Xəbər.ge : AZEBİ-yə icraçı direktor seçildi
 Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Şirkətləri və İş adamlarının AZEBİ İctimai Birliyinin İdarə Heyətinin toplantısı keçirilib.
 
  
Xeber.ge APA-ya istinadən  bildirir ki, tədbirdə AZEBİ-yə icraçı direktor vəzifəsinə səsvermə yolu ilə Nəriman Qurbanov seçilib.
 
Bununla yanaşı sözügedən təşkilatın yeni İdarə Heyətinin üzvləri də seçilib. Həmçinin tədbirdə AZEBİ-nin gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
 
Qeyd edək ki, AZEBİ 2009-cu ildə yaradılıb.
Baxış sayı: 79