Xəbər.ge : Azərbaycanda sabah prezident seçkiləri keçiriləcək
Azərbaycanda bugün sükut günüdür – Sabah Azərbaycanda prezident seçkiləri keçirilir və hərhansı bir namizədin agitasiyasını həyata keçirmək qadağan edilir.
 
Prezidentliyə namizədlər öz seçki kampaniyalarını martın 19-da başlatdılar.
 
Dövlət başçısı vəzifəsinə sahib olmaq üçün, seçkidə səkkiz namizəd iştirak edir.
 
Müxalifət isə, seçkiləri boykot edir.
 
İqtidar partiyasının qüvvədə olan namizədi prezident İlham Əliyevdir.
 
Seçki günü Azərbaycanda istirahət günü olaraq, elan edilib. Seçki qutuları ölkə miqyasında saat 08:00-da açılacaq və 19:00-da bağlanacaq.
 
Azərbaycanın mərkəzi seçki komisiyasının göstəricilərinə görə, 5 milyon seçici qeydiyyatdan keçirilib.
 
Seçki prosesini 900 beynəlxalq və 58 min yerli müşahidəçi iştirak edəcək.
Baxış sayı: 47