Daxili İşlər Nazirliyi Mindeli şaxtasında altı nəfərin ölməsi ilə bağlı bəyanat yayır.
 
Nazirliyin məlumatına görə, Mindeli adına şaxtada baş verən hadisə haqqında məlumat nazirliyə aprelin 5-də səhərə yaxın gəldi.
 
Daxil olan ilk məlumata əsasən, Tkibuli şəhərində, Mindeli adına şaxtanın №1 bölməsində bir neçə nəfər yaralandı.
 
İlkin istintaq nəticəsində məlum oldu ki, şaxta tunellərinin birində divarların deformasiyası baş verdi və damın tökülməsinə səbəb oldu.
 
Qəza nəticəsində 6 nəfər həlak oldu, üçü isə, yaralıdır.
 
Hal-hazırda qəza yerindən cəsədlərin çıxardılması işləri və istintaq aparılır.
 
****
Səhiyyə Nazilriyinin məlumatına görə, yaralanaların sağlamlıq vəziyyəti stabil ağırdır.
 
Xüsusi Hallar İdarəsi Xidmətinin xilas ediciləri, dağ xilas edici briqadası ilə bərabər, Mindeli şaxtasında baş verən qəzada həlak olanların cəsədlərini çıxardmağa çalışırlar.
 
Fövqəladə Hallar Xidməti İdarəsinin məlumatına görə, hadisə yerinə Tbilisidən 14 nəfərlik xilasedicilər qrupu getdi.
 
Daxili İşlər Nazirliyinin məlumatına görə, ilkin istintaq nəticəsində məlum oldu ki, qəzaya şaxda divarlarındaki deformasiya nəticəsində damın uçması səbəb oldu.
 
Nazirliyin məlumatına görə, Mindeli adına şaxtada baş verən hadisə haqqında məlumat nazirliyə aprelin 5-də səhərə yaxın gəldi.
 
Hadisə ilə bağlı istintaq aparılır.
Baxış sayı: 30