Xəbər.ge : Azərbaycanın Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq
"Azərbaycanın Gürcüstandakı səfirliyi prezident seçkiləri ilə bağlı səsvermənin keçirilməsinə tam hazırdır".
 
 
APA-nın yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin 3-cü katibi Samirə Ağayeva deyib.
 
 
O bildirib ki, aprelin 11-də səhər saat 08.00-dan saat 19.00-dək səfirlikdə Yasamal rayonu 16 saylı seçki dairəsinin nəzdində 2 saylı seçki məntəqəsi fəaliyyət göstərəcək: "Seçki bülletenləri və müvafiq sənədlərlə səfirlik artıq təmin olunub. Səfirlikdə səsvermənin təşkili üçün bütün lazımı şərait yaradılıb".
 
 
S. Ağayevanın sözlərinə görə, səfirlikdə Gürcüstanda yaşayan, çalışan, təhsil alan və ezamiyyətdə olan Azərbaycan vətəndaşları səs verə biləcək.
Baxış sayı: 62