Xəbər.ge : Kaxa Kaladze: Avto-qarajların yerinə bağçalar, skverlər və idman meydanları tikilsin
Paytaxtın meri Kaxa Kaladze Tbilisi əhalisinə köhnə avtoqarajların yerində yaşıl parkların tikilməsini təklif edir.
 
Onun dediyinə görə, qeyd olunan layihənin həyata keçirilməsi əhalinin istədiyi təqdirdə başlayacaq.
 
Paytaxtın meri rayon icra hakimiyyətlərinin rəhbərlərinə tapşırdı ki, bu məsələ ilə bağlı əhali ilə məsləhətləşsinlər.
 
“Hər rayonda və məhəllədə lazım olmayan köhnə qarajlar var, hansılarının yerində maraqlı layihələr həyata keçirilə bilər. Əgər əhalinin istəyi olsa, biz hazırıq ki, bu qarajların yerində skverlər, bağlar və idman meydanları tikək və bütün bunların xərcini öz üzərinə Tbilisi meriyası götürəcək.
 
Bilirsiniz ki, biz mövcud olan ekoloji vəziyyəti düzəltməyə çalışırıq və bu istiqamətdə ciddi addımlar atırıq. Şəhərdə yaşıl parkların tikilməsi çox vacibdir. Əgər əhali razılaşsa, çox müvəffəqiyyətli layihə həyata keçiriləcək” – dedi Kaxa Kaladze.
Baxış sayı: 56