Xəbər.ge : Azərbaycanın Xalq artisti Arif Quliyev Rustavidə Heydər Əliyevin abidəsini ziyarət edib
Bu gün Azərbaycanın Xalq Artisti, prezident təqaüdçüsü Arif Quliyev Rustavidəki Heydər Əliyev parkında ucaldılan ulu öndər Heydər Əliyevin abidəsini gül-çiçək dəstəsi ilə ehtiramla ziyarət edib. GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, abidənin ziyarət olunması tədbirində A. Quliyev ilə birgə Rustavidə fəaliyyət göstərən “Salam” Mədəni Xeyriyyə Mərkəzinin sədri Maya Rəcəbova da iştirak edib.
 
Ulu öndərin abidəsinin ziyarətindən sonra A. Quliyev “Salam” Mədəni Xeyriyyə Mərkəzinin ofisində olub. Mərkəzin sədri Maya Rəcəbova görkəmli sənətkara rəhbərlik etdiyi təşkilatın 2018-ci ildə həyata keçiriləcək planlar haqqında ətraflı məlumat verib. O. qeyd edib ki, üzümüzə gələcək Yeni ildə də A. Quliyevlə birgə bir çox tədbirlərə imza atılacaq. M. Rəcəbova onun Rustaviyə gəlişini və Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və “Salam” Mədəni Xeyriyyə Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram tədbirində iştirakını yüksək qiymətləndirib.
 
Sonra A. Quliyev Mərkəzin “Xatirə Kitabı”na ürək sözlərini yazıb: “Yaxşı ki, bu dünyada Maya xanım kimi adamlar var”,- o, qeyd edib.
 
 
Baxış sayı: 97