Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin nəticələri məlum olub.
 
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, ölkə üzrə 5 641 seçki məntəqəsindən 5 201-i MSK-ya hesabat verib, sayılan bülletenlərin sayı 3 milyon 723 min 278-dir.
 
O bildirib ki, sayılan bülletenlərə əsasən prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86% səslə birincidir.
Baxış sayı: 78