Qarabağın azadlığına dəstək bütün müsəlmanlara vacibdir

19 Oktyabr 2020 - 04:13

134507

Xeber.ge saytı xəbər verir ki, İran İslam Respublikasında yaşayan şiələrin təqlid mərcəsi Ayətullah Məkarim Şirazi, Dağlıq Qarabağ bölgəsindəki hadisələrə toxunan bəyanat yayıb.   

 

Bəyanatda bildirilir:   

 

"Son günlərdə Dağlıq Qarabağdan gələn narahatedici xəbərlər yenidən ürəkləri və fikirləri İslamın bu ayrılmaz parçasına cəlb edib. Bu məntəqənin illər öncə haqsızcasına işğalından sonra, yenidən müharibə alovu alovlanaraq, məzlum müsəlmanların qanı töküldü və bir çox insanlar yenidən öz evlərindən didərgin oldular. Bütün bunların səbəbkarları işğalçılardır. Dünya müsəlmanları üçün Qarabağın azad olunmasına dəstək, Fələstin və işğalda olan digər müsəlman torpaqlarının azad edilməsinə dstək qədər vacibdir. Biz də bu dəstəyi vurğulayırıq və istənilən vasitəçilik, danışıqlar və qərarların bu bölgənin tamamilə azad edilməsinə və İslam dünyasına qayıtmasına səbəb olmasını zəruri hesab edirik".    

 

Bəyanatda daha sonra qeyd olunub:    "Bu arada hörmətli Azərbaycan Respublikasının hökuməti Quran-ı Kərimin buyurduğu kimi "و لَا تَرْکَنُوا إِلَی الَّذِینَ ظَلَمُوا" qaydada hərəkət edərək, işğalçı və qəsbkar olanlardan, həmçinin, müsəlmanların qanının tökülməsi ilə razılaşan rejimdən kömək istəmək əvəzinə, həqiqi dostlarının köməyi ilə Azərbaycan xalqının hüquqlarını tələb etsin. Bütün səmavi dinlər və peyğəmbərlərin kitablarında olan təlimlər, xüsusilə də həzrət İsa peyğəmbərin (Allahın salımı olsun ona, peyğəmbərimizə və ailəsinə) təlimində zülm və sitəmdən uzaq durmaq və məzluma yardım etmək qeyd olunub. Yaxşı olar ki, bütün xristianlar Ermənistan dövlətinə öz öhdəliklərinə əməl etməsi üçün tövsiyələr verərək, bu səmavi dinin libasını zülmdən və işğalçılıqdan təmizləsinlər, dünya inanclılarının və Allaha itaət edənlərin qəlblərini bir-birinə yaxınlaşdırsınlar, zülm və sitəmin acı aqibəti barədə xəbərdarlıq etsinlər. Çünki Allah buyurub:   

 

“Zülm edənlər (öləndən sonra) hansı dönüşə dönəcəklərini (aqibətlərinin necə olacağını) mütləq biləcəklər!” (Şüəra-227)   

 

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun". 


Mənbə:Eastnews.az

Xəbər lenti

Aİ Gürcüstana 30 mln. avroluq yardım ayıracaq
2024-05-08 22:05

“Gürcü Arzusu” “təhdid və şantajla məşğul olan şəxslər”in bazasını yaradacaq
2024-05-08 20:33

Yuxarı Lars bağlandı: 600 yük maşını gözləyir
2024-05-08 19:41

Daxili İşlər Nazirliyində beynəlxalq polis tədbirləri ilə bağlı brifinq keçirilib
2024-05-08 19:35

9 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-08 19:25

İstanbul hava limanında təkəri açılmayan təyyarə gövdə üzərinə eniş edib - VİDEO
2024-05-08 16:51

Tbilisi meriyası Rustaveli prospektinin 1 aylıq bağlanması ilə bağlı məlumatı təsdiq etmir
2024-05-08 16:46

Prokurorluq iki nəfərə qarşı fiziki zorakılıq törədən şəxsə ittiham irəli sürüb
2024-05-08 16:40

“Avtoritarizm belə görünür - “Gürcü arzusu”na ayıb olsun”
2024-05-08 16:36

“Bəziləri özlərini Yupiter, Gürcüstan isə öküz hesab edirlər”
2024-05-08 15:14

Ukraynada daha iki gürcü döyüşçü, Davit Qoqadze və Beso Lomidze həlak olub
2024-05-08 14:04

3 nəfərin oturduğu avtomobili çay aparıb
2024-05-08 13:37

Telefonunuza gələn bu zəngləri açmayın
2024-05-08 13:23

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-08 13:09

İslamda nizam və intizamın əhəmiyyəti
2024-05-08 12:33

Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib
2024-05-08 12:20

9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
2024-05-08 12:11

“Aİ-yə namizəd [ölkə] Kremlin marioneti kimi idarə oluna bilməz”
2024-05-07 19:49

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
2024-05-07 19:43

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
2024-05-07 19:36

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12


Digər Yaxın şərq xəbərləri:

“İrana raket hücumu olmayıb”

101

İraq İranı müdafiə etdi

116

İran ABŞ-a xəbərdarlıq edib

127