“Azərbaycanla yeni layihələr reallaşdırmağa hazırıq”

18 Oktyabr 2021 - 13:32

134445

“Azərbaycan son illər Gürcüstanın əsas ticari tərəfdaşlarının ilk beşliyinə daxil olub, cari ilin göstəricilərinə əsasən isə 4-cü yerdə qərarlaşıb”.

Bunu  Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.

Nazir bildirib ki, koronavirus pandemiyasından öncə Azərbaycan Gürcüstanda vacib investor olub: “Azərbaycanın sərmayələri Gürcüstan iqtisadiyyatının nəqliyyat və rabitə, tikinti, energetika, emal, səhiyyə və turizm kimi sahələrinə yönəldilib. Azərbaycan bizim həm ticarət, həm də investisiyalar baxımından əsas strateji tərəfdaşlarımızdan biridir”.

N.Turnavanın sözlərinə görə, iki ölkə arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi regional energetika və nəqliyyat layihələrində məhsuldar əməkdaşlıq edir: “Bu layihələr yalnız Cənubi Qafqaz bölgəsinin inkişafı üçün deyil, daha geniş anlamda Avrasiya bölgəsi, həmçinin ümumi sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir”.

O qeyd edib ki, Gürcüstan və Azərbaycanın iştirakçısı olduğu birgə layihələr əhəmiyyəti baxımından unikaldır: “Biz bundan sonra da layihələrin tam şəkildə fəaliyyət göstərməsi və inkişafına fəal olaraq töhfə verməyə hazırıq. Diqqətəlayiqdir ki, bu layihələr bizim ölkələrin suverenliyinin təminatında və bizim dəhlizin önəminin artırılmasında əhəmiyyətli rol oynayıb. Gürcüstan Azərbaycanla həm cari, həm də planlaşdırılan nəqliyyat və energetika layihələrinin reallaşdırılmasında münasibətlərin dərinləşdirilməsinə hazırdır”.

Gürcü nazir Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə də təbrik edib: “Mənim üçün Gürcüstana qardaş dövlət olan Azərbaycanı əlamətdar tarix – Müstəqilliynin Bərpası Günü münasibətilə təbrik etmək böyük şərəfdir. Ölkələrimiz arasında tarixən mövcud olan sıx dostluq əlaqələri unikallığı ilə seçilir. Əminəm ki, Gürcüstan və Azərbaycan arasında yüksək səviyyədə strateji və mehriban qonşuluq münasibətləri bundan sonra da hər iki xalqın rifahı naminə möhkəmlənəcək. Azərbaycan xalqını bir daha təbrik edirəm, sülh və çiçəklənmə arzulayıram”.


mənbə: report

Xəbər lenti

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər
2024-04-25 13:49

Gürcüstan Prokurorluğu irimiqyaslı transmilli cinayətin üzərini açıb
2024-04-25 13:45

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21

Quranda ilahi qəza və qədər və emosional nizam-intizam
2024-04-25 10:59

Avropa Parlamentində Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur
2024-04-25 10:36

Holland aktyor müsəlman oldu
2024-04-25 10:18

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı - VİDEO
2024-04-25 10:04

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05

Tbilisidə etiraz aksiyası başlayır
2024-04-24 21:10

Batumidə avtomobil azyaşlını vurub
2024-04-24 21:05

Gürcüstandan Ukrayna vətəndaşlarına böyük jest: 3 il ərzində...
2024-04-24 19:32

Co Bayden yenə hava ilə “salam”laşdı - Video
2024-04-24 19:24

Bu ölkənin əsas qərbyönlü müxalifət lideri Mixail Saakaşvilidir
2024-04-24 19:11

25 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-24 18:50

Mamuka Mdinaradze sanksiya ilə bağlı olan suala belə cavab verdi
2024-04-24 15:54

Telegramda şəxsi həyatı əks etdirən fotoları yayan şəxs saxlanıldı
2024-04-24 15:49

DİN aksiya ilə bağlı bəyanat yayır
2024-04-24 14:04

Lazare Qriqoriadis bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək
2024-04-24 12:24

Rustavi Sakrebulo sədri tutduğu vəzifədən uzaqlaşdırılıb
2024-04-24 12:19

Rustavi meriyasında qarışıqlıq yaranıb
2024-04-24 11:27

İsveçrəli tələbə müsəlman oldu
2024-04-24 11:14

Bu qanunun qəbulu Avropaya inteqrasiya yolunda irəliləmək üçün zəruri şərtdir
2024-04-24 10:15

İvanişvilini fondu “Kartu” futbol komandasına mükafat olaraq 30 milyon lari vəd edir
2024-04-24 10:10

Rusiya vətəndaşları Tbilisidə rus qanununa etiraz etməməyə çağırılır
2024-04-24 10:05

Qəzza fəlakəti 200-cü günündə – DƏHŞƏTLİ STATİSTİKA
2024-04-24 09:53


Digər Gürcüstan xəbərləri:

Qardabanidə qətl törədilib

111

3 yaşlı uşağı avtomobil vurub

116