Bu gün İmam Əlinin (ə) mövlud günüdür

15 Fevral 2022 - 10:39

134787

İmam Əmirəlmöminin Əli (ə) "amul-fil"in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmış, 40-cı hicri-qəməri ilinin Ramazan ayının 21-də Kufə şəhərində şəhadətə çatmışdır. Müqəddəs məzarı Nəcəf şəhərindədir. Atası Əbu Talib, anası Fatimə Əsədqızıdır.
 
  İmam Əli (ə) uşaqlıq dövrünü Peyğəmbərin (s) evində keçirmişdir. Atası Əbu Talibin əhli-əyalı böyük və güzəranı çətin olduğundan, Peyğəmbər (s) onun övladlarından birini öz evinə aparmaq istəmiş və həzrət Əlini (ə) götürmüşdür. Peyğəmbər (s) bunu Əbu Talibin ona - yetim və ata-anasız qaldığı zaman - etdiyi yaxşılıqların müqabilində bir növ kömək hesab edirmiş; əslində, bu iftixarın həzrət Əliyə (ə) nəsib olması Allahın iradə və istəyi ilə olmuşdur. Elə bir iftixar ki, Fatimədən (ə) başqa, heç kim ona şərik ola bilməmişdir. Peyğəmbər (s) imam Əlini (ə) öz öhdəsinə götürərkən buyurmuşdur: "O kəsi seçdim ki, Allah-Taala da onu mənim üçün seçmişdir." ("Məqatilut-talibin", Əbülfərəc İsfahani, səh.15.)
 
İmam Əli (ə) öz xilafəti dövründə "Qasiə" xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: "Siz (Peyğəmbərlərin səhabələri) mənim Peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (s) məni öz qucağına alıb, bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim." ("Nəhcül-bəlağə", 192-ci xütbə, Sübhi Saleh.)
 
İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) KƏNARINDA
 
Peyğəmbəri-Əkrəm (s) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını "Hira" mağarasında keçirər və bu bir ayı ibadətlə məşğul olardı. Bir ay başa çatdıqdan sonra, əvvəl gəlib Kəbəni təvaf edər, sonra evə qayıdardı. Tarixi faktlardan məlum olur ki, Peyğəmbər (s) imam Əliyə (ə) olan xüsusi əlaqəsinə görə onu da özü ilə "Hira" mağarasına aparardı.
 
Vəhy mələyi Cəbrail ilk dəfə "Hira mağarasına" gəlib Peyğəmbərin (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, imam Əli (ə) də o həzrətin yanında idi.
 
Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) Peyğəmbərin (s) özü rəhbərlik etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında imam Əli (ə) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə imam Əli (ə) iştirak etməmişdir. Onda da Peyğəmbərin (s) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər Peyğəmbərin (s) Mədinədə olmamasından istifadə edib, şəhərdə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (s) imam Əlini (ə) Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.
 
İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRDƏN (S) SONRA
 
İmam Əli (ə) Peyğəmbərdən (s) sonra İslam hökumətini idarə etmək üçün ən səlahiyyətli şəxs olmuşdur. İslam aləmində Peyğəmbərdən (s) başqa heç kəs fəzilət, təqva, fiqh, hökumət (qəzavət), Allah yolunda cihad və bu kimi gözəl xüsusiyyətlərdə imam Əliyə (ə) çatmazdı. Məhz bu üstünlüklərə görə imam Əli (ə) dəfələrlə Allah və Peyğəmbər (s) tərəfindən müsəlmanların gələcək rəhbəri təyin olunmuşdu. "Qədir Xum" hadisəsində də rəsmi olaraq təsdiqləndi. Amma Peyğəmbərin (s) vəfatından sonra xilafət yolu tamamilə dəyişdirildi. Əbu Bəkr xilafət kürsüsündə əyləşdi. Ondan sonra Ömər, sonra da Osman hakimiyyətə gəldi. İmam Əli (ə) 25 il siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı.
 
İMAM ƏLİ (Ə) XİLAFƏT BAŞINDA
 
Üçüncü əxlifə Osmanın maliyyə pozğunluqları, beytül-malı (ümumi əmlakı) qeyri-şəri yollarda istifadə etməsi, Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi, mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman, ləyaqətsiz icra başçılarının dəyişdirilməsi ilə bağlı camaatın şikayətlərinə baxmadığına görə, nəhayət, camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat imam Əliyə (ə) beyət etdi.


mənbə: maide.az

Xəbər lenti

Qəzada ölənərin olan İran rəsmilərinin ADLARI və FOTOLARI
2024-05-20 10:02

Məhəmməd Möhbər İranın prezidenti səlahiyyətlərini icra edəcək
2024-05-20 10:43

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ
2024-05-20 04:46

Tbilisidə üç nəfər bıçaqlanıb
2024-05-19 23:36

Ümumdünya Turizm Günü Tbilisidə keçiriləcək
2024-05-19 19:18

Konqresmen Co Vilson Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim edəcək
2024-05-19 18:41

Orta yaşlı kişinin avtomobil idarə edərkən qəfil ürəyi dayanıb
2024-05-19 18:37

Polis Senakidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıb
2024-05-19 18:29

İran Prezidentini aparan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
2024-05-19 17:33

Tələbələrin “ Rus qanunu”na etiraz aksiyası bu gün də davam edəcək
2024-05-19 14:06

Zurabişvili Makronu Gürcüstana dəvət edib
2024-05-19 13:09

Nəhəng meteorit görənləri heyrətə gətirdi - VİDEO
2024-05-19 13:04

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
2024-05-19 12:55

Gecə saatlarında evə silhalı şəxslər girib - Bir nəfər ölüb iki nəfər yaralanıb
2024-05-19 12:18

Sabah parlamentdə prezidentin ofşor qanun layihəsinə veto qoyması müzakirə olunacaq
2024-05-19 11:53

“Gördüklərimizin şəffaflıqla heç bir əlaqəsi yoxdur”
2024-05-18 22:28

Etiraz aksiyasının davam etdiyi Tbilisidə Rusiya və “Gürcü Arzusu”nun bayraqları yandırıldı- VİDEO
2024-05-18 22:25

“Prezident Salome Zurabişvilinin şəffaflıq haqqında qanuna veto qoyması sonrakı müzakirələr üçün imkan yaradır”
2024-05-18 22:22

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21


Digər İslam Dünyası xəbərləri:

Cümə gününün əhəmiyyəti

92

İslamda ictimai nəzm

82