi mümkündürmü? “Kumeyl” duasında belə mənalı cümləni oxuyuruq:
“اللَّهُمَّ اغْفِرْلِیَ الذُّنُوبَ الَّتِی تَحْبِسُ الدُّعَاءَ”
“İlahi! Dualarımın qəbulluğuna mane olan (onları həbs edərək tutub saxlayan) günahlarımı bağışla!”
İnsan bu cümləni dərk etsə, başa düşər ki, günahlarının çoxluğu onun duasının qəbul olmasına mane olur. Bunları dərk etməklə qəflət pərdəsini aradan qaldırmaq olar.
Təqvasızlığın və günahkar olmanın mühüm və əsas amillərindən biri də qəflət və xəbərsizlikdir. Beləliklə, duanın əsas xüsusiyyətlərindən biri də insan qəflət yuxusunda və ya hansısa bir məsələdən xəbərsiz olarkən onu həmin məsələdən agah etmısidir. Misal üçün, şiələr mübarək Ramazan ayının gündəlik namazlarını qıldıqdan sonra deyirlər:
أَللَّهُمَّ أَدْخِلْ عَلَى‏ أَهْلِ الْقُبُورِ السُّرُورَ، أَللَّهُمَّ أَغْنِ کُلَّ فَقِیرٍ، أَللَّهُمَّ أَشْبِعْ کُلَّ جَائِعٍ، أَللَّهُمَّ اکْسُ کُلَّ عُرْیَانٍ، أَللَّهُمَّ” اقْضِ دَیْنَ کُلِّ مَدِینٍ، أَللَّهُمَّ فَرِّجْ عَنْ کُلِّ مَکْرُوبٍ، أَللَّهُمَّ رُدَّ کُلَّ غَرِیبٍ، أَللَّهُمَّ فُکَّ کُلَّ أَسِیرٍ، أَللَّهُمَّ أَصْلِحْ کُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِینَ، أَللَّهُمَّ اشْفِ کُلَّ مَرِیضٍ، أَللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاکَ، أَللَّهُمَّ غَیِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِکَ، “أَللَّهُمَّ اقْضِ عَنَّا الدَّیْنَ، وَ أَغْنِنَا مِنَ الْفَقْرِ، إِنَّکَ عَلَى‏ کُلِّ شَىْ‏ءٍ قَدِیرٌ،
Bu dualar il böyü qafil olduğu işləri insana xatırladır. İnsana xatırladır ki, dünyadan gedənlərin və əli aşağı olanların fikirində ol. Kasıbların problemlərinin həll olması üçün bir yol tapmaq lazımdır. Acların qarınlarını doyuzdurmaq gərəkir. Münasib libas tapa bilməyənlərə yardım etmək lazımdır. Borcunu ödəyə bilməyənlərə kömək etmək lazımdır. Qəmi-qüssəsi olan insanların qəminə şərik olmaq lazımdır. Vətəndən uzaq olan və səfərdə qalan insanlara yardım etmək lazımdır. Zaman keçdikcə yaddan çıxan əsirləri azad etməyin yolunu tapmaq lazımdır. Cəmiyyətdəki fəsadları aradan qaldırmaq lazımdır. (Belə olmasa, ailələrə də zərər dəyəcək) Müsəlman olan xəstələrin şəfa tapması üçün dua etmək lazımdır.
Bəzi insanların başı işin çoxluğuna qarışır və onlar mənəviyyətdən qafil olurlar. Dua isə insanı özünə qaytarır və insana xatırladır ki, cismi, ruhi, maddi və mənəvi problemlərin həlli üçün mübarək Ramazan ayında bir çarə qıl. Qəflət pərdələrini kənara çək. Bu ayda elə kəsdən kömək istə ki, bütün işləri yerinə yetirməyə qadir olsun. Beləliklə, duanın əhəmiyyətli sirlərindən biri də insanı müqədiməsi təqva və çəkinmək olan qəflət yuxusundan oyatmaqdır. Çirkinliklərə və günahlara batmaqdan insanı uzaqlaşdıran şey təqvadır.

