Rusiyada, ticarət mərkəzində baş verən yanğına görə, fövqəladə durum elan eetdilər. Partlayış və zərərli maddələrin havaya yayılması təhlükəsi mövcuddur.
 
Kemerovda yerləşən ticarət mərkəzində baş verən yanğın nəticəsində, son məlumatlara görə, 4 nəfər həlak olub. Onlardan üçü uşaq və biri qadındır.
 
17 nəfər itkin düşmüş hesab edilir. Xəsarət alanların sayı 26-nı təşkil edir.
 
Fövqəladə Xidmətindən bəyan edirlər ki, alov dördüncü mərtəbədə əmələ gəldi və 1500 kvadrat metr sahəyə yayıldı.
 
Xilasedicilər 100 nəfəri xilas edə bildilər. Həlak olanlara gəldikdə, Fövqəladə Xidmətinin məlumatına görə, onlar yanan maddələrin tüstüsündən vəfat ediblər. Hadisə yerinə laboratoriya səfərbər olunub və onlar havaya yayılan zərərli maddələrin miqdarını hesablayırlar.
 
Baş verənlərlə əlaqədar istintaqa başlanıb.
 
Müstəndiqlər binanın sahini axtarırlar.
Baxış sayı: 38