Xəbər.ge : TDU-da Cansuq Kaxidzenin xatirəsinə həsr olunmuş axşam keçiriləcək
Tbilisi Dövlət Universitetinin birinci korpusunda, aprelin 26-da Cansuq Kaxidzenin xatirəsinə həsr olunmuş axşam keçiriləcək. Burada musiqiçinin ailə üzvləri, həyat yoldaşı və övladları, Vaxtanq və Teka Kaxidzelər iştirak edəcəklər.
 
Tədbir TDU-nun tələbə özünüidarəetmənin mədəniyyət departamentinin təşkilatçılığı ilə keçiriləcək və müğənni Eka Mamaladze, Anzor Erkomaişvili və “Rustavi” ansamblı iştirak edəcək.
 
Tədbirdə musiqiçinin həyat və yaradılığının ekslüziv kadrları göstəriləcək, mahnıları ifa olunacaq.
 
Sonunda ailə üzvləri və dostları tələbələrin suallarını cavablandıracaqlar.
Baxış sayı: 40