Gürcü kinosunun ilk ulduzlarından biri olan Leyla Abaşidzeyi aprelin 12-də, Saburtalo Panteonunda, anasının yanında dəfn edəcəklər.
 
Bu barədə məlumatı aktrisanın ailəsi verdi.
 
Leyla Abaşidzenin vəsiyyəti anasının yanında dəfn edilmək idi.
 
Leyla Abaşidze 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat etdi.
Baxış sayı: 58