Barataşvili küçəsində zərər görən yeniyetmələrdən birinin vəziyyəti ağırdır və hazırda ona əməliyyat edilir.
 
Bu barədə məlumatı Birinci Kanala İnqorokva klinikasından verdilər.
 
Klinikanın mətbuat xidmətinin məlumatına görə, yenə iki zərər görən yeniyetmənin vəziyyəti stabildir.
 
“AmtelHospitala” aparılan üç yeniyetmənin sağlamlıq vəziyyəti haqqında isə, hələlik dəqiq məlumat yoxdur.
 
Bədbəxt hadisə Barataşvili küçəsində baş verdi. Küçədə yerləşən binalardan birinin şüşəsinin düşməsi nəticəsində, yoldan keçən altı yeniyetmə zərər gördü
 
****
 
Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşmüş məktəblilərdən 3-ün azərbaycanlı olduğu məlum olub.
Uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və sabah evə buraxılacağı gözlənilir.
 
Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.
 
***
Tbilisinin mərkəzindəki Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 1 məktəblinin ölümünə, 5 məktəblənin isə ciddi xəsarət almasına səbəb olub.
 
Ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu açıqlanıb.
 
Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili məktəblinin ölməsi ilə bağlı başsağlığı verib. 
Baxış sayı: 101