Gürcüstan Dzyudoçular Milli Komandasının məşqçilər qərargahı təm tərkibi ilə istefa verdi.
 
Gürcüstan Dzyudo Federasiyasının prezidenti, David Kevxişvili bir neçə dəqiqə əvvəl sosial şəbəkədə bəyanat yaydı. Bəyanatda deyilir ki, Avropa Çempionatında qeydə alınan acınacaqlı nəticələrdən sonra, Gürcüstan Dzyudoçular Milli Komandasının məşqçilər qərargahı tam tərkibi ilə istefa verir.
 
David Kevxişvili bəyan edir ki, yeni baş məşqçilərin kimliyi yaxın gələcəkdə açıqlanacaq.
Baxış sayı: 62