Ruzini artıran 10 yol

26 Avqust 2021 - 09:41

134639

Əgər cəmiyyətin bəlası sayılan yoxsulluğa düçar olmaq istəmiriksə, yaxşı olar ki, təklif edilən bu 10 əməli yerinə yetirək: 1. Peşə sahibi olmaq və bu sahədə hümmət göstərmək. Ruzinin artmasına təsir edən əməllərdən biri də malik olduğun peşə sahəsində səy göstərmək və zəhmət çəkməkdir. İbni Abbas nəql edir ki, Peyğəmbər (s) nə zaman xoşuna gələn insanla rastlaşardı, ona sual verərdi ki, hansısa peşəyə sahibsənmi? Əgər o, desəydi: “Xeyr”. O zaman buyurardı: “Gözümdən düşdün”. 2. Günün başlanğıcında işə başlamaq. Hələ qədim zamanlardan bəri ticarət işçiləri öz dükanlarını səhər çağı açar və müştərilərinə hələ səhər tezdən xidmət edərdilər. Ancaq müasir dövrdə bəzi insanlar işlərinə zöhrə yaxın başlayarlar. Əmirəl-möminin (ə) buyurur: “Səhər tezdən ruzi dalınca getmək ruzini artırar”. 3. Namazı əvvəl vaxtda qılmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir bəndə yoxdur ki, namazın vaxtlarına və günəşin yerinə əhəmiyyət verər, məgər o halda ki, mən üç şeyi ona zəmanət edərəm: giriftarlıqların və narahatlıqların aradan qalxması, ölən zaman rahat olmaq, atəşdən nicat tapmaq”. 4. İnfaq və sədəqə. Əmirəl-möminin (ə) buyurur: “Ruzinin yerə enməsini sədəqə ilə istəyin”. 5. Sileyi-rəhm. İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm insanı xoş əxlaqlı, səxavətli və pakizə edər. Ruzini artırar və ölümü təxirə salar”. 6. Evlilik. Müqəddəs Quranda buyurulur: “(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir”. (“Nur” 32). 7. Ailəyə yaxşılıq etmək. İmam Sadiq (ə) buyurur: “Hər kim ailəsinə yaxşı ehsan edərsə, ruzini artar”. 8. Quran oxumaq. Hədislərimiz buyurur ki, hər kim hər gecə “Vaqiə” surəsini oxuyarsa, ruzisi bol olar. 9. Allahdan qeyrisindən ümidi kəsmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allahdan qeyrisindən kəsilərsə, Allah onun həyat ehtiyaclarını təmin edər. Gözləmədiyi yerdən ruzini verər. Ancaq hər kəsin ümidi dünyaya olarsa, Allah onu dünyaya tapşırar”. 10. Qənaət. Əmirəl-möminin (ə) buyurur: “Qənaət – sona çatmaz bir sərvətdir ki, ardınca izzət gətirər”. (Tebyan)
Mənbə: deyerler.org

Xəbər lenti

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20

Eynəyi cızıqlardan xilas edən təbii üsul
2024-04-27 12:44

Kobaxidze hökumətin "GRECO"nun antikorrupsiya qiymətləndirmə hesabatını gizlətdiyini inkar edir
2024-04-27 11:47

Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək
2024-04-27 11:25

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər
2024-04-25 13:49

Gürcüstan Prokurorluğu irimiqyaslı transmilli cinayətin üzərini açıb
2024-04-25 13:45

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21

Quranda ilahi qəza və qədər və emosional nizam-intizam
2024-04-25 10:59

Avropa Parlamentində Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur
2024-04-25 10:36


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

65

Qurana əsasən orucun faydaları

82

Qədr gecəsinin fəzilətləri

111