“Yeni Tbilisi adlı önəmli bir layihəyə başlayırıq, hansının çərçivəsində Qudiaşvili küçəsinin reabilitasiyası zamanı gözəl binanın tarixi görünüşünü qoruyacağıq”, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Qudiaşvili meydanının reabilitasiya layihəsinin təqdimatında verdi.
 
Baş nazir qeyd etdi ki, illər ərzində, infrastruktur yolsuzluğu ağır nəticələrə gətirib çıxartdı.
 
Kvirikaşvilinin dediyinə görə, reabilitasiya çərçivəsində, təmir edilən küçələrin 30-a qədər binasının bərpası nəzərdə tutulur, hansından ki, 18 mədəni irs abidəsi durur.
 
“Bu xüsusi bir layihədir, biz Ağmaşenebeli prospektini bərpa etdik və o şəhərin ən gözəl yerlərindən biri oldu. Hazırda Orbeliani meydanının reabilitasiyası keçirilir və payız üçün artıq gözəl bir yer bərpa olunmuş olacaq. Bugün isə, şəhərimizin yenə bir gözəl meydanının bərpası layihəsinə başladıq və bütün bunlar övünəcək işlərdir” – dedi Kvirikaşvili.
 
“Tbilisi böyük mədəni ənənələrin şəhəridir, hansını ki, bu şəhər bugünə qədər qorudu və biz, reabilitasiya zamanı onlara qayğı göstərməliyik.
 
2019-cu ilin başa çatdığında, Tbilisinin yenə bir gözəl məhəlləsi olacaq – dedi Giorgi Kvirikaşvili.
Baxış sayı: 40