Ermənistanda müharibə və sülh seçimi aralığına iki dəfə birinci prezident Levon Ter-Petrosyan toxunub. Hər iki halda Petrosyan Ermənistanın gələcək mövcudluğunu istənilən aspektdə qeyri-mükün olduğunu görərək bunları səsləndirmişdi. Lakin onun sadaladığı və qəbul etdiyi reallıqlar mafioz Koçaryan-Sarkisyan cütlüyünə sərf etmirdi. 

 

Nəticədə, 1997-ci ilin noyabr ayında Petrosyanın müəllifi olduğu “Müharibə, yoxsa sülh qəti qərar anı” məqaləsi, hakimiyyət böhranının qəsdən yaradılmasına səbəb oldu. Lakin qeyd edək ki, bu, müharibədən sonra Ermənistanın inkişafı baxımından Qarabağ münaqişəsinin həlli ətrafında açıq şəkildə siyasi müzakirələr aparılan ilk hal idi. 

Dağlıq Qarabağ münaqişəsi probleminin sanki Petrosyan üçün prinsipal əhəmiyyəti vardı, bu həm də onun mövqelərinə qarşı çıxan Vazgen Sarkisyan üçün də belə idi. Lakin bu, hakimiyyətə can atan Robert Koçaryan üçün əla fürsət idi. Koçaryan dövründə isə Mehrinin dəyişdirliməsi kimi strateji əhəmiyyətli məslələr də müzakirə mövzusuna çevrilmişdi. 20 il sonra sülh şəraiti Petrosyanı erməni milli konqresinin rəhbəri kimi yenidən meydanlara gətirdi. Bu dəfə də hər hansı əhəmiyyətli müzakirə aparılmadı. Çünki erməni milli konqresinin kifayət qədər təsiredici resursu yox idi.

Bundan əlavə Ter-Petrosyanın 2017-ci ildəki konsepsiyası demək olar ki, 1997-ci ildə olan məqaləsinin məqamlarını təkrarlayırdı. 1 il əvvəl belə bir fikir formalaşmışdı ki, Petrosyan Dağlıq Qarabağ münaqişəsi ətrafında cəmiyyətin bir hissənin razılığa gətirilməsi barədə deyil, tarix qarşısında iş aparır. İstənilən halda ilk Qarabağ müharibəsindən sonra davam edən 24 il ərzində erməni hakimiyyəti və ya müxalifətin ilk simaları, faktiki olaraq, Qarabağ münaqişəsinin həllində konseptual fikir bildirməkdən imtina ediblər və Qarabağ məsələsində Petrosyanın səyləri ilə razılaşıblar. 

Buna münasibətdə, 1999-cu ildə parlament seşkilərindən sonra baş nazirliyi qəbul edən Vazgen Sarkisyan alternativ olaraq bir sıra məsələləri təklif etməyi düşünürdü. O, Dağlıq Qarabağ münaqişəsinin sərfəli şəkildə həll edilməsini siyasi, iqtisadi və sosial sahələrdə Ermənistanın daxili potensialının, möhkəmləndirilməsində görürdü. Bu baxımdan, o, Koçaryanın zamanında aparılan önəmli razılaşmalarda rol alır və bunu dəstəkləyirdi. Məhz bu səbəbdən 1997-cü il 27 oktayabr atışması kimin mövqeyinin düzgün olduğuna qərar verməyə imkan vermədi.

Əlbəttə ki, Petrosyanın yanaşmasına həm də ideoloji cəhətdən təşviq edilən müxalifət mövqeyində olan şəxslər də vardı. “Heç bir qarış torpaq” şərti qruplaşma adı altında çıxış edən erməni bölücülər, əslində qarşılıqlı hər hansı güzəştin aparılması perespektivinə də qarşı idilər.
Baxış sayı: 60