Hindistan Ermənistana 245 milyonluq silah-sursat göndərir

29 Sentyabr 2022 - 07:54

134466

Xeber.ge xəbər verir ki, Narendra Modinin hökuməti hakimiyyətə gələndən bəri Hindistanın silah ixracının həcmi yeddi dəfədən çox artıb.

Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək. Bu barədə məlumatı "The Economic Times" qəzeti yayıb.

Nəşrin məlumatına görə, silah tədarükü iki ölkə arasında sentyabrın əvvəlində imzalanmış müqavilələr əsasında həyata keçiriləcək.

Sazişlərə uyğun olaraq, Hindistan Ermənistana xaricə ilk dəfə satılacaq öz istehsalı olan "Pinaka" reaktiv yaylım atəş sistemləri, həmçinin tank əleyhinə raketlər və sursat partiyası verəcək.

2020-ci ildə Hindistan Ermənistana dörd "Svati" artilleriya kəşfiyyat qurğusu çatdırıb.

Qeyd olunur ki, Narendra Modinin hökuməti hakimiyyətə gələndən bəri Hindistanın silah ixracının həcmi yeddi dəfədən çox artıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə ixracı 2014-2015-ci maliyyə ilində 19,4 milyard rupidən (təxminən 255,6 milyon dollar) 2021-2022-ci maliyyə ilində 116 milyard rupiyə (təxminən 1,528 milyard dollar) yüksəlib.

Bu ilin yanvarında Hindistan və Filippin 375 milyon dollar dəyərində "BrahMos" (Brahmos) raket komplekslərinin tədarükünə dair müqavilə imzalayıb. Hindistan tərəfi Filippini üç yerüstü raket kompleksi ilə təmin edəcək və komplekslərin idarə olunması üzrə filippinli operatorlara təlim keçəcək, həmçinin maddi-texniki dəstək göstərəcək.

Hindistan hökuməti 2025-ci ilə qədər illik silah ixracının həcmini 365 milyard rupiyə (təxminən 5 milyard dollar) çatdırmağı planlaşdırır.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.

Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdirməyə başlayıblar.

Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.


mənbə: sputnik.az

Xəbər lenti

“Gürcü Arzusu” “təhdid və şantajla məşğul olan şəxslər”in bazasını yaradacaq
2024-05-08 20:33

Yuxarı Lars bağlandı: 600 yük maşını gözləyir
2024-05-08 19:41

Daxili İşlər Nazirliyində beynəlxalq polis tədbirləri ilə bağlı brifinq keçirilib
2024-05-08 19:35

9 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-08 19:25

İstanbul hava limanında təkəri açılmayan təyyarə gövdə üzərinə eniş edib - VİDEO
2024-05-08 16:51

Tbilisi meriyası Rustaveli prospektinin 1 aylıq bağlanması ilə bağlı məlumatı təsdiq etmir
2024-05-08 16:46

Prokurorluq iki nəfərə qarşı fiziki zorakılıq törədən şəxsə ittiham irəli sürüb
2024-05-08 16:40

“Avtoritarizm belə görünür - “Gürcü arzusu”na ayıb olsun”
2024-05-08 16:36

“Bəziləri özlərini Yupiter, Gürcüstan isə öküz hesab edirlər”
2024-05-08 15:14

Ukraynada daha iki gürcü döyüşçü, Davit Qoqadze və Beso Lomidze həlak olub
2024-05-08 14:04

3 nəfərin oturduğu avtomobili çay aparıb
2024-05-08 13:37

Telefonunuza gələn bu zəngləri açmayın
2024-05-08 13:23

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-08 13:09

İslamda nizam və intizamın əhəmiyyəti
2024-05-08 12:33

Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib
2024-05-08 12:20

9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
2024-05-08 12:11

“Aİ-yə namizəd [ölkə] Kremlin marioneti kimi idarə oluna bilməz”
2024-05-07 19:49

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
2024-05-07 19:43

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
2024-05-07 19:36

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56


Digər Dünya xəbərləri:

Dollarla bağlı mühüm qərar

131