Rus hərbçiləri Qori munisipalitetinin Adzvi kəndindən iki nəfəri qaçırtdılar.
 
Kənd icra hakimiyyətinin başçısının jurnalistlərə verdiyi məlumata görə, Emzar Qundiaşvili və Temur Kazievi okupantlar kəndin qəbristanlığının yaxınından aparıblar.
 
Baş verən hadisənin təfərrüatları hələlik məlum deyil.
 
Gürcüstanın Təhlükəsizlik Xidməti işğalçılar tərəfindən iki vətəndaşın qaçırdılması faktını təsdiqləyir.
 
İdarənin məlumatına görə, qaynar xətt işə salınıb və hadisə ilə bağlı məlumat Avropa İttifaqının Müşahidəçi Missiyasına da çatdırılıb.
Baxış sayı: 43