Xəbər.ge : Gürcüstan Avropanın elektrik enerji şəbəkəsinə dəniz altı xətti ilə qoşula bilər
Gürcüstan Avropanın elektrik enerji şəbəkəsinə ola bilsin ki, Qara Dənizə çıxan su altı elektrik enerji ötürücü xətti ilə qoşulsun.
 
Grossenergygroup şirkətinin nümayəndəsi İrakli Tkebuçavanın Birinci Kanala bəyan etdiyinə görə, layihənin texniki-iqtisadi tərəflərinin tədqiqatı həyata keçirildi.
 
Hazırda Bolqariya və Rumıniya ilə birləşdirən xəttin inşaatı aparılır. İnşaatın dəyəri 3 milyard ABŞ dollarından artıq olacaq.
 
Layihənin həyata keçirildiyi halda, Gürcüstan Avropanın elektrik enerji ötürücüsünə birləşəcək və həmçinin, Cənubi Qafqazın digər ölkələrinə də elektrik enerjinin verilməsi mümükün olacaq.
 
Layihənin konsepsiyasını “Gürcüstan-Avropa İttifaqının biznes şurası dəstəkləyir.
 
Qeyd olunanlarla bağlı, iqtidar nümayəndələri və beynəlxalq təşkilatlarla məsləhətləşmələr keçiriləcək.
Baxış sayı: 47