 4.Günahların bağışlanması

İnsanların günahlarının bağışlanması da duanın başqa bir təsiridir. Duaların bəziləri insanlara tövbə etməyi və günahların bağışlanması yolunu öyrədir. Buna “Kumeyl” duasını misal çəkmək olar. Tövbə etmək fikrində olan insana bu dua necə “Allahuməğfir li” (İlahi, məni bağışla!) deməyi, öz Allahı ilə necə söhbət etməyi öyrədir. İmamlar (ə) öz dualarında insanlara dua etməyin qaydalarını öyrədirlər. Biz şiələr imamların (ə) məsum olmasına etiqadlıyıq və onların günah etməməsinə inanırıq. Bəzi duaları oxumağın özü də bir sıra günahların bağışlanmasına səbəb olur. Bəzi rəvayətlərə əsasən, bəzi duaları oxumaq və namazdan sonra xanım Zəhranın (s) təsbihatını deməklə şəxs yeni anadan doğulmuş uşaq kimi olar və günahları bağışlanar. Əlbəttə ki, belə növdən olan rəvayətlərə diqqət etmək lazımdır ki, haqqun-nasa (başqasının haqqı) və günahlara mürtəkib olmağa səbəb olmasın (yəni, bağlanacağını bildiyi üçün günah etməyə cürət etməsin). Əlbəttə, şəri baxımdan hədd vurulmasına səbəb olan günahlar dua ilə aradan qalxmır və onlar barədə hədd icra olunmalıdır. Həmçinin qəza və ya kəffarəsi olarsa, şəxs dua etməklə onu aradan qaldırmır, çünki qəza və kəffarə belə əməllərlə saqit olmur.

    5. Bəlaların və müsibətlərin aradan qaldırılması

İmam Sadiqdən (ə) belə bir hədis nəql olunub:
“الْمُحِقُّ فَإِذا دَعَا اسْتَجابَ لَهُ وَ صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ”
“Haqq sahibi dua etdiyi vaxt Allah onun duasını qəbul edər, bəlanı ondan o özü bilmədiyi halda uzaqlaşdırar.”
Həmçinin, imam Səccad (ə) Mədinə şəhərində olarkən kasıb bir şəxsin varlı şəxsin qapısında oturduğunu görür. İmam ona buyurur: “Hansı bir şey səni məcbur edir ki, bu zalım sərvətlinin qapısında oturasan?” Dedi: “Bəla!” İmam buyurdu: “Qalx ki, səni bu qapıdan yaxşı və bu şəxsdən yaxşı birinin qapısına yönəldim.” O, şəxsin əlindən tutaraq Məscidun-Nəbiyə apardı. İmam buyurudu: “Üzünü qibləyə tut və iki rükət namaz qıl. Sonra əllərini göyə qaldırıb Allaha həmdi-səna dedikdən sonra, Peyğəmbərə (s) salavat göndər. Beləliklə, “Həşr” surəsinin axırıncı ayələrini, “Hədid” surəsinin ilk altı ayəsini və “Ali-İmran” surəsinin iki ayəsini oxumaqla Allahı çağır. Bundan sonar hər nə hacətin varsa, Allahdan istə. Hər nə istəyin varsa, hacətinə çatacaqsan.” Sonar buyurdu:
ثُمَّ قالَ: اسْتَقْبِلِ الْقِبْلَةَ وَ صَلِّ رَکْعَتَیْنِ، ثُمَّ ارْفَعْ یَدَیْکَ الَى اللَّهِ عَزَّ وَ جَلَّ فَاثْنِ عَلَى اللَّهِ وَصَلِّ عَلَى” رَسُولِهِ، ثُمَّ ادْعُ بِآخِرِ الْحَشْرِ وَ سِتِّ آیاتٍ مِنْ اوَّلِ الْحَدِیدِ وَ بِالْآیَتَیْنِ اللَّتَیْنِ فِی آلِ عِمْرانَ، ثُمَّ سَلِ اللَّهَ سُبْحانَهُ  “فَانَّکَ لَاتَسْأَلُ شَیْئاً إِلَّا اعْطاکَ
İmam Səccadın (ə) kasib kişi ilə söhbətinin əsas mesajı budur ki, bəlalardan və giriftarçılıqdan yalnız Allaha pənah aparmaq lazımdır, çünki o, pənahsızların sığınacaq yeridir.

    6.Ümid və daxili aramlıq

Bəzi vaxtlarda insan öz yaşayışında fəaliyyət və təlaşının nəticəsini almadığına görə, həmişə məyus olur və var qüvvəsini sərf edərək yeni bir çıxış yolu tapmağa çalışsa da, bir şeyə hail olmur. Dua insanın qəlbində parıldayan bir ümiddir ki, həyata nur saçaraq qaranlıqları aradan qaldırır. Beləliklə, dua edən şəxs özünü qüdrətli hesab edir və onun üçün hansısa bir problem çətinlik yarada bilmir. Eyni zamanda, bağlı qapıları açmaq onun üçün çox sadə bir məsələyə çevrilir. Dua edən şəxsin dua vasitəsilə əldə etdiyi ümid nəticəsində insanın damarlarından sanki təzə qan axır.
Dua, ümid ağacını suvarır. Bu ağac qızmar səhrada problemlər insanı əldən salan zaman, onun üzərinə gölgə salıb çalışmağa sövq etdirir.
Bundan əlavə, insanın həyatında baş verən uğursuzluq və müvəffəqiyətsizlik insanı ümidsizliyə düçar edərsə, bu, yeni əsrin psixoloji gərginlik və problemlərindən irəli gələn bir çətinlikdir.
Dua bu problem və çətinlikləri aradan qaldıran əsas amildir, çünki bir tərəfdən, ünsiyyət və əxlaqın inkişafına səbəb olur, digər tərəfdən də, duanın bir qaydası da onun digərləri – cəmiyyət – üçün olduğundan, ictimai ruhiyyə yaradır , qeyri-münasib qarşı durmanı azaldır, həmçinin, ümid mənbəyi olan Allaha xatir bihudəlik və puç hissi insandan uzaqlaşdırır və insan yaşayış üçün özünə yeni sığınacaq və böyük hədəflər seçir.


