Beynəlxalq təşkilat “Sərhədsiz reportyorlar” tərəfindən hazırlanan hesabata görə, 2018-ci ildə, Gürcüstanda medya azadlığının indeksi üç pillə irəliləyib.
 
Tədqiqata əsasən, Gürcüstan 61-ci pozisiyadadır, keçən ilin reytinqi ilə isə, 64-cü yerdə idi.
 
Tədqiqatın müəlliflərin dediyinə görə, Gürcüstanda pressa plyuralistdir, ancaq tam müstəqil deyil.
 
“Son illərdə həyata keçirilən islahatlar nəticəsində medya vasitələrinin sahibləri və satelit yayımı daha şəffaf oldular” – deyilir hesabatda.
 
Ancaq, hesabatın müəlliflərinin dediyinə görə, medya vasitələrinin sahibləri redaksiyanın siyasətinə qarışmağa davam edirlər.
 
Hesabata görə, Gürcüstanda jurnalistlərə qarşı zorakılıq yox deyiləcək qədər azdır, ancaq onları təhdid etmə cəhdləri qeyd olunub.
 
Müəlliflər həmçinin, Azərbaycanlı jurnalist Əfqan Muxtarlının səs-küylü işinə də diqqət yetirirlər.
 
“Gürcüstan ənənəvi olaraq, qonşu ölkələrin disidentləri üçün bir növ sığınacaq kimi idi, ona görə də, 2017-ci ildə Azərbaycanlı jurnalist Əfqan Muxtarlının qaçırdılması böyük rezonansa səbəb oldu. Bu məsələdən sonra, Gürcüstanda iki yüksək rütbəli şəxs vəzifəsindən azad edildi, ancaq Gürcüstan istintaqı bu məsələ ilə bağlı mövcud olan suallara cavab verməyib.
 
Qeyd edilməlidir ki, təşkilatın hesabatına görə, 2018-ci ildə medya azadlığının indeksi ilə Azərbaycan 163-cı, Ermənistan 80-ci, Rusiya-148-cı, Türkiyə – 157-ci, Ukrayna -101-ci yerdədir.
Baxış sayı: 43