Təyyarənin göyərtəsində olanların hamısı həlak olub.
"Ölkə.Az" "Ria Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Moskva meri Sergey Sobyanin qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
 
***
 
"Ölkə.Az" "Ria Novosti"yə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi itkin təyyarənin qalıqlarının aşkar edilməsi barədə məlumatı təsdiqləyib.
 
Hadisə yerindən ilk fotoşəkil və video da yayımlanıb.
 
Xilasedicilər Moskva ətrafında Ramensk rayonunda təyyarə düşməsi xəbərini yoxlayırlar.
 
"Ölkə.Az" "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə şahidlər məlumat verib.
 
Fövqəladə Hallar xidmətindəki mənbənin məlumatına görə isə AN-148 sərnişin təyyarəsi Moskvanın Domodedovo hava limanından havaya qalxıb. Göyərtəsində 65 sərnişin, 6 ekipaj üzvü olan təyyarə 2 dəqiqə sonra radarlardan itib. 
 
Başqa bir şahidin məlumatına görə isə qəzaya uğrayan təyyarə tapılıb.
 
Təyyarə havadan görünür. Xilasedicilər isə hələ hadisə yerinə çatmayıblar.
 
Digər məlumata görə isə təyyarədə körpə uşaq da var.
Baxış sayı: 74