mənbə: az.shafaqna.com

Xəbər lenti

Bakurianidə qar kütləsində qalan şəxsin axtarış-xilasetmə əməliyyatına helikopter cəlb olunacaq
2024-03-29 12:13

Avro-2024 dövründə Gürcüstandan Almaniyaya həftədə 30 birbaşa uçuş həyata keçiriləcək
2024-03-29 12:10

Müharibədə həlak olanların 12-nin nəşinin qalıqları işğal olunmuş Abxaziyadan gətirilib
2024-03-29 12:05

Gürcüstanda 237 məscid müsəlmanlara təhvil verilib, daha 20 məscid isə hazırdır
2024-03-29 11:02

Yaponiyadan TEXNOLOJİ YENİLİK: Yuyula bilən smartfon istehsal edildi
2024-03-29 10:55

Oruc tutmaq və müasir dünyada insan həyatının tənzimlənməsi
2024-03-29 10:50

Saakaşvili Ali Radaya müraciət etdi.
2024-03-29 10:46

Gürcüstanda verilən sürücülük vəsiqələri İspaniyada tanınacaq
2024-03-29 10:21

Ukraynada 50 min insan itkin düşüb
2024-03-29 10:07

Gürcüstan baş naziri adından iftar süfrəsi təşkil edildi
2024-03-28 22:55

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
2024-03-28 21:14

Soxumi hava limanı yaxınlığındakı ərazidən əhalinin köçürülməsi planlaşdırılır və abxazların bir hissəsi bununla razılaşmır
2024-03-28 21:10

Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
2024-03-28 21:06

Hakim Çxikvadzeyə qoyulan sanksiyanın götürülüb-götürülməməsi ilə bağlı ABŞ səfirliyindən izahat gözləyirəm
2024-03-28 20:55

29 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-28 20:47

“Seçkiqabağı LGBTI fobiya ilə manipulyasiyadır”
2024-03-28 15:05

Bakurianidə bir nəfər qar kütləsi altında qalıb
2024-03-28 14:51

Milli Bank Avro 2024 kolleksiya sikkəsini dövriyyəyə buraxacaq
2024-03-28 13:55

İrakli Qaribaşvilinin əmlak bəyannaməsi dərc olunub
2024-03-28 13:47

Xarici ölkə vətəndaşlarına məxsus pulu dələduzluq yolu ilə əldə edən iki nəfər saxlanıldı
2024-03-28 11:33

Afinada məktəb direktorunu döyən gürcüstanlı gənc tutulub
2024-03-28 10:27

Ramazan ayının müstəhəb əməlləri
2024-03-28 10:15

Çində inanılmaz görüntü: Böyük bir binanın dəniz yolu ilə daşındığı anlar gündəm oldu - VİDEO
2024-03-28 10:06

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
2024-03-28 09:56

Vatsapa yeni funksiya gəldi
2024-03-27 23:20

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
2024-03-27 23:16

Azyaşlıları öldürməyə cəhd edən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
2024-03-27 23:13

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb
2024-03-27 20:50

Gürcü xalqı ölkəmizin idarəçiliyinə qayıtmalıdır
2024-03-27 20:42

Ğaribaşvilinin oğlunu hökumət təyyarəsi ilə Almaniyaya aparmaq 109 500 lariyə başa gəlib
2024-03-27 20:27

“Gürcü Arzusu”nun təşəbbüsü LGBT fərdlərin hüquqlarına qarşı açıq hücumdur – Amnesty
2024-03-27 20:21

Strasburq məhkəməsi Nika Qvaramiyanın şikayətini qəbul etməyib
2024-03-27 20:12

28 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-27 20:03

2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
2024-03-27 19:59

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar
2024-03-27 15:59

Fransalı general Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri təyin edilib
2024-03-27 15:56

Martın 30-dək olan hava proqnozu açıqlandı
2024-03-27 14:02

Wizz Air Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb
2024-03-27 13:59

Saakaşvili seçkilərdə qalib gələcəyi təqdirdə bunları edəcək
2024-03-27 13:56

Dörd mənzildən oğurluq edən şəxs saxlanıldı
2024-03-27 13:54


Digər İslam Dünyası xəbərləri:

Orucun faydalı təsirləri

69

Oruc tutmağın 9 faydası

89