Ermənistanda Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq başlanan aksiya bu gün də davam edir. 

“Qafqazinfo” xəbər verir ki, polis ötən gün aksiyanın təşkilatçısı olan “Elk” müxalif fraksiyasının lideri Nikol Paşinyana nümayişi bitirməklə bağlı tapşırıq verib. Lakin Paşinyan tələbin əks olunduğu sənədi jurnalistlərin gözü qarşısında cırıb. 

Deputat Paşinyan bəyan edib ki, bu gün parlamentə bütün girişləri bağlamağı hədəfləyirlər.  

Xatırladaq ki, bu gün parlamentdə Serj Sarkisyanın baş nazir postuna namizədliyi məsələsi müzakirə olunaraq səsverməyə çıxarılacaq. 

Qeyd edək ki, ötən gün İrəvan xəstəxanalarına aksiya zamanı baş verən toqquşmalarda yaralanan 46 nəfər aparılıb. Onlardan on ikisi hələ də xəstəxanadadır. Yaralılardan biri polisdir. Hüquq-mühafizə orqanı əməkdaşının əməliyyat olunduğu bildirilir.

 









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 

Baxış sayı: 49