İnsanın dəyəri nə qədərdir?

27 Avqust 2021 - 09:18

134796

İnsan əslində iki mənliyə malikdir. Biri – ən ali dərəcədir ki, ona insan deyilir. O birisi isə bitki və ya heyvani dərəcədir ki, onu əslində tam mənasında insan adlandırmaq olmaz.

İnsanların əksər hissəsi insan olmağı unudub, bitki və ya heyvani həyatda yaşayırlar. Belə həyatda yaşamaq o deməkdir ki, bu cür insanların bütün səyləri – ancaq yemək, içmək və geyinmək olar. Bu mərhələdə olanlar əslində rifah içində mövcudiyyət sürürlər. Yaxşı qidalanır, yaxşı geyinirlər. Ancaq onları insan adlandırmaq olarmı?

“Başqa bir dəstə isə yalnız öz canının hayında idi, Allah barəsində nahaq gümana –  cahiliyyət dövrünə xas zənnə qapılırdılar. (Üzdə sənə) «görəsən, bu işdən (qələbədən) bizə də bir şey düşür?» deyirdilər”. (“Ali-İmran” 154).

Hər kim daha çox heyvani həyatda yaşayar, insan həyatından uzaqlaşar. “Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!). (“Furqan” 44).

Hər kim Allahı unudarsa, əslində iki mühüm ziyana düşər:

1. Allahı unutmaq insana özünü unutdurar. “Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!”. (“Həşr” 19).

2. Elmdən bəhrə aparmazlar. “Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır)”. (“Ənkəbut” 43).

İnsanın təkamül etməsinə şərait yaradan amillərdən biri də elmdir. Hər kim alim olar – bu dünyaya nə üçün gəldiyini araşdırar və bu haqda elmlər əldə edər.

Ustad Əllamə Cəfəri nəql edir: “Dünyanın tanınmış insanları Danimarkada toplaşmışdılar ki, mühüm bir mövzunu tədqiq etsinlər.

Mövzu isə “İnsanın həqiqi dəyəri nədədir” barədə idi. Hər bir ölkə bu mövzu ilə bağlı öz nəzərini bildirdi. Bəziləri onu qızılda, bəziləri neftdə, bəziləri mal-dəvlətdə gördülər.

O zaman ki, növbə mənə gəlib çatdı, dedim: “Əgər insanın dəyərini öyrənmək istəyirsinizsə, gərək onun nəyə meyli vardır – onları biləsəniz. Hansı şeyə eşq bəsləyir – onları öyrənəsiniz. Hər kimin eşqi ikimərtəbəli bina olarsa – onun dəyəri elə həmin bina qədər olacaqdır. Hər kim maşına eşq bəsləyər – dəyəri də o miqdarda olar.

Ancaq o kəsin ki, eşqi Allah Təala olar – dəyəri Allah qədər olar”.

Mən bunu dedim və aşağı endim. Bu sözləri eşidən insanlar bir neçə dəqiqə susdular və düşündülər. Ondan sonra mənə əl çaldılar.

O zaman ki, onların səsləri kəsildi, mən yenə qalxdım və dedim: “Əzizlərim, bu, mənim sözlərim deyildir. Əslində İmam Əlinin (ə) sözləridir. Bu böyük insan “Nəhcul-bəlağə”də buyurur: “Hər insanın dəyəri – sevdiyi şey qədərdir””.

Bu sözdən sonra hamı ayağa qalxdı və yenə əl çalmağa başladılar”.

Bəli, insan olmaq Allah sevgisi ilə müəyyən olunur. Əgər Allah sevgisi onu hərəkətə gətirir və yaxşı əməllərə tərəf sövq edirsə, deməli bu varlıq insandır və ibtidai məxluq olmaqdan çıxmışdır. 


Mənbə: Deyerler

Xəbər lenti

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər
2024-04-25 13:49

Gürcüstan Prokurorluğu irimiqyaslı transmilli cinayətin üzərini açıb
2024-04-25 13:45

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21

Quranda ilahi qəza və qədər və emosional nizam-intizam
2024-04-25 10:59

Avropa Parlamentində Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur
2024-04-25 10:36

Holland aktyor müsəlman oldu
2024-04-25 10:18

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı - VİDEO
2024-04-25 10:04

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

64

Qurana əsasən orucun faydaları

81

Qədr gecəsinin fəzilətləri

109