Gürcüstanda 20 Yanvar şəhidlərinin yaxınları ziyarət olunub

19 Yanvar 2022 - 19:52

134506

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Gürcüstan əsilli şəhidlərin yaxınları ziyarət olunub.

Ənənəvi ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov iştirak ediblər.

İlk öncə Bolnisi rayonunun Talaveri (Faxralı) kənd qəbirstanlığında şəhid İlqar Əhmədovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhidin müəllimi və sinif rəhbəri olmuş Cümşüd Gülməmmədov çıxış edərək deyib ki, İ.Əhmədov əlaçı və nümunəvi şagird olub: "Biz İlqar Əhmədovun timsalında bütün şəhidlərimizlə fəxr edirik. Azərbaycan səfirliyinə şəhidin xatirəsini əziz tutduğuna görə minnətdarlığımızı bildiririk".

Kənd sakinləri adından çıxış edən Fatma Əliyeva deyib ki, Qanlı Yanvardan 30 ildən çox vaxt keçsə də, Azərbaycan müstəqillik uğrunda canlarından keçən övladlarını unutmur: "Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi Qələbədən sonra İlqar Əhmədov və bütün şəhidlərin ruhu rahatlıq tapıb. İşğal olunan torpaqların azad edilməsi həm də 20 Yanvar şəhidlərinin qanının alınması demək idi".

Daha sonra söz alan səfir F.Quliyev şəhidlərin xatirəsinin hər zaman milli iftixar hissi ilə anıldığı və onların ailələrinin qayğılarının diqqətdə saxlanıldığını deyib. 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayan səfir şəhidin yaxınlarına səbr diləyib.

Marneuli rayonunun Kirəc -Muğanlı kəndində digər şəhid Vəfadar Eminovun qardaşı Etibar Eminovun ailəsi də ziyarət olunub. Anım mərasimində kənd sakinləri və ağsaqqalları iştirak edib.

F.Quliyev şəhidin yaxınlarına başsağlığı verib. O deyib ki, Gürcüstandakı soydaşlarımızın ürəyi hər zaman - istər sovet dönəmində, istərsə də müstəqillik illərində mənəvi vətənləri olan Azərbaycanla bir döyünüb: "Birinci və ikinci Qarabağ müharibəsində 56 soydaşımız şəhid olub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimiz bizim qürur mənbəyimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhları qarşısında baş əyirik".

Soydaşlarımız şəhidin xatirəsinin hər zaman yad olunduğuna görə Azərbaycan dövləti və səfirliyə minnətdarlıqlarını bildiriblər.

Digər şəhidlər – Tengiz Turabov, Ələsgər Qayıbov, Rəşid İsmayılov, İsmayıl Mursaqulovun yaxınlarına da baş çəkilib. Səfirliyin təşəbbüsü və AZEBİ-nin dəstəyi ilə hər bir şəhid ailəsinə ərzaq sovqatı təqdim edilib.


mənbə: report

Xəbər lenti

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25

”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
2024-05-03 15:22

3 nəfər 12-ci sinif şagirdi avtomobillə Nakra çayına düşüb
2024-05-03 14:07

5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi
2024-05-03 14:04

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz
2024-05-03 13:59

” Biz Gürcüstan liderlərini qanun layihəsini geri götürməyə çağırırıq“
2024-05-03 13:57

Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi daha iki gün qüvvədə olacaq
2024-05-03 13:54

ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
2024-05-03 13:51

“ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“
2024-05-03 11:17

Qurani-Kərimdə təşrii (qanunvericilik) nizam və intizam
2024-05-03 10:55

Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
2024-05-03 10:48

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı - VİDEO
2024-05-03 10:40


Digər Gürcüstan xəbərləri:

Bu gün Pasxa bayramıdır

58