Rusiyada qəzaya uğrayan təyyarədə olan azərbaycanlı sərnişinin vətəndaşlığı araşdırılır.
"Ölkə.Az" xəbər verir ki, bu haqda "Trend"ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
 
"Ria Novosti" agentliyi isə təyyarədə həlak olan Namiq Qəhrəmanovun Azərbaycan vətəndaşı olduğunu açıqlayıb.
 
***
 
Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.
 
"Ölkə.Az" xəbər verir ki, Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.
 
N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gedib, biznes fəaliyyəti  ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.
***
 
Bu gün Rusiyada təyyarə qəzasında həyatını itirən sərnişinlərin siyahısı açıqlanıb.
 
"Ölkə.Az"-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, həyatını itirən sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı var.
 
N. Qəhrəmanovun azərbaycan vətəndaşı olduğu ehtimal edilir.
 
Təyyarədə həlak olanlardan yalnız birinin cəsədini aşkarlamaq mümkün olub. Qəzanın səbəbləri məlum deyil.
 
Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından havaya qalxan və Orska uçan təyyarə 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.
Baxış sayı: 71