Liviya həbsxanasından azad olunan Batumili dənizçini ailəsində gözləyirlər. Soslan Kakabadze Liviya həbsxanasını artıq tərk edib. Məlumatı onun həyat yoldaşı, Donara Qoqitidze təsdiq edir.
 
“İnana bilmirəm ki, azad etdilər və evə dönəcək. Gürcüstanın Misirdəki səfiri mənə zəng etdi artıq onunladır. Dəqiq nə vəxt gələcəyini bilmirəm, sənədləri gözləyirlər. İnsan üç il boş yerinə həbsxanada idi. Aşbaz idi və yük ilə heç bir əlaqəsi ola bilməzdi”, – Donara Qoqitidze bəyan etdi.
 
Elə onun məlumatına görə, ekipajın başqa üzvləri azad olunmayıblar.
 
Liviyada yaxalanan gürcü danizçisi, Soslan Kakabadzeni bu gün azad etdilər.
 
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Tripoli şəhərində keçirilən məhkəmə prossesində hakim, Gürcüstan vətəndaşının azadlığa buraxılması barəsində qərar qəbul etdi.
 
Daha iki dənizçi həbsxanada qalmaqdadır. Onların işinin müzakirəsi mayın 20-ə planlaşdırılıb.
Baxış sayı: 26