Müasir gürcü yazıçısı Arçil Kikodzenin ilk romanı “Cənub fili” Azərbaycan dilinə tərcümə olundu.
 
Bu barədə məlumatı gürcü kitabının milli mərkəzi yayır.
 
Romanı Azərbaycan dilinə İmir Məmmədli tərcümə etdi.
 
“Cənub fili” “Litera” ədəbiyyat mükafatının nominasiyasında ilin ən yaxşı romanı elan edildi.
 
Roman həmçinin, İlia Dövlət Universitetinin ədəbiyyat mükafatını alıb.
 
Kitabdaki hadisələr bir gün ərzində inkişaf edir. Bir daha həyatında film çəkməməyə qərar verən rejissor, öz mənzilini bir günlüyünə, sevdiyi qadınla görüşmək üçün öz dostuna verir, özü isə, vaxtının keçməsi üçün Tbilisi küçələrində dolanır. Bu onun üçün keçmişə nəzər salıb, öz həyatının dəyərləndirilməsi günüdür. Onun gözünün önündən uşaqlığı, sevgisi, ehtirası, macəraları və faciələri keçir.
 
Baş qəhramanın xatirələrinin fonunda Gürcüstanın yeni tarixi sərilir, hansı ki, hadisənin müəllifini daimi kölgə kimi təqib edir və məsuliyyəti onun ətrafında baş verən hadisələrin üzərinə atır.
 
Arçil Kikodzeyi oxuyucu bir neçə proza yığmasının müəllifi kimi tanıyır.
 
Onlardan ikisinə “Qala” (2009) və “Saba” (2014) ədəbiyyat mükafat verildi.
 
Romanı Azərbaycanın Qanun Publishing House nəşriyyatı dərc etdi.
 
“Cənub fili” alman dilinə də tərcümə ediləcək və sentyabr ayında dərc olunacaq.
Baxış sayı: 53