Hacı Şahindən depressiyadan xilas yolları: “Hər kəsin uğurlu adam olmaq imkanı var”

07 Dekabr 2021 - 11:40

134490

Ümumdünya Səhiyyə Təşkilatı dünyada təxminən 350 milyon insanın əhval pozuqluğundan əziyyət çəkdiyini açıqlayıb. Əhval pozğunluğu isə ümidsizliyə, depressiyaya aparır.

Bəs ümidsizlikdən xilas olmaq üçün hansı addımlar atılmalıdır? Ümidsizlik və kədərdən necə qurtulaq?

Məsələ ilə bağlı Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Bakupost.az-a danışıb:

“Gəncliyin ən gözəl xüsusiyyəti ruhunun təmizliyi və kamilliyə can atmasıdır. Bəzən bu müsbət xüsusiyyətə istiqamət verilmədikdə, gənclər həyatın reallıqlarını düzgün dəyərləndirə bilmir və ümidsizliyə qapılır. Məsələ burasındadır ki, yaşadığımız dövrdə mədəniyyətin əsasında həyata materialist yanaşma oturuşub. İnsanlara hər tərəfdən maddiyyatpərəstlik təlqin olunur. İstehlak kultu isə qısa zamanda zənginləşib daha çox maddi nemətlər əldə etməyi tələb edir. Nümunəvi cəmiyyət haqda illüziyalar formalaşdırılır. Həmin illüziyalar gənclərə reallıq kimi göstərilir. Gənclər də həmin nümunələrlə özlərini müqayisə edir, onlardan geri qaldığını görür və özünəinamı itirir. Ona görə də heç zaman özünü kiminləsə müqayisə etməməlisən. Özünü olduğun kimi tanımalı, müsbət və mənfi cəhətlərini müəyyən etməli, daha sonra öz üzərində çalışmalısan. Hər kəsin fərqli istedadı var, hər kəs də o istedada uyğun uğurlu yol seçə bilər. Heç kimin bizdən daha yaxşı durumda olduğuna qeyd-şərtsiz inanmaq olmaz”.

Hacı Şahin Həsənli bildirib ki, problemlər hər yerdə var, hər bir insanın problemləri də öz çəkisinə və tutumuna uyğundur:

“Məsələn, təhqiqatlar göstərir ki, zəngin ölkələrdə gənclər maddi nemətlərdən rahat istifadə edir, tez bezir və həyatdan ləzzət ala bilmir. Ona görə intihar statistikası zəngin ölkələrdə daha çoxdur. Yoxsul ölkələrdə isə az qazanc da xoşbəxtlik hissi bağışlayır, insanlar hər xırda uğuru böyük sayır, yaşamağa stimul əldə edirlər. Hər iki yol təhlükəlidir. Çünki hər ikisi də xoşbəxtliyi maddiyyatda görür. İçimizdəki mənəvi ehtiyacları kəşf etdikdə, o zaman həm maddi rifah üçün çalışar, həm də bu yolda əziyyət çəkməkdən ləzzət alarıq. Təəssüf ki, bu gün bütün dünyada qısa zamanda şöhrət və zənginlik əldə edən insanlar uğurlu və qəhrəman insanlar sayılırlar. Onların yalnız şöhrətin zirvəsində olduqları zamanlar qabardılır. Amma həmin adamların çoxunun qısa zamanda da unudulub mənəvi böhran keçirməsini heç kim təbliğ etmir. Ona görə bütün çətinliklərə sinə gərib xoşbəxt olan ilahi övliyaların nümunəsinə, Allaha aparan əbədiyyət yolununu yolçuları olan insan nümunələrinə ehtiyac var. İnsanların həyat prioritetləri dəyişməlidir”.

Hacı Şahin vurğulayıb ki, maddi zənginlik, və ya istənilən uğur üçün çalışmaq lazımdır, amma bunlar həyat amalına çevrilməməlidir:

“Dediyim bu fikir sırf əxlaq nəsihəti deyil, praktiki tövsiyədir. Gənclər nəticədən çox prosesdən zövq almalıdırlar. Belə olduqda uğursuzluğu uğura, enişi yüksəlişə çevirə bilərlər. İnsan güclü potensiala sahibdir. Bu potensialı reallaşdırmaq üçün cılız maddi məqsədlərlə məhdudlaşmamalıdır. Kiçik məqsədlərə çatmaq qısamüddətli başgicəlləndirməyə səbəb olur, zaman keçdikdən sonra isə bədbinlik, depressiya və ümidsizliyə çevrilir.

Dinimiz insanı yaradılmışların üstünü hesab edir. İnsana yüksək hədəflər müəyyən edir. İnsan əbədiyyət yolunun yolçusudur, qısamüddətli dünya həyatı isə əbədi xoşbəxtliyin müqəddiməsidir. İnsan çətinliklərlə inkişaf edir, ucalır və irəliyə doğru hərəkət edir. Çətinliklər həyatın ayrılmaz hissəsidir. Onlar olmazsa, həyat cazibəsini itirər və insan durğunluq halına düşə bilər. Bu isə insanın sonu deməkdir. Həyatı çətinlikləri ilə sevmək, hər bir çətinliyi inkişaf nərdivanının pilləsinə çevirməyi bacarmaq lazımdır. Gənclərimizə bunları anladan dünyagörüşü aşılanmalıdır”.


mənbə: oxu.az

Xəbər lenti

Aİ Gürcüstana 30 mln. avroluq yardım ayıracaq
2024-05-08 22:05

“Gürcü Arzusu” “təhdid və şantajla məşğul olan şəxslər”in bazasını yaradacaq
2024-05-08 20:33

Yuxarı Lars bağlandı: 600 yük maşını gözləyir
2024-05-08 19:41

Daxili İşlər Nazirliyində beynəlxalq polis tədbirləri ilə bağlı brifinq keçirilib
2024-05-08 19:35

9 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-08 19:25

İstanbul hava limanında təkəri açılmayan təyyarə gövdə üzərinə eniş edib - VİDEO
2024-05-08 16:51

Tbilisi meriyası Rustaveli prospektinin 1 aylıq bağlanması ilə bağlı məlumatı təsdiq etmir
2024-05-08 16:46

Prokurorluq iki nəfərə qarşı fiziki zorakılıq törədən şəxsə ittiham irəli sürüb
2024-05-08 16:40

“Avtoritarizm belə görünür - “Gürcü arzusu”na ayıb olsun”
2024-05-08 16:36

“Bəziləri özlərini Yupiter, Gürcüstan isə öküz hesab edirlər”
2024-05-08 15:14

Ukraynada daha iki gürcü döyüşçü, Davit Qoqadze və Beso Lomidze həlak olub
2024-05-08 14:04

3 nəfərin oturduğu avtomobili çay aparıb
2024-05-08 13:37

Telefonunuza gələn bu zəngləri açmayın
2024-05-08 13:23

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-08 13:09

İslamda nizam və intizamın əhəmiyyəti
2024-05-08 12:33

Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib
2024-05-08 12:20

9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
2024-05-08 12:11

“Aİ-yə namizəd [ölkə] Kremlin marioneti kimi idarə oluna bilməz”
2024-05-07 19:49

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
2024-05-07 19:43

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
2024-05-07 19:36

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

109