XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan və əməkdar mədəniyyət işçisi adına layiq görülən və ömrünün sonuna kimi Borçalıda yaşayıb-yaradan, aşıq sənətinə töhfələr bəxş edən Aşıq Kamandar Əfəndiyevin ev muzeyinə status verilib. GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, bu barədə folklor tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlu məlumat verib. Onun sözlərinə görə, statusa aid xəbər əvvəl də yayılmışdı, amma qeyri-müəyyən səbəblərdən aşığın ev muzeyinə verilən status məsələsi dayandırılmışdı.
 
Professor K. Mahmudoğlu bildirib ki, dörd il bundan əvvəl Aşıq Kamandar Əfəndiyevin ev muzeyinə elan edilən status məsələsinə aid sənədlərin vaxtında hazırlanmaması və nazirliyə təqdim edilməsi gecikdiyindən status məsələsi nəhayət bu il həll olunub: “Bu günlərdə bizə aşığın ev muzeyinə status verilməyi barədə xəbər çatıb”.
Baxış sayı: